Azərbaycanın yeni qırıcıları ilk dəfə genişmiqyaslı təlimdə boy göstərdi

Azərbaycanın yeni qırıcıları ilk dəfə genişmiqyaslı təlimdə boy göstərdi
08.07.2026 15:15

Azərbaycan Hərbi Hava Qüvvələrinin inventarına yeni daxil olan JF-17C Block III Thunder döyüş təyyarələri xidmətə başladıqdan sonra ilk dəfə genişmiqyaslı hava təlimində iştirak edib.  

TodayPress TV xəbər verir ki, təyyarələr artıq “Jaguar” eskadrilyasının tərkibində xidmətə başlayıb.

2024-cü ildə Pakistanla imzalanan müqavilə çərçivəsində ilk mərhələdə 16 ədəd JF-17 Thunder döyüş təyyarəsi sifariş edən Azərbaycan, ilk təyyarəsini həmin ilin sentyabr ayında qəbul edib.

Lakin əməkdaşlıq bununla məhdudlaşmayıb. İyun 2025-ci ildə Pakistan iki ölkə arasında imzalanan təxminən 4,6 milyard dollarlıq müdafiə müqaviləsi çərçivəsində Azərbaycanın sifarişini 16 təyyarədən 40 təyyarəyə çıxardığını açıqlayıb.

Pakistan və Çinin birgə inkişaf etdirdiyi JF-17C Block III, müasir avionika sistemləri, inkişaf etmiş elektron müharibə imkanları və KLJ-7A AESA radarı sayəsində 200 kilometrə qədər məsafədə hədəf aşkarlama qabiliyyətinə malikdir.

Təyyarə həmçinin PL-15E uzun mənzilli havadan-havaya raketi, görmə xəttindən kənar döyüş qabiliyyəti və çoxməqsədli vəzifələri ilə diqqət çəkir. Bu imkanlar sayəsində həm hava üstünlüyü, həm də dəqiq zərbə əməliyyatlarını effektiv şəkildə yerinə yetirə bilir.

JF-17 Block III son dövrdə Pakistan-Hindistan gərginliyi zamanı beynəlxalq ictimaiyyətin diqqətini çəkən platformalardan biri olub. Pakistan tərəfinin açıqlamalarında JF-17 təyyarələrinin inkişaf etmiş sensorları və uzun mənzilli sursatları ilə əməliyyatlarda mühüm rol oynadığı vurğulanıb.

Azərbaycanın bu platformaya yatırımı Hərbi Hava Qüvvələrinin modernləşdirilməsi, uzun mənzilli hava döyüşü qabiliyyətinin artırılması və regional çəkindirmənin gücləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

Jalə Rövşən 

ЛЕНТА НОВОСТЕЙ
08 июля 2026
"Real"ın müdafiəçisi Fran Qarsiya "Betis"ə keçməyə yaxındır 17:29 Tramp: Bu gecə İranı yenidən sərt vuracağam 17:15 İranın Bəhreynə dəhşətli zərbəsi: Darmadağın etdi - VİDEO 17:07 Tramp niyə məhz Türkiyədən İrana hücum əmri verdi ? 16:56 Ərdoğan və Makron Ankarada görüşdü 16:54 Azərbaycan xalqı niyə aqressivdir? 16:35 Hörmüz ABŞ və İranın boğazında qalıb 16:26 Balakəndə 43 yaşlı kişini sel apardığı ehtimal edilir 16:22 Rusiya hücumları davam etdirir: Kiyevi "tüstü sütunları" bürüdü 16:14 СРОЧНО! Задержан председатель организации YAP 16:08 ABŞ-nin İrana endirdiyi zərbələrin görüntüləri yayıldı - VİDEO 16:04 İran səfiri Azərbaycandakı "İsrail iddiaları" və Naxçıvan insidentindən danışdı 16:00 XİN rəhbərinin iki müavininə səfir rütbəsi verildi 15:52 Təhsil naziri Atatürkün gününü dərslikdən sildi – Tarixçi üsyan etdi 15:33 Президент присвоил этим лицам дипломатические ранги - РАСПОРЯЖЕНИЕ 15:31 "İmişli" 19 yaşlı futbolçu ilə müqavilə imzaladı 15:28 Azərbaycanın yeni qırıcıları ilk dəfə genişmiqyaslı təlimdə boy göstərdi 15:26 Скончался академик Аждар Меджидов 15:11 Иран бросил камень в спящий вулкан в Йемене – грядёт новое противостояние 14:50 Они что, должны возить овец и ягнят на лимузине? — Экономист разнес АПБ в пух и прах 14:48 Müdafiə naziri komandanları təltif etdi - FOTO 14:45 Pit Heqset İsrailə səfərini ləğv etdi - SƏBƏB? 14:32 Lisey və gimnaziyalara qəbulun nəticələri açıqlandı 14:25 «Ататюрк» вчера был на саммите НАТО — Эрдоган обновил янычарское послание Ататюрка 14:21 «Мы потратили 1 триллион, чтобы защитить их от России...» 14:18 Все новости