Kolleclərə yeni təyinatlar oldu

Kolleclərə yeni təyinatlar oldu
01.10.2025 14:29 Elm və Təhsil

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Kamran Nəsirov Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin direktoru, Günel Qasımova isə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.

Bu barədə TodayPress TV-yə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edək ki, Kamran Nəsirov Bakı Dövlət Universitetində “Tarix” ixtisası üzrə bakalavriat təhsili alıb. 2010-cu ildən etibarən Saatlı rayonunun müxtəlif ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olub. Son təyinatına qədər Saatlı şəhər 4 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb. O, Elm və Təhsil Nazirliyinin elan etdiyi bir neçə qrant müsabiqənin qalibi seçilib, həmçinin "Təhsil menecerlərinin peşəkar inkişafı" proqramında, ADA Universitetinin "Bir müəllimin manifesti" ixtisasartırma proqramında və bir çox layihələrdə iştirak edib.

Günel Qasımova bakalavr təhsilini Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında "Musiqişünaslıq" ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Milli Konservatoriyasında "Musiqi nəzəriyyəsi" ixtisası üzrə alıb. O, 2018-ci ildə Azərbaycan Milli Konservatoriyasında laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb, daha sonra baş laborant və “Musiqinin tarixi və nəzəriyyəsi” kafedrasında müəllim kimi fəaliyyət göstərib.

TodayPress TV

FOTOLAR

Kolleclərə yeni təyinatlar oldu — 1
XƏBƏR LENTİ
30 IYUL 2026
“Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 SEPAH: 3 ədəd F-35 qırıcısı vurduq - İDDİA 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Bütün Xəbərlər