Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi

Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi
25.06.2026 15:34

İyunun 25-də Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitut və Tibb Fakultəsinin məzunlarının növbəti buraxılışına həsr olunan təntənəli mərasim keçirilib.

MN-dən TodayPress TV-yə verilən məlumata görə, mərasimdə Müdafiə nazirliyinin rəhbərliyi, hərbi təhsil müəssisələrinin şəxsi heyəti, müəllimlər, məzunlar, valideynlər, eləcə də ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hərbi institutun ərazisində ucaldılan abidəsi, eləcə də institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının Xatirə Kompleksi ziyarət olunub, qarşısına güllər düzülərək xatirələri dərin hörmətlə yad edilib.

Tədbirin başlanması ilə əlaqədar Heydər Əliyev adına Hərbi İnstitutun rektoru general-mayor Ümidvar Quliyev müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə etdikdən sonra institutun Döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirilib.

Sonra xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Buraxılış mərasimində çıxış müdafiə naziri tədbir iştirakçılarını Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 108 illiyi münasibətilə təbrik edib, məzunlara Vətənimizin parlaq gələcəyi, ordumuzun qüdrətlənməsi naminə göstərəcəkləri şərəfli xidmətlərində uğurlar arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən kompleks islahatlardan danışan nazir bu islahatların ordumuzun peşəkar kadr potensialının artırılması istiqamətində mühüm rolu olduğunu vurğulayıb.

Hərbi qulluqçularımızın Vətən müharibəsi və digər uğurlu əməliyyatlar zamanı göstərdikləri qəhrəmanlıqlar, eləcə də hərbi institutun məzunlarının şücaəti xüsusi qeyd edilib.

Buraxılış mərasiminin planına uyğun olaraq müdafiə naziri hərbi təhsil müəssisələrini fərqlənmə ilə bitirən məzunlara diplom və qiymətli hədiyyələr təqdim edib.

Gənc zabitlər göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirib, Vətənə, dövlətə və xalqa layiqincə xidmət edəcəklərinə söz veriblər.

Rəmzi yaş kötüklərinə xatirə lövhələri vurulduqdan sonra Heydər Əliyev adına Hərbi İnstitutun Döyüş bayrağının təhvili və qəbulu mərasimi keçirilib.

Hərbi orkestrin və kursantların ifasında hərbi institutun marşı səsləndirilib, şəxsi heyətin tribuna önündən təntənəli keçidi olub.

TodayPress TV

ФОТО

Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi — 1
Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi — 2
Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi — 3
Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi — 4
Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi — 5
Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi — 6
Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi — 7
Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi — 8
Heydər Əliyev adına Hərbi İnstitutda buraxılış mərasimi keçirildi — 9
ЛЕНТА НОВОСТЕЙ
13 августа 2026
Metroda məhdudiyyətlər tələbələrin avtobuslardan istifadəsini artıracaq – Güzəştlər olacaq? 13:09 “Ən gərgin rəqabət III qrupda olacaq: 5 min abituriyent ali məktəbə qəbul olmayacaq” 13:04 Sabah hava necə olacaq ? 12:55 “Avroviziya 2027”nin keçiriləcəyi yer təsdiqləndi 12:51 Prezident: Regionda sülh gündəliyi Azərbaycanın təşəbbüsü ilə başladılıb 12:43 Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi 12:37 Ermənistan hərbçisi güllələnmiş vəziyyətdə tapıldı 12:31 DİQQƏT: Metronun iş rejimi dəyişir 12:24 Первый адрес после годичного перемирия: НАХЧЫВАН 12:12 СРОЧНЫЕ НОВОСТИ: В братской стране произошло сильное землетрясение 12:18 Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi 12:11 NBA əfsanəsinə sərvət təklifi: 3 günə 100 min dollar! 12:07 Иран хотел сбить самолет Трампа? — ШОКИРУЮЩИЙ СЦЕНАРИЙ 11:57 “Everton”un gənc futbolçusu mərc qalmaqalının mərkəzində! 11:47 В Ходжалы обнаружены останки, похожие на человеческие кости 11:40 Gənc şahmatçılarımızdan möhtəşəm nəticə: Avropa çempionatına yollandılar! 11:29 Мы переживаем самый жаркий август в истории 11:22 Pensiyalarla bağlı şad xəbər - Bu tarixdən... 11:09 Qatar vuruldu, iki maşinist öldü - VİDEO 10:53 Азербайджан изменит транспортную карту региона — КОММЕНТАРИЙ 10:33 “Barselona” israr edir, “Mançester Siti” qiyməti qaldırır – Rodri savaşı 10:36 В Башкортостане горит крупный склад Wildberries 10:14 Азербайджанский дуэт на вершине: победили всех соперников в Турции! 10:05 Загадка в поезде Баку — Тбилиси: Что происходит? 09:59 “Qarabağ” üçün böyük sınaq: “Dinamo” qarşısında geridönüş şansı 09:51 Все новости