NATO nümayəndə heyəti ilə görüşlər keçirildi

NATO nümayəndə heyəti ilə görüşlər keçirildi
23.05.2025 09:37 Hərbi

NATO-nun Brunssum Birgə Qüvvələr Komandanlığının Qərargah rəisinin Dəstək üzrə müavini general-mayor Stefan Fiksin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər edib.

TodayPress TV xəbər verir ki, səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Hərbi Dəniz Qüvvələrini (HDQ) ziyarət edib.

HDQ-də keçirilən görüşdə NATO-nun tərəfdaşlıq proqramları çərçivəsində Azərbaycanla əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri, o cümlədən təcrübə mübadiləsinin dərinləşdirilməsi imkanları müzakirə olunub.

Tərəflər arasında keçirilən fikir mübadiləsi zamanı NATO-nun tərəfdaşlıq proqramları kontekstində Azərbaycanın fəal iştirakı və göstərdiyi təşəbbüslər xüsusi vurğulanıb.

Görüşdən sonra HDQ-nin "N" hərbi hissəsində qonaqlara hərbi hissənin fəaliyyət istiqamətlərini əks etdirən brifinq təqdim olunub. Nümayəndələr hərbi qulluqçuların taktiki və xüsusi hazırlıq üzrə nümayiş məşğələlərini izləyiblər.

Daha sonra NATO nümayəndə heyəti Hərbi Polis İdarəsini ziyarət edib. Görüş çərçivəsində qonaqlara hərbi polisin yaradılması, fəaliyyəti və keçdiyi şərəfli yol barədə ətraflı məlumat verilib.

Bu məqsədlə xüsusi hazırlanmış videoçarx nümayiş olunub və idarənin strukturu ilə bağlı brifinq təqdim edilib. Səfərin son mərhələsində qonaqlar Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olub.

İdarədə təşkil edilən görüşdə Azərbaycan və NATO arasında hərbi sahədə əməkdaşlığın cari vəziyyəti, tərəfdaşlıq çərçivəsində icra olunan layihələr və qarşılıqlı maraq doğuran istiqamətlər ətrafında geniş və məhsuldar fikir mübadiləsi aparılıb, həmçinin gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Keçirilən görüşlərdə bu cür səfərlərin Azərbaycan-NATO əməkdaşlığının strateji əhəmiyyətini bir daha təsdiq etdiyi və qarşılıqlı anlaşma mühitinin daha da möhkəmləndirilməsinə töhfə verdiyi vurğulanıb.

FOTOLAR

NATO nümayəndə heyəti ilə görüşlər keçirildi — 1
NATO nümayəndə heyəti ilə görüşlər keçirildi — 2
NATO nümayəndə heyəti ilə görüşlər keçirildi — 3
NATO nümayəndə heyəti ilə görüşlər keçirildi — 4
NATO nümayəndə heyəti ilə görüşlər keçirildi — 5
NATO nümayəndə heyəti ilə görüşlər keçirildi — 6
NATO nümayəndə heyəti ilə görüşlər keçirildi — 7
XƏBƏR LENTİ
15 IYUN 2026
Külək əsir, yağış yağır - FAKTİKİ HAVA 10:40 İran nümayəndələri ABŞ ilə saziş üçün Cenevrəyə gedir 10:30 Kiyev alovlara büründü: Tarixi Lavra vuruldu - VİDEO 09:59 Türkiyə səfirliyi Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 09:43 Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür 09:37 İlham Əliyev: "Azərbaycan etibarlı əməkdaşlıq məkanına çevrilməsi istiqamətində çalışır" 09:30 ABŞ və İran sülh bağladı: Şərtlər nələrdir? - VİDEO 09:05 Bu məişət texnikası "Wi-Fi"nizi "öldürə" bilər: Dərhal uzaqlaşdırın 22:55 Telefonun batareya ömrünü necə artıraq? 22:49 "OpenAI" şirkətinə qarşı təhqiqat başladıldı 22:52 Həşəratlara qənim kəsilən bitkilər - həyətinizə mütləq əkin 22:47 Duzun saxta olduğunu öyrənməyin asan yolu 22:42 Gilas hansı xəstəliklərdən qoruyur? 22:30 Atlantik okeanında təhlükəli anomaliya: Alimlər qlobal fəlakət xəbərdarlığı etdilər 22:27 Alimlər itmiş xəzinəni diriltdilər: Qədim qızılı parça yenidən hazırlandı 22:26 İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi 00:09 Azərbaycanda Milli Qurtuluş Günüdür 00:07 Köçəryan hava limanında qaçmağa çalışarkən belə saxlanıldı - VİDEO 23:57 Braziliyada helikopter qəzası: Tanınmış müğənni və 5 nəfər həlak oldu 22:34 Egey dənizinin qərbində güclü zəlzələ oldu 23:42 Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım etdi 23:18 Məhəmməd Muradlı beynəlxalq şahmat turnirində birinci oldu 21:35 Prezidentdən Milli Qurtuluş Günü ilə bağlı paylaşım 23:14 DÇ-2026: Almaniya Kurasaonu böyük hesabla məğlub edib 23:03 Aşağı bal yığanların DİQQƏTİNƏ - Vacib xəbər var 23:01 Bütün Xəbərlər