Ziddiyyətli maraqlar: Çin İrana dəstək verməsəydi, Tehran...

Ziddiyyətli maraqlar: Çin İrana dəstək verməsəydi, Tehran...
17.02.2026 00:07

Fevralın 17-də İsveçrədə İran və ABŞ nümayəndələri arasında danışıqlar keçiriləcək. Görüş Omanın vasitəçiliyi ilə baş tutacaq və əsas mövzu İranın nüvə dosyesi olacaq.

Politoloq Məhəmməd Əsədullazadə bu barədə TodayPress TV-yə danşarkən bildirib ki, tərəflər arasında maraqlar ziddiyyətlidir və proses hərbi gərginliyə doğru yönəlir.


"ABŞ ilə İran arasında İsveçrədə keçirilən danışıqların müsbət nəticə verəcəyi inandırıcı görünmür. ABŞ-nin mövqeyi prinsipialdır və Vaşinqton İranın nüvə proqramından imtina etməsini, həmçinin balistik raket proqramını məhdudlaşdırmasını və proksi qüvvələrə dəstəyi dayandırmasını tələb edir. Bu görüş Omanda keçirilən danışıqların davamıdır", - deyə siyasi şərhçi vurğulayıb.


Analitik qeyd edib ki, ABŞ eyni zamanda İran ətrafına yeni aviadaşıyıcılar, qırıcılar və canlı qüvvə yerləşdirib. Bu da danışıqlarda Tehrana təzyiq vasitəsi kimi qiymətləndirilə bilər. Onun sözlərinə görə, Çin İranı dəstəkləyir və Tehran da öz mövqeyindən geri çəkilmir: 

“Düşünürəm ki, danışıqlar nəticəsiz olacaq. Çünki tərəflərin maraqları ziddiyyətlidir. Əgər Çin İrana dəstək verməsəydi, Tehran bir sıra məsələlərdə ABŞ ilə razılaşmaya gedə bilərdi. Lakin hazırkı vəziyyət hərbi böhrana doğru irəliləyir. İranın əlində olan silah potensialı onu danışıqlarda daha sərt mövqedən çıxış etməyə sövq edir".


M. Əsədullazadənin fikrincə, proseslərin inkişafı ABŞ-nin İrana qarşı hərbi zərbələr endirməsi ehtimalını da gündəmə gətirə bilər.

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
02 августа 2026
Hakim partiya Paşinyanı yenidən baş nazir postuna irəli sürdü 14:24 Yeni Zelandiyada 5,6 bal gücündə zəlzələ baş verdi 14:17 Tehran Qətərin vasitəçilik iddialarını təkzib etdi: "Hörmüz boğazı açılmayacaq" 14:08 Afrikanın ən böyük nəqliyyat infrastrukturlarından birinə Trampın adı qoyuldu – Detallar 13:47 Avqustun 3-də hava necə olacaq? 12:54 Cənubi Koreyada tarixi anomal isti - Milli rekord yeniləndi 11:48 Tramp və Məhəmməd bin Salman Yaxın Şərqdəki vəziyyəti dəyərləndirdilər 12:25 Kartdan-karta köçürmələrə YENİ LİMİT - Bu tarixdən etibarən... 12:30 Azərbaycan istehsalı olan “Addım” filmi beynəlxalq festivala vəsiqə qazandı 12:09 İsrail Qəzzada HƏMAS-ın iki yüksəkvəzifəli üzvünü hədəf aldı 11:31 Macarıstan tarixdə İLK - Pakş AES fəaliyyətini dayandırır 09:48 İlham Əliyev və Mehriban Əliyeva Nəriman Həsənzadənin vida mərasiminə əklil göndərib 11:03 Ermənistan hökuməti istefa verdi 10:49 Rusiya və Ukrayna arasında danışıqlar bərpa olunur - Rubio elan etdi 09:33 Sloveniya dövlət başçısı yol qəzası keçirdi 09:52 DİM bu gün dövlət qulluğuna qəbul imtahanı keçirəcək 09:39 Əməkdar hüquqşünas vəfat etdi 09:27 ABŞ-də restorana silahlı HÜCUM: Ölən və yaralananlar var 09:13 Tramp hücumları DAYANDIRDI - Hörmüz açılır? 09:05 60 yaşdan sonra səhər yeməyində bunu yeyin: Əzələləri və sümükləri qoruyur 21:38 Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 Все новости