Bir sıra internet operator və provayderlərində çatışmazlıqlar aşkarlandı

Bir sıra internet operator və provayderlərində çatışmazlıqlar aşkarlandı
21.06.2025 11:46 İKT

Azərbaycanda internet telekommunikasiya xidmətləri göstərən operator və provayderlərin veb-saytlarının təhlili həyata keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi məlumat yayıb.

Məlumata görə, müxtəlif kateqoriyalar üzrə təhlillər ümumilikdə bazarın 90%-dən çox hissəsini əhatə edən 26 operator və provayderin internet informasiya ehtiyatları üzrə aparılıb.

Bu operator və provayderlərə “AG Telekom” MMC, “Alfanet” MMC, “Azoptiknet” MMC, “AzQtel” MMC, “Aztelekom” MMC, “Aznet Technologies” QSC, “Azeronline LTD” BM, “Araznet Technologies” MMC, “BeeOnline” MMC, “Boss Group” MMC, “Eurosel” MMC, “Fast Net Technology” MMC, “Fibernet” MMC, “GammaSkynet” MMC, “GSP” MMC, “Kaspian Telekom” MMC, “Konnekt” QSC, “Metronet” MMC, “Rahat Telecom” MMC, “Selnet” MMC, “Setnet” MMC, “Smart Sistemz Technoloji” MMM, “SN Telecom” MMC, “Telekom İnvest” MMC, “Teleport” MMC və “Uninet” MMC daxildir.

Müəyyən edilib ki, qeyd edilən operator və provayderlərin saytlarının 22-də kommersiya istifadəçiləri üçün aylıq internet tarifləri ilə onlayn tanış olma imkanı mövcuddur, 19-da internetə qoşulma haqqını elektron ödəniş üsulları ilə ödəmək mümkündür, 14-də internet xidmətləri ilə bağlı problemləri bildirmək üçün internet xidməti provayderi səviyyəsində şikayət mexanizmi var.

Eyni zamanda saytların 13-də yeni internet bağlantısı üçün tələb olunan addımlarla bağlı məlumatın yayımlandığı, 12-də “E-Şikayət” sistemi ilə bağlı məlumatın, 12-də internetə qoşulma üçün tələb olunan sənədlərin siyahısının, 7-də “SpeedTest” ölçmələri üçün keçidin yerləşdirildiyi müəyyən olunub.

Həmçinin təchizatçıların saytlarının 8-də internet hesab-fakturasının ümumi məbləğinə daxil olan komponentlərin istifadəçilərə izah edildiyi, 2-də yeni internet qoşulmasına tamamilə onlayn şəkildə müraciət etməyin mümkün olduğu, 1-də yeni istifadəçinin internet xidmətinə qoşulması üçün təxmini müddət barədə məlumatın yerləşdirildiyi, 1-də şikayətdə bildirilə bilən problemlərin növünün qeyd edildiyi, 1-də isə planlaşdırılan internet kəsintilərinin istifadəçilərə əvvəlcədən ictimai elanlar və ya birbaşa bildiriş vasitəsilə çatdırıldığı məlum olub. Bundan əlavə, yalnız 1 provayderin saytında şikayət etmək üçün lazım olan sənədlərin siyahısı yerləşdirilib.

Təhlil aparılmış internet operator və provayderlərin veb-saytlarında yeni internet xidmətinə qoşulma prosesinin statusunun izlənilməsi, aylıq internet tariflərindəki dəyişikliklər barədə istifadəçilərin ən azı bir hesablaşma dövrü əvvəlcədən məlumatlandırılması və şikayət prosesinin bir hissəsi olan addımlar haqqında məlumatın verilməsi xidmətləri mövcud deyil.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər