Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu

Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu
28.05.2025 14:29

28 May - Müstəqillik Günü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib.

TodayPress TV xəbər verir ki, şəxsi heyətin, ictimaiyyət və Azərbaycan Respublikasının xarici ölkələrdə akkreditə olunmuş hərbi attaşelik aparatlarının nümayəndələrinin iştirak etdiyi tədbirlərdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrlərin müşayiəti ilə Dövlət Himni səsləndirilib.

Müstəqillik Günü münasibətilə hərbi qulluqçular üçün ictimai-siyasi hazırlıq dərsləri, “dəyirmi masa”lar, konfranslar, həmçinin müxtəlif mədəni-kütləvi vətənpərvərlik tədbirləri təşkil olunub.

Müdafiə nazirinin 28 May - Müstəqillik Günü münasibətilə təbrikləri şəxsi heyətə çatdırıldıqdan sonra, tədbirlərdə çıxış  edənlər 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsinin qəbul edilməsindən, Müsəlman Şərqində ilk parlament respublikasının - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından danışıblar.

Qeyd olunub ki, müasir Azərbaycan Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində dövlət müstəqilliyi möhkəmlənib, ölkəmizin beynəlxalq mövqeyi güclənib.

Bu gün onun müdrik siyasətini uğurla davam etdirən Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa edilərək bütün sahələrdə inkişaf etdiyi xüsusi vurğulanıb.

Müstəqillik Günü münasibətilə, həmçinin şəxsi heyət üçün ekskursiyalar, kitab, foto və rəsm sərgiləri təşkil edilib, sənədli və bədii filmlər nümayiş olunub, eləcə də muzeylər və digər tarixi yerlər, şəhidlərimizin məzarları ziyarət edilib.

FOTOLAR

Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 1
Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 2
Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 3
Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 4
Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 5
Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 6
Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 7
Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 8
Müstəqillik Günü Azərbaycan Ordusunda yüksək təntənə ilə qeyd olundu — 9
XƏBƏR LENTİ
30 IYUL 2026
“Mançester Siti”dən 100 milyonluq transfer planı 10:29 Əmtəə birjasında təbii qazın dəyəri artdı 10:20 Kürd mərkəzi üç siyasətçidən DTX-yə şikayət etdi 10:07 Rusiya raketləri Polşaya düşdü – qırıcılar havaya qaldırıldı - VİDEO 10:04 Avropada həlledici gün: “Zirə” qisas, “Neftçi” möcüzə axtarır! 10:02 Rusiya raketləri Polşa sərhədinə yaxınlaşdı - Lublində sirenlər səsləndi 09:51 “Yuventus” Kolo Muanini uzunmüddətli müqavilə ilə bağlamağa hazırlaşır 09:31 ABŞ-ın gecə hücumu: İranın bu şəhərləri vuruldu - VİDEO 09:29 Rodri transferində həlledici gün: “Real” milyonları gözə aldı 09:21 Braziliya millisinin uğursuzluğuna Ançelottidən izah 09:10 Coş Riçardson basketbolla vidalaşdı: “Hər şeyimi verdim” 09:06 Ukraynaya gecə hücumu: Kiyev, Lvov və Poltavada itkilər var - VİDEO 08:59 ABŞ SEPAH-ın hərbi obyektlərini vurdu - VİDEO 08:51 Rusiyada "Wildberries"in anbarı yenidən vuruldu - VİDEO 08:09 Rusiya ordusu Ukraynaya hava zərbələri endirib 08:02 “Qarabağ” üçün taleyüklü gecə: Hədəf növbəti mərhələdir! 08:42 Paytaxtın bəzi ərazilərində işıq kəsiləcək 07:58 Yaponiyada zəlzələ qurbanlarının sayı 28-ə çatıb 07:53 Evinizdə yanğına səbəb ola biləcək səhv: Bu cihazları uzadıcıya qoşmayın! 00:41 Alimlərdən maraqlı kəşf: Bu boya yolları istidən qoruyur 00:32 Saçınız tökülür, dəriniz quruyur? Səbəb istifadə etdiyiniz su ola bilər 00:27 Tesla sürmək doğrudan da sərfəlidirmi? Sahibi xərcləri açıqladı 22:46 Hansı aylarda doğulan insanlar daha müdrik hesab olunur? 21:45 Ərik haqqında çoxlarının bilmədikləri 21:34 Yanğını söndürməyə gedən helikopter yerə çırpıldı - Dəhşətli hadisə 02:17 Bütün Xəbərlər