“Azərpoçt” və “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzaladılar

“Azərpoçt” və “Silk Way West Airlines” əməkdaşlıq memorandumu imzaladılar
17.11.2025 12:05 ИКТ

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC və regionun aparıcı yükdaşıyıcılarından olan “Silk Way West Airlines” arasında əməkdaşlıq memorandumu imzalanıb.

TodayPress TV xəbər verir ki, “Azərpoçt”dan verilən məlumata görə, memorandum poçt logistikası, hava nəqliyyatı və e-ticarət daşımaları sahələrində tərəfdaşlığın gücləndirilməsini və qarşılıqlı əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

Eyni zamanda beynəlxalq və yerli yük daşımaları, poçt çeşidlənməsi, anbar xidmətləri və logistika proseslərinin optimallaşdırılması kimi istiqamətlərdə strateji əməkdaşlığı müəyyən edir. Hər iki qurum öz təcrübə və infrastruktur imkanlarını birləşdirərək Azərbaycanın daxilində və xaricində poçt və yükdaşımanın səmərəliliyini artırmağı hədəfləyir.

Memoranduma əsasən, “Azərpoçt” beynəlxalq e-ticarət bağlamalarının və poçt göndərişlərinin Bakıya və digər istiqamətlərə daşınması üçün “Silk Way West Airlines”a məxsus qlobal uçuş şəbəkəsindən istifadə edəcək. Bu, yük həcmini artıracaq, eyni zamanda ölkə daxilində çeşidləmə, son çatdırılma və emal əməliyyatlarını təmin edəcək.

Qeyd edək ki, əməkdaşlıq, həmçinin Ələt Azad İqtisadi Zonasında yeni imkanların yaranmasına təkan verəcək. Tərəflər burada birgə logistika həlləri və müasir paylama modellərinin tətbiqini planlaşdırır.

TodayPress TV


ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəbdə nə geyinmək olar? Müəllimlər üçün yeni standart 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Все новости