Diaspor tarixində İLK - Vietnamda görüş...

Diaspor tarixində İLK - Vietnamda görüş...
04.05.2026 10:41 Diaspor

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Vyetnama səfər edib, ilk dəfə Hanoy şəhərində Azərbaycan icması ilə görüşüb.

Bu barədə TodayPress TV-yə Dövlət Komitəsindən məlumat verilib.

Azərbaycanın Vyetnam, Laos və Kambocadakı səfiri Şövqi Mehdizadə çıxış edərək iki ölkə arasında tarixi köklərə əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu diqqətə çatdırıb.

Komitə sədri dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların hər zaman Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu xatırladıb.

Çıxışda xalqlar arasında tarixi münasibətlərin qurulması və inkişafında ümummilli liderlərin rolu barədə ətraflı məlumat verilib və hazırda bu münasibətləri iki ölkənin liderlərinin uğurla inkişaf etdirdiyi vurğulanıb.

Tədbirdə Azərbaycan Prezidentinin tarixi çıxışlarının yer aldığı videomateriallar, həmçinin vətənpərvərlik ruhunda videoçarxlar nümayiş olunub.

Vyetnamda Azərbaycan icması ilə görüş bədii hissə ilə yekunlaşıb. Azərbaycanın sənət ustalarının, habelə Bakıda təhsil almış vyetnamlıların Azərbaycan mahnılarını ifa etməsi, tədbirə xüsusi rəng qatan çıxışları sürəkli alqışlarla qarşılanıb.

TodayPress TV

FOTOLAR

Diaspor tarixində İLK - Vietnamda görüş... — 1
Diaspor tarixində İLK - Vietnamda görüş... — 2
Diaspor tarixində İLK - Vietnamda görüş... — 3
Diaspor tarixində İLK - Vietnamda görüş... — 4
Diaspor tarixində İLK - Vietnamda görüş... — 5
Diaspor tarixində İLK - Vietnamda görüş... — 6
Diaspor tarixində İLK - Vietnamda görüş... — 7
Diaspor tarixində İLK - Vietnamda görüş... — 8
Diaspor tarixində İLK - Vietnamda görüş... — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
“Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 İranda partlayış səsləri eşidildi - SON DƏQİQƏ 01:52 TƏCİLİ: Ər-Riyaddakı hava limanı bağlandı 01:49 Gərginliyin mərkəzində görüş - HƏMAS rəhbəri Hakan Fidanla bir araya gəldi 01:29 UEFA Çempionlar Liqası: “Fənərbağça” - “Qurnik” oyunu bitdi - YENİLƏNDİ 22:05 Böyük gözləntilər olan görüş uğursuz oldu? - DETALLAR 00:47 Çempionlar Liqasında “Sabah”ın rəqibi açıqlandı 23:59 Bütün Xəbərlər