Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır

Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır
17.08.2026 13:35

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə qəbul olunan şəxslərin qeydiyyat prosesinə başlanılır.

TodayPress TV xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin məlumatında qeyd edilib.

Bildirilib ki, qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər:

"Qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək. Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər".

"Tələbə qəbulu üçün qeydiyyat yalnız my.gov.az platforması vasitəsilə aparılır. Şəkilsiz köhnə nəsil şəxsiyyət vəsiqəsi olan şəxslər my.gov.az-da qeydiyyatdan keçmək üçün şəxsiyyət vəsiqəsini yeniləməlidirlər. 15 yaşına çatmamış vətəndaşlar my.gov.az-da şəxsi kabinetlərini "SİMA Rəqəmsal İmza" ilə açmalıdırlar", - deyə məlumatda qeyd edilib.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
17 августа 2026
İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin... 14:28 General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Почему отпуск не снимает усталость? 14:11 “Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı 14:41 Серьезная потеря для «Сумгайыта»: Капитан долгое время не сможет помогать команде 14:13 Президент США Дональд Трамп пообещал еще больше усилить экономическое давление на Иран 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Китай запустил в космос новый спутник 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Неожиданное решение призера Олимпиады: Кирпичникова завершила карьеру 13:16 "ХОРОШИЕ РУССКИЕ"— пишет Рамиз Юнус... 13:13 Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi! 13:07 Какая погода будет завтра? — ПРОГНОЗ 12:34 İspaniyada Azərbaycan bayrağı zirvədə: cüdoçularımızdan 2 qızıl! 12:51 Руководитель азербайджанской диаспоры в Москве депортирован 12:38 Azərbaycan XİN Qabonu təbrik etdi 12:28 Vikarionun yeni ünvanı bəlli oldu: “Yuventus” transferi tamamladı! 12:25 Prezident DSX-nin bir qrup hərbi qulluqçusunu təltif etdi 12:21 İlham Əliyev onları “Vətənə xidmətə görə” ordeni ilə təltif etdi - ADLAR 12:13 Все новости