Azərbaycan hərbi toqquşma risklərinə qarşı necə hazırlaşır?

Azərbaycan hərbi toqquşma risklərinə qarşı necə hazırlaşır?
09.09.2025 16:42 Hərbi

Son illər ərzində dünyanın siyasi atmosferi getdikcə gərginləşib, ölkələr və siyasi ittifaqlar arasında olan ziddiyətlər də pik həddə çatıb. 

Maraqlıdır, Azərbaycan dünyada baş verən mövcud siyasi gərginliklər fonunda gələcəkdə baş verə biləcək müharibə və hərbi toqquşma risklərinə qarşı necə hazırlaşır və hansı tədbirləri görür?

Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov mövzu ilə bağlı TodayPress TV-yə danışıb. 


“Biz bu gün gərgin bir dövrdə yaşayırıq. Dünyanın coğrafiyası yenidən yazılır, yeni güc mərkəzləri meydana çıxır. Böyük dövlətlərin maraqları genişlənərək bir-biri ilə toqquşur, nəticədə isə müharibələr və qaynar nöqtələr planetimizdə getdikcə çoxalır. Həm Avropada, həm Yaxın Şərqdə, həm də Uzaq Şərqdə vəziyyət sakit deyil. Bir münaqişə bitməmiş, artıq yeni münaqişələrin barıt qoxusu hiss olunur.

Belə bir zamanda ən vacib məqam beynəlxalq arenada gedən geosiyasi prosesləri düzgün təhlil etmək, doğru mövqe tutmaq və riskləri vaxtında görərək düzgün qərarlar qəbul etməkdir". 

Polkovnik qeyd edib ki, Ali Baş Komandan cənab İlham Əliyevin siyasəti dəfələrlə qrossmeysterin şahmat masasında atdığı gedişlərə bənzədilib. Çünki o, geosiyasi arenada baş verənləri əvvəlcədən görərək qabaqlayıcı qərarlar qəbul etməyi bacarır.

“44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusu düşməni darmadağın edərək ərazi bütövlüyünü bərpa etdi. Ardınca keçirilmiş dəqiq antiterror tədbirləri nəticəsində isə cəmi bir sutka ərzində ölkənin suverenliyi tam bərpa olundu və separatçılıq kökündən məhv edildi. Bütün bu uğurlar təsadüfi deyil".

O, cənab Prezidentin, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi ordunun daim gücləndirilməsini prioritet məsələ elan etdiyini diqqətə çatdırıb. 

“Azərbaycan Ordusunun müasir silahlarla təchizatı və peşəkar kadr potensialının artırılması nəticəsində bu gün ölkəmizin ordusu dünyada tanınan güclü ordular sırasında qərarlaşıb.

Kiçik əraziyə və əhaliyə malik bir dövlətin, uzun illər işğaldan sonra ərazi bütövlüyünü bərpa etmiş bir ölkənin bu sırada yer alması, əlbəttə, birbaşa dövlət başçısının ordu quruculuğuna xüsusi diqqətinin nəticəsidir. Ordunun güclənməsi təkcə hərbi məsələ deyil. Bunun üçün zaman, iqtisadi imkanlar, daxili sabitlik və beynəlxalq aləmdə maraqları müdafiə etmək bacarığı vacibdir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, dünyada gedən proseslər fonunda Azərbaycan hər an istənilən ssenariyə hazır olmalıdır. Bu, müharibə etmək niyyətini deyil, ölkənin maraqlarını və suveren hüquqlarını qorumaq bacarığını göstərir.

Əgər ordu varsa, onun əsas məqsədi xarici təcavüzdən qorunmaqdır. Nə qədər güclü qoruyucu faktor mövcuddursa, müstəqillik və suveren maraqları qorumaq da bir o qədər asan olur". 

Ekspert vurğulayıb ki, Azərbaycan Ordusu müasir texnologiyalarla təchiz olunmuş, dünyada tanınan hərbi gücə malik bir orduya çevrilib. Bu isə ölkəmizin yalnız bu gününü deyil, gələcək inkişafını da qoruyan əsas amildir: 

"Region hələ də tam sabit deyil. Ermənistanla münasibətlərdə müəyyən yumşalmalar olsa da, sülh müqaviləsi hələ imzalanmayıb. Bununla yanaşı, Zəngəzur dəhlizi və digər geosiyasi məsələlər də daim gündəmdədir. Bütün bunlar Azərbaycanın güclü olmasının, xüsusilə də güclü orduya sahib olmasının nə qədər vacib olduğunu bir daha göstərir".

Şair Ramaldanov vurğulayıb ki, Azərbaycanın gücü heç vaxt təcavüz məqsədi daşımır. Əksinə, bu güc dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü və milli maraqlarını qorumağa xidmət edir. 

Nicat Osman

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 Bütün Xəbərlər