Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi artdı

Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi artdı
24.07.2025 17:55 İqtisadiyyat

Bu ilin I yarısında Azərbaycanla Avropa İttifaqı (Aİ) ölkələri arasında ticarət dövriyyəsinin dəyəri 10 milyard 461,6 milyon ABŞ dolları təşkil edib.

TodayPress TV Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,6 % çoxdur.

O cümlədən, son 1 ildə Azərbaycanın Aİ ölkələrinə ixracının dəyəri 24,2 % artaraq 9 milyard 38,8 milyon ABŞ dolları, ittifaq ölkələrindən idxalının dəyəri isə 13,5 % artaraq 1 milyard 422,8 milyon ABŞ dolları olub.

Yanvar-iyun aylarında Aİ ölkələrinin Azərbaycanın ümumi ixracında payı 70,2 %, ümumi idxalında payı isə 12,3 % təşkil edib.

Hesabat dövründə Azərbaycanın ən çox ticarət dövriyyəsi ardıcıl olaraq İtaliya, Almaniya, Çexiya, Yunanıstan və İspaniya ilə formalaşıb.

Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsinin dəyəri 6 milyard 241,9 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 5 milyard 993,1 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 248,8 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 26,9 %, ixrac 27,5 %, idxal isə 15,2 % artıb.

Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin dəyəri 767,3 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 320,3 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 447 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 9,1 %, ixrac 0,4 %, idxal isə 16,4 % artıb.

Azərbaycanla Çexiya arasında ticarət dövriyyəsinin dəyəri 485 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 450,8 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 34,2 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 6,3 %, ixrac 8,4 % azalıb, idxal isə 36,7 % artıb.

Azərbaycanla Yunanıstan arasında ticarət dövriyyəsinin dəyəri 397,2 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 372,4 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 24,8 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 8,3 %, ixrac 10,6 % artıb, idxal isə 17,6 % azalıb.

Azərbaycanla İspaniya arasında ticarət dövriyyəsinin dəyəri 117,7 milyon ABŞ dolları, o cümlədən bu ölkəyə ixracın dəyəri 6 milyon ABŞ dolları, bu ölkədən idxalın dəyəri isə 111,7 milyon ABŞ dolları təşkil edib. Son 1 ildə ticarət dövriyyəsi 0,2 %, idxal 65,2 % artıb, ixrac 8,2 dəfə azalıb.

XƏBƏR LENTİ
15 IYUN 2026
Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Bütün Xəbərlər