"Volkswagen" modellərin yarısını ləğv edəcək

"Volkswagen" modellərin yarısını ləğv edəcək
10.07.2026 16:23 ИКТ

Almaniyanın avtomobil istehsalçısı "Volkswagen" (VW) xərclərin azaldılması və yenidənqurma proqramı çərçivəsində model çeşidini 50 faiz ixtisar edəcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, şirkətin yaydığı məlumata görə, ən cəlbedici bazar seqmentlərinə fokuslanmaq məqsədilə avtomobillərin komplektasiya variantlarının sayı da 75 faizə qədər azaldılacaq.

"Volkswagen" bildirib ki, istehsal gücü bazardakı qlobal dəyişikliklər və artan rəqabət nəzərə alınaraq ildə 9 milyon avtomobil səviyyəsinə uyğunlaşdırılacaq. Şirkət bu addımların konserni daha dayanıqlı, səmərəli və rəqabətədavamlı etməyə yönəldiyini vurğulayıb.

Qeyd olunub ki, şirkət rəhbərliyi müşahidə şurasına böhrandan çıxış üçün 12 təşəbbüsü əhatə edən qənaət və yenidənqurma planını təqdim edib.

Daha əvvəl Almaniya mediası "Volkswagen"in 2034-cü ilədək 120 min iş yerini ixtisar etməyi və ölkədəki dörd zavodunu bağlamağı planlaşdırdığı barədə məlumat yaymışdı.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
10 июля 2026
Qarabağın keçmiş rəhbərləri özlərini təqsirli bilmədi - Məhkəmədə nə baş verdi? 19:50 ABŞ-İran danışıqlarının keçiriləcəyi ölkə MƏLUM OLDU 19:43 Bu ölkə nüvə silahının onlayn satışına qadağa qoydu 19:38 Qətərli vasitəçilər TƏCİLİ Tehrana yollandı 19:18 Ərdoğan NATO liderlərinə niyə tapança hədiyyə etdi? 19:12 Tramp: “İran bizdən xahiş etdi ki…” 19:05 Parlamentin növbədənkənar iclasında bu məsələlər müzakirə olunacaq - SİYAHI 18:47 Lyayen Ərdoğanın hədiyyəsini istifadəyə yararsız hala salacaq 18:39 Azərbaycanda gizlənən şəxslərin planı yarımçıq qaldı 18:33 Tramp daha bir türk ölkəsinə dəvət aldı 18:24 Mbappe Fransa millisindən danışdı: “Ən güclü komanda deyilik” 18:19 ABŞ İsrailə icazə vermir - Netanyahu kənarda qaldı 18:06 "Barselona" Alvares üçün 130 milyon avro təklif edəcək 17:51 Silah sənayesində dizayn inqilabı: KRISS Vector və onun unikal imkanları 17:49 «Преподаватель сказал забрать жалобу, обещал помочь, а потом...» – Студента UNEC не допустили к экзамену 17:35 Azərbaycan futbolunda 13 il sonra tarixi uğur təkrarlandı 17:30 «Трамп слишком безумен, он сводит с ума своих соперников» — Болтон раскрыл секрет, да еще какой... 17:08 Bakıda 6 marşrutun hərəkəti dəyişdi 17:12 Спустя 20 лет объявлено решение, которое изменит судьбу Палестины 16:49 Бакинский офис «Байрактара» вызвал бурные обсуждения 16:43 "Bavi" tayfunu Çinə yaxınlaşır: "Narıncı" təhlükə xəbərdarlığı yeniləndi 16:42 "Volkswagen" modellərin yarısını ləğv edəcək 16:15 Германия выделила миллионы британскому флоту – К чему они готовятся? 16:12 Türkiyə NATO-nun yeni müdafiə bankına qoşulmur 16:04 СРОЧНО! Иран заявил, что нанесет удар по Израилю 16:02 Все новости