Əsgərlər robotlara TƏSLİM OLUR: Müharibələrin taleyi belə dəyişəcək

Əsgərlər robotlara TƏSLİM OLUR: Müharibələrin taleyi belə dəyişəcək
28.01.2026 18:03

Tarixdə ilk dəfə əsgərlər robota təslim olub. Hadisə Ukrayna müharibəsində yaşanıb.

Yayılan görüntülərdə Rusiyanın 3 əsgərinin Ukraynanın yerüstü robot kompleksinə təslim olduğu əksini tapıb. 


Bu, hərb sahəsində texnologiyanın rolunun getdikcə artdığı göstərir. 

Maraqlıdır, bu tendensiya gələcək müharibələrin taktikasını və hərb doktrinasını necə dəyişdirəcək?   

Sözügedən məsələ ilə bağlı TodayPress TV-yə danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, son illərin müharibələri  XX əsrin müharibələrindən köklü şəkildə fərqlənir.


Onun sözlərinə görə,  bu müharibələrdə yeni üsullar, yeni taktika və yeni strategiyalar tətbiq olunur: 

"Elə 44 günlük Vətən müharibəsində də Azərbaycanın bu sahədə hansı yeniliklərin tətbiq etdiyinə şahidlik etdik".   

O, qeyd edib ki, indi Rusiya–Ukrayna müharibəsində də yeniliklər var: 


"Təkcə pilotsuz uçuş aparatları deyil, həm minatəmizləmə işlərində, həm də döyüş əməliyyatlarında robotlar da istifadə olunur. Rusiya əsgərlərinin Ukraynanın yerüstü robot kompleksinə təslim olması, həm qeyri-adi bir hadisə kimi görünür, həm də onu göstərir ki, Rusiya əsgərləri artıq Ukrayna dronlarından yayınmağın mümkün olmadığını bilirlər".

Ekspert vurğulayıb ki, Ukrayna 2026-cı il üçün milyonlarla dron istehsal etməyi planlaşdırır:

"Yəni bu dronlar təkcə texnikaya qarşı deyil, hər əsgərə az qala iki dron düşəcək. Ona görə də Rusiya əsgərləri döyüşməkdənsə, təslim olmağı daha üstün tuturlar. Həm də döyüş meydanında onlar taleyin ümidinə buraxılıblar. Bu baxımdan Rusiya əsgərlərinin robot kompleksinə təslim olmasında qeyri-adi bir şey görmürəm".

Analitik əlavə edib ki, yeni texnologiyaların rolu artır:

"Yeni texnologiyalar tətbiq olunduqca tanklara və piyadaların döyüş maşınlarına əvvəlki kimi böyük ehtiyac qalmır. Çünki bir çox məsələləri kəşfiyyat, zərbə və ya uzaq məsafədən idarə olunan texnologiyalar həll edir. Ona görə də gələcək müharibələrin taktikası yenilənəcək. Hər bir ölkə öz hərbi doktrinasına dəyişikliklər edəcək və müəyyənləşdirməlidir ki, nəyə üstünlük verilməlidir".

Ü.Cəfərov, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan hərbi sənayeni inkişaf etdirir:


"Şəxsən son vaxtlar Azərbaycanda hərbi sənaye kompleksinin daha çox inkişaf etdirilməsi, birgə hərbi məhsulların istehsalı diqqət çəkir. Bu xüsusilə Orta Asiya ölkələri - Qazaxıstan, Özbəkistan, Qırğızıstan ilə bağlıdır. Artıq Azərbaycanda silah-sursat istehsalı ilə məşğul olan 35 özəl şirkət fəaliyyət göstərir. Əvvəllər bu mövzuda yalnız danışmaq mümkün idi, amma bu gün həmin şirkətlər real fəaliyyət göstərirlər".

Ekspert sonda əlavə edib ki,  ölkələr müdafiəsini gücləndirir: 

"Ona görə də gələcək müharibələrin taktikası, texnologiyalar dəyişir, müharibələrin aparılma üsulları dəyişir. Hərbi doktrina, sözsüz ki, yenilənəcək. Bu istiqamətdə bütün ölkələr üzərinə düşəni edir. Xüsusilə uzun illər NATO-ya güvənən Avropa ölkələri artıq öz müdafiə və təhlükəsizlik məsələlərini müstəqil şəkildə həll etməyə səfərbər olublar. Onlar həm müdafiə və təhlükəsizlik xərclərini artırmağa, həm də ordularının döyüş qabiliyyətini yüksəltməyə çalışırlar. Bu, zamanın tələbidir". 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
20 августа 2026
Bratislavada Azərbaycan fırtınası: iki qadın güləşçimiz yarımfinala çıxdı! 17:08 Hövsandakı "Araz" marketlərdə kartla ödəniş dayandı, sakinlər kassada qaldı 16:52 NBA çempionundan Dubaya böyük dəstək: Tristan Tompson klubun siması oldu! 16:45 Türkiyədən Netanyahunun təhdidlərinə sərt cavab: “Onun oyunlarını puça çıxaracağıq” 16:11 Fernando Alonso üçün yeni dövr başlayır? “Aston Martin”dən mühüm addım 16:04 Иран объявил Калифорнию своей территорией 15:49 “Real Madrid” hamını geridə qoydu – milyardlıq klubların siyahısı 15:42 UKMTO təcili məlumat yaydı: Yəmən sahillərində tanker ələ keçirildi 15:40 Куда делись миллиарды, выделенные Украине? Специальное задание для бывшего офицера «Моссада» 15:31 Rusiyalı tennisçiyə Azərbaycan və digər ölkələrdən təmsilçilik təklif olunub 15:20 В Стамбуле трамвай сошел с рельсов 14:53 “Qalatasaray” Batrakov üçün hərəkətə keçdi – 25 milyon avroluq transfer 14:34 Таджикистан отвернулся от России и обратился к Ирану 14:21 Иран предупредил США: «В этот раз мы используем более мощное оружие» 13:53 Северная Корея выпустила 10 баллистических ракет в сторону Японского моря 13:48 Kolumbiyada fövqəladə vəziyyət elan edildi 12:47 Новое оружие против опухолей мозга: в черепе обнаружен скрытый иммунный механизм 12:39 “Sabah”ın Simiçi Çempionlar Liqasında tarixə düşdü 13:42 Cənubi Koreya Arktika üzərindən Avropaya gedir: Yeni marşrut sınaqdan keçiriləcək 12:52 “Tottenhem”dən “Mançester Siti”yə böyük hücum planı: iki ulduz hədəfdə 13:24 Samvel Karapetyandan Paşinyana sərt çağırış: “Vətəndaşlıqdan imtina etsin!” 13:04 Paşinyan: "Ermənistan Azərbaycanla sülhü rəsmiləşdirəcək" 13:11 Завтра в Баку будет 32 градуса тепла, в регионах — 36 градусов 12:48 “Barselona” Livakoviç üçün hərəkətə keçdi – transferə sayılı günlər 12:43 “Sumqayıt”lı futbolçunun emosional reaksiyası ona baha başa gəldi 12:54 Все новости