Dövlət zəmanətli borcun tərkibi açıqlandı

Dövlət zəmanətli borcun tərkibi açıqlandı
04.02.2026 11:12 Maliyyə

Azərbaycanın Dövlət zəmanətli borcunun tərkibi açıqlanıb.

TodayPress TV bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Azərbaycanın bu il yanvarın 1-nə 10 milyard 368,4 milyon manat (ÜDM-in 8 %-i qədər) olmuş dövlət zəmanətli borcunun 8 milyard 725,4 milyon manatı (5 milyard 132,6 milyon ABŞ dolları) və yaxud 84,2 %-i xarici kreditlərin, 1 milyard 643 milyon manatı və yaxud 15,8 %-i isə daxili kreditlərin payına düşüb.

Hesabat tarixinə dövlət zəmanətli borc portfelinin 59,8 %-ni sabit, 40,2 %-ni dəyişkən faiz dərəcəli borc təşkil edib.

Dövlət zəmanətli borc portfelinin valyuta tərkibi belə olub: ABŞ dolları – 63,9 %, avro – 17,7 %, manat – 12,8 %, yapon yeni – 3,7 %, digər valyutalar – 1,9 %.

Dövlət zəmanətli borcun 73,9 %-i 5 ilə qədər olan müddətdə, 16,6 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 9,5 %-i isə10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Bütün Xəbərlər