Avropa İttifaqı kisəni açdı - 200 milyon avro nəyə verildi? - AÇIQLAMA

Avropa İttifaqı kisəni açdı -  200 milyon avro nəyə verildi? - AÇIQLAMA
02.07.2026 20:40

Avropa İttifaqının “Qlobal Şəbəkə” proqramı çərçivəsində Cənubi Qafqazda nəqliyyat, enerji və rəqəmsal əlaqələrin inkişafı üçün 200 milyon avroya qədər qrant ayıracağı açıqlanıb. Bildirilib ki, bu vəsait hesabına dövlət və özəl sektor tərəfindən ümumilikdə 2 milyard avroyadək investisiyanın cəlb edilməsi planlaşdırılır. Prioritet layihələr sırasında Naxçıvan üzərindən dəmir yolu bağlantısının yaradılması və Bakı limanının inkişafı da yer alır.

Bu təşəbbüsün Azərbaycan iqtisadiyyatı və tranzit potensialı üçün yaradacağı imkanlarla bağlı TodayPress TV-yə danışan Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Avropa İttifaqının dəstəyi ölkənin nəqliyyat-logistika sahəsinin inkişafına və regional əməkdaşlığın daha da güclənməsinə əlavə töhfə verəcək:



“Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq istiqamətlərindən biri də məhz nəqliyyat və logistika sahəsidir. “Qlobal Şəbəkə” investisiya proqramı çərçivəsində Avropa İttifaqı Cənubi Qafqazın nəqliyyat infrastrukturuna sərmayə yatırır və bununla bağlı Brüsseldə artıq qərar qəbul edilib.

Bütövlükdə, yalnız Avropa İttifaqı və ya dövlət sektoru deyil, eyni zamanda özəl sektor tərəfindən də bu istiqamətə daha çox vəsaitin, sərmayənin cəlb edilməsi nəzərdə tutulur.

Nəzərə alsaq ki, son illər Azərbaycan üzərindən daşınan yüklərin həcmində artım qeydə alınıb, bu, ölkəmizin geosiyasi mövqeyinin daha da güclənməsinə gətirib çıxarmaqla yanaşı, dövlət gəlirlərinin artmasına da xidmət edib. Çünki beynəlxalq yükdaşımalar dövlət büdcəsinin qeyri-neft sektorundan daxilolmalarına birbaşa təsir göstərir. Bu da ölkəyə valyuta daxilolmalarının artmasına imkan yaradır. Eyni zamanda, Azərbaycanın regional məsələlərdə rolunun daha da güclənməsi anlamına gəlir”.

Həmçinin “Artıq qeyd etmək lazımdır ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə regionda formalaşan yeni düzən praktik olaraq region ölkələri, qonşular və eləcə də aparıcı beynəlxalq ittifaqlarla əməkdaşlığın güclənməsinə xidmət edir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin mətbuata bəyanatlarında da qeyd olunduğu kimi, xüsusilə regionda sülhün dəstəklənməsi və dayanıqlı sülhün əldə edilməsi vacib istiqamətlərdəndir.

Azərbaycan bu istiqamətdə səylərini davam etdirir. Yalnız nəqliyyat-logistika sahəsində deyil, digər istiqamətlərdə də, o cümlədən Ermənistana yanacağın nəqlinin həyata keçirilməsi, Azərbaycandan Ermənistana daşınan yüklərlə bağlı məhdudiyyətlərin tam aradan qaldırılması ölkəmizin həm sülh gündəliyinə sadiqliyini, həm də regionda əməkdaşlığa töhfəsini nümayiş etdirir”, - deyə, deputat bildirib.

Kübra Musayeva

ЛЕНТА НОВОСТЕЙ
17 августа 2026
Kriştianu Ronaldodan karyera sonrası həyat etirafı: “Gələcəyim planlaşdırılıb” 15:54 Azərbaycan əhalisinin sayı açıqlandı 15:37 "Tour de France" qəzası Vingeqoru mövsümü vaxtından əvvəl bitirməyə məcbur etdi 15:39 İstanbul hava limanı yenə rekord qırdı – 290 mindən çox sərnişin... 14:28 General rütbəsi alan sərhədçilər... - Dosye 15:10 “Barselona” əfsanəsi Buskets məşqçi kimi kluba qayıtdı 14:57 Bakının mərkəzində meydana Ukrayna şairi və yazıçısının adı verildi 14:36 Futbol dünyasını sarsıdan hadisə: “Kalyari”nin gənc hücumçusu reanimasiyada 14:48 Почему отпуск не снимает усталость? 14:11 “Bu, yalnız həyatda bir dəfə yaşanır”: Cokoviç Paris zəfərini xatırladı 14:41 Серьезная потеря для «Сумгайыта»: Капитан долгое время не сможет помогать команде 14:13 Президент США Дональд Трамп пообещал еще больше усилить экономическое давление на Иран 13:58 Bir oyun belə keçirmədi, “Real”a rekord qazandırdı! 14:01 Китай запустил в космос новый спутник 13:49 “Mançester Siti” gələcəyin ulduzunu tapdı: Buaddi transfer olunur! 13:37 Kolleclərə qəbul olunanların qeydiyyatına başlanılır 13:41 Benzemanın tələbi “Əl-Hilal”ı dalana dirəyib! 13:28 4 Avropa ölkəsi Rusiyanın pasportlarına məhdudiyyət qoyur 13:25 Неожиданное решение призера Олимпиады: Кирпичникова завершила карьеру 13:16 "ХОРОШИЕ РУССКИЕ"— пишет Рамиз Юнус... 13:13 Kataloniya nəhəngi Dyökeresin peşində: “Barselona” qərarını verdi! 13:07 Какая погода будет завтра? — ПРОГНОЗ 12:34 İspaniyada Azərbaycan bayrağı zirvədə: cüdoçularımızdan 2 qızıl! 12:51 Руководитель азербайджанской диаспоры в Москве депортирован 12:38 Azərbaycan XİN Qabonu təbrik etdi 12:28 Все новости