Leyla Əliyeva dünya xalçaçılıq tarixinin Şuşa məscidi üçün toxunan ən böyük dairəvi xalçası ilə tanış oldu

Leyla Əliyeva dünya xalçaçılıq tarixinin Şuşa məscidi üçün toxunan ən böyük dairəvi xalçası ilə tanış oldu
28.10.2025 13:23

Heydər Əliyev Fondu, “PAŞA Holdinq” və “PMD Projects”in təşkilatçılığı ilə “Azərxalça” ASC-nin yaradıcı heyəti və toxucu komandası ümumdünya xalçaçılıq tarixinin ən böyük dairəvi əl xalçasını (diametri 22.17 m x 22.17 m) toxuyur.

“Azərxalça” ASC-dən TodayPress TV-yə bildirilirb ki, adıçəkilən möhtəşəm xalça Şuşa məscidi üçün nəzərdə tutulub. "Qarabağ" qrupuna aid, "Xətai" xalçasının elementlərini üzərində daşıyan xalçanın əsas toxunma prosesi İsmayıllı və Şabran emalatxanalarında baş tutur. 150 xalçaçı xanımın toxuduğu xalsa üzərində işə ötən ilin dekabrından başlanılıb.

Oktyabrın 27-də bu möhtəşəm xalçanın toxunma prosesi ilə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva tanış olub. Leyla xanım xalça ilə tanışlıqdan sonra toxucularla vaxt keçirib və tarixi xalçanın bir hissəsinə çevrilərək ona ilmə atıb.

Məlumat üçün bildirək ki, xalçanın tam şəkildə toxunması üçün yeni və fərqli üslubda dəzgah da sifariş olunub. İki mərtəbədən ibarət dəzgah İrandan dəvət olunmuş bir qrup mütəxəssis tərəfindən xüsusi olaraq “Azərxalça” ASC üçün hazırlanıb.

TodayPress TV

FOTOLAR

Leyla Əliyeva dünya xalçaçılıq tarixinin Şuşa məscidi üçün toxunan ən böyük dairəvi xalçası ilə tanış oldu — 1
Leyla Əliyeva dünya xalçaçılıq tarixinin Şuşa məscidi üçün toxunan ən böyük dairəvi xalçası ilə tanış oldu — 2
Leyla Əliyeva dünya xalçaçılıq tarixinin Şuşa məscidi üçün toxunan ən böyük dairəvi xalçası ilə tanış oldu — 3
Leyla Əliyeva dünya xalçaçılıq tarixinin Şuşa məscidi üçün toxunan ən böyük dairəvi xalçası ilə tanış oldu — 4
Leyla Əliyeva dünya xalçaçılıq tarixinin Şuşa məscidi üçün toxunan ən böyük dairəvi xalçası ilə tanış oldu — 5
XƏBƏR LENTİ
30 IYUL 2026
Stress onu buna vadar edib: Oyun öncəsi siqaret çəkirdi 13:03 Karyerasını təhlükəyə atan addımlar: Tennisçiyə ağır sanksiya 13:00 Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı dəyişdi 12:56 Nolanın "The Odyssey"i tarix yazdı 12:54 Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 İlk görüş, parlaq qələbə: Fatimə Bayramova rəqib tanımadı 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 ABŞ-İran gərginliyində yeni mərhələ: Admiral Trampa İrana qarşı geniş hava əməliyyatı təklif etdi 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 Abşeronda ağır qəza - İki futbolçu öldü 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 İlham Əliyev Mərakeş Kralını təbrik etdi 11:05 Elon Mask artıq dilənmək istəmədiyini etiraf etdi 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Azərbaycan neftinin qiyməti kəskin bahalaşdı 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 “Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Bütün Xəbərlər