Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun III Şura toplantısı keçirildi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun III Şura toplantısı keçirildi
28.02.2026 15:01

Fevralın 27-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun  (TMİF) III Şura toplantısı keçirilib.

Tədbirdə TMİF-ə üzv dövlətlərin mədəniyyət nazirləri, nazir müavinləri, Türkdilli ölkələrin beynəlxalq təşkilatlarının rəhbərləri, diplomatik korpus və media nümayəndələri iştirak edib.

Şurada ölkəmizi  mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Toplantıdan əvvəl TMİF-in sərgisi təşkil olunub və burada Fond tərəfindən nəşr olunmuş kitablar, tamamlanmış bərpa işlərindən ibarət fotosərgi nümayiş etdirilib.

Sonra Qırğız Respublikasının mədəniyyət, informasiya və gənclər siyasəti naziri cənab Mirbek Mambetaliev moderatorluğu ilə TMİF-in növbəti Şura iclası işə başlayıb.

Toplantıda çıxış edən fondun prezidenti Aktotı Raimkulova təşkilatın ötənilki fəaliyyətindən danışıb, 135-dən çox layihə və tədbirin reallaşdırıldığını vurğulayıb. Fondun rəhbəri qarşıda duran strateji hədəflərin əhəmiyyətini diqqətə çatdırıb.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev isə çıxışında fondun həyata keçirdiyi təşəbbüslərin türk xalqları arasında mədəni əməkdaşlığın genişlənməsinə və ortaq irsin qorunmasına mühüm töhfə verdiyini qeyd edib.

İclasda çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova Azərbaycanın TMİF  ilə əməkdaşlığa xüsusi önəm verdiyini bildirərək, ortaq layihələrin türk xalqlarının mədəni inteqrasiyasına, zəngin irsin qorunmasına və gələcək nəsillərə ötürülməsinə xidmət etdiyini vurğulayıb

ФОТО

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun III Şura toplantısı keçirildi — 1
ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
İngiltərəni çempion edən azərbaycanlı bu gün 100 yaşındadır -VİDEO 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 Ночной удар США: обстреляны следующие города Ирана 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ночной удар по Украине: в Киеве, Львове и Полтаве есть жертвы 08:59 США нанесли удары по военным объектам КСИР 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 Все новости