Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? - Elmi izah

Ağcaqanadlar niyə bəzi insanları daha çox dişləyir? - Elmi izah
20.06.2026 05:00

Niyə ağcaqanadlar bəzi insanları digərlərindən daha çox dişləyir? Səbəb qan qrupu, dəri rəngi, yoxsa başqa amillərdir? Alimlər bu suala cavab tapıblar.

TodayPress TV xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Araşdırmalar göstərir ki, ağcaqanadlar qurban seçərkən düşündüyümüzdən daha mürəkkəb bir sistemdən istifadə edirlər. Bir çox hallarda eyni mühitdə olan insanlardan biri ağcaqanadların hədəfinə çevrilir, digəri isə bu həşəratlardan demək olar ki, əziyyət çəkmir.

Alimlər müəyyən ediblər ki, ağcaqanadlar təsadüfi hərəkət etmirlər. Bu həşəratlar insan bədənindən xaric olan karbon qazını onlarla metr uzaqdan hiss edə bilirlər. Hədəfə yaxınlaşdıqca isə bədən qoxusu, temperatur, rütubət və dərinin ifraz etdiyi xüsusi kimyəvi maddələr həlledici rol oynayır.

Tədqiqatlar sübut edir ki, bəzi insanların dərisində əmələ gələn xüsusi kimyəvi birləşmələr ağcaqanadlar üçün "maqnit" funksiyası yerinə yetirir. İllər boyu cəmiyyətdə doğru bilinən bəzi fərziyyələr isə elmi sınaqlarda öz təsdiqini tapmayıb. Belə ki, insanın saç və göz rənginin, o cümlədən qan qrupunun ağcaqanadların seçimində heç bir rolu olmadığı aşkarlanıb.

Lakin diqqətçəkən digər vacib məqam spirtli içkilərin təsiridir. Araşdırmalar göstərir ki, spirtli içki qəbul edən şəxslər ağcaqanadlar üçün daha cəlbedici olurlar. Çünki spirt bədən temperaturunu artırır, karbon qazı ifrazını çoxaldır və bədən qoxusunu dəyişir.

Qeyd edək ki, təhlükə yalnız xoşagəlməz qaşınma ilə bitmir. Denge qızdırması, sarı qızdırma, çikungunya və malyariya kimi xəstəlikləri daşıyan ağcaqanad növləri iqlim dəyişikliyi səbəbindən yeni bölgələrə yayılır. Mütəxəssislər bildirirlər ki, aparılan bu tədqiqatlar gələcəkdə insanları təhlükəli yoluxucu xəstəliklərdən qoruya biləcək yeni profilaktika metodlarının yaradılmasına imkan verəcək.

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
04 августа 2026
Yuxusuzluqdan əziyyət çəkənlərin NƏZƏRİNƏ: Yaşadığınız küçə yuxunuza təsir edir 15:23 Qədim İrəvanın unudulan abidəsi: Rəcəb Paşa məscidinin tarixi necə dəyişdi? 15:05 Hüseyn Həsənov barəsində həbs qərarı verildi 15:02 Оставалось совсем немного до удара по Украине — ВЫСКАЗАЛСЯ ИРАНСКИЙ ГЕНЕРАЛ 14:41 Rodri “Barselona”nın transfer planını alt-üst etdi 14:42 Sabahdan bu rayonlarda qaz olmayacaq 14:39 Президент утвердил изменение в Таможенный кодекс 14:27 Norrisdən iddialı açıqlama: “Formula-1” tarix yazır! 14:23 Лимит на перевод с карты на карту: как это повлияет на благотворительные кампании? 14:20 Будут ли автобусы между станциями метро «Низами» и «28 Мая» платными? 14:15 Глава МИД Швейцарии: Разминирование является одним из важнейших гуманитарных вызовов, с которыми столкнулся Азербайджан 14:04 Azərbaycan və Ermənistanın birgə müraciəti nəticə verdi – Ceyhun Bayramov 13:52 Председатель ОБСЕ: Устойчивый мир между Азербайджаном и Арменией уже достижим 13:33 Изменение правил приема на 150 баллов: Претензия эксперта к ГЭЦ 13:30 Официально стало известно новое место работы тер Стегена! 13:26 XİN başçısı: ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür 13:23 Россия заблокировала тысячи напитков армянского происхождения 13:14 Объявлена погода на завтра: насколько тепло будет? 13:09 Звезде чемпионата мира предоставлена особая привилегия! 13:04 Culfaya yeni icra başçısı təyin edildi 13:01 Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi 13:00 Ordubadın icra başçısı vəzifəsindən azad edilib, yenisi təyin olundu 12:58 İsak Hacar Ferstappenə heyranlığını gizlətmədi! 12:57 Назначен глава Исполнительной власти города Нахичевань 12:55 Bayron Skottdan səs-küylü LeBron–Cordan açıqlaması! 12:47 Все новости