ABŞ-də yaşayan azərbaycanlıya medal verildi

ABŞ-də yaşayan azərbaycanlıya medal verildi
16.08.2025 18:45 Diaspor

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ABŞ-ın Kaliforniya ştatında yaşayan mədəniyyət xadimi Sevinc Kərimova ilə görüşüb.

Bu barədə Dövlət Komitəsindən TodayPress TV-yə verilən məlumata görə, qurumun rəhbəri xaricdə yaşayan soydaşlarımızın azərbaycançılıq ideyalarına, milli dəyərlərə sadiqliyini və xalqımızın qədim mədəniyyətinin təbliği istiqamətində gördükləri işləri yüksək qiymətləndirib.

Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişafında və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsində Azərbaycan diasporunun aktiv rol oynadığını söyləyib. Xaricdə yaşayan azərbaycanlı icmaların və soydaşlarımızın hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın xüsusi diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Sevinc Kərimovaya “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı təqdim edilib. O, fəaliyyətinə verilən dəyərə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. Azərbaycanın və mədəniyyətinin ABŞ-da tanıdılması, gənc soydaşlarımızın milli ruhda tərbiyəsi üçün bundan sonra da çalışacağını, diaspor fəaliyyətinin daha səmərəli təşkilində səylərini əsirgəməyəcəyini dilə gətirib.

Qeyd edək ki, mədəniyyətimizin tanınmış simalarından olan Sevinc Kərimova 1980–1990-cı illərdə Azərbaycanda televiziya proqramları ilə yanaşı, kütləvi tədbirlərin rejissoru və prodüseri kimi fəaliyyət göstərib. O, “Karvan” qrupunun yaradıcısıdır. Fəaliyyətini ABŞ-da davam etdirən soydaşımız “Golden Arts Entertainment Production” şirkətində prodüser kimi işləyib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Bakı Payızı – 35 il sonra” və “Birlikdə” adlı beynəlxalq layihələrin təşkilatçısı olub.

Sevinc Kərimova həyat yoldaşı, bəstəkar Mikayıl Vəkilovla birlikdə gənc azərbaycanlı musiqiçilərin inkişafına və böyük səhnələrə çıxmasına dəstək göstərib. Onların övladları - Rüstəm Vəkilov Hollivudda film çəkən ilk azərbaycanlı rejissor, Nigar Vəkilova isə moda sahəsi üzrə fotoqrafdır.

XƏBƏR LENTİ
15 IYUN 2026
Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bu yollar təmir edilir - SİYAHI 11:40 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək 11:33 Netanyahudan xəbərdarlıq: "Livandakı əməliyyatlar davam edəcək" 11:29 Geyci Topuriyanı məğlub etdi - VİDEO 11:20 "Sədərək"də qorxulu anlar: Partlayış baş verdi - VİDEO 10:47 Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 Bütün Xəbərlər