Tramp smartfonu satışa çıxarıldı

Tramp smartfonu satışa çıxarıldı
14.04.2026 18:45 ИКТ

"Trump Mobile" rəsmi saytını yeniləyərək "T1" smartfonunu yenidən təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.

Bildirilib ki, əvvəllər 499 dollara təklif olunan "Trump Mobile T1" modelinin qiyməti indi “1000 dollara qədər” artırılıb.

Smartfon qızılı korpus, ABŞ bayrağı təsviri və brend loqosu ilə fərqlənən dizaynını qoruyub saxlayır. Bununla belə, cihazın ümumi görünüşünün "HTC U24 Pro" modelinə bənzədiyi qeyd olunur.

Texniki xüsusiyyətlərdə də dəyişikliklər edilib. Şirkət əvvəlcə ekran ölçüsünü 6,2 düymə endirsə də, indi yenidən 6,8 düymlük "OLED" ekranın olacağını təsdiqləyib. Kamera sistemi 50 MP əsas sensor, 8 MP geniş bucaqlı və 16 MP telefoto obyektivdən ibarətdir.

Cihazın 5000 mAh batareya, "Snapdragon 7" prosessoru və "Android 15" əməliyyat sisteminin köhnəlmiş versiyası ilə işləyəcəyi bildirilir.

Sayt yeniləməsindən sonra smartfonun buraxılış tarixi ilə bağlı məlumat da silinib. Əvvəllər “2026-cı ilin sonu” kimi göstərilən tarix artıq qeyd olunmur və rəsmi təqdimat vaxtı hələ açıqlanmayıb.

Türkan İsgəndərli

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Təhqir, böhtan və ictimai təhlükə yaradan məlumatlar yerləşdirən saytlara məhdudiyyət qoyulacaq 12:53 “Nyukasl”ın sükanı gənc alman mütəxəssisə həvalə olunur 12:46 Paşinyan Ermənistan hökumətinin istefasını elan etdi 12:44 Şarl Lekler ikinci yarı öncəsi azarkeşlərə mesaj verdi 12:42 Canavarlar, tanrılar və Troya – Nolanın "Odisseya"sının şifrələri - Filmi anlamaq üçün bilməli olduqlarınız 12:35 Metronun "Azadlıq Prospekti" stansiyasından sərnişinlər niyə çıxarılıblar? - VİDEO 12:31 Первая встреча, яркая победа: Фатима Байрамова не оставила шансов сопернице 12:15 Erdal Beşikçioğlu saxlanıldı 12:07 İngilislərin dünya çempionu olduğu gün - Dünya bu məşhur azərbaycanlıdan danışır 11:49 Новый этап напряженности между США и Ираном: адмирал предложил Трампу провести масштабную воздушную операцию против Ирана 11:44 Azərbaycanın daxili dövlət borcunun yeni tərkibi açıqlandı 11:13 В Абшероне произошло тяжелое ДТП — погибли два футболиста 11:17 Rusiyanın geri aldığı rus əsirləri yenidən Ukraynanın "qucağına" qaçır 11:13 Ильхам Алиев поздравил короля Марокко 11:05 Илон Маск признался, что больше не хочет попрошайничать 10:59 Con Stounzun İtaliya macərası rəsmən başlayır 10:51 Цена азербайджанской нефти резко выросла 10:48 Tarixi ideya: 1000 sponsorlu forma klubu ayaqda saxladı 10:41 Трансферный план «Манчестер Сити» на 100 миллионов 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Курдский центр подал в СГБ жалобу на трех политиков 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 Все новости