Ukraynaya yardım, Rusiyaya jestlər: Vaşinqton nə planlaşdırır?

Ukraynaya yardım, Rusiyaya jestlər: Vaşinqton nə planlaşdırır?
08.12.2025 16:06

ABŞ Konqresində müzakirədə olan Müdafiə Büdcəsi layihəsinə əsasən, 2026 və 2027-ci illərdə Ukraynaya hər il 400 milyon dollar olmaqla ümumilikdə 800 milyon dollarlıq hərbi yardım ayrılması planlaşdırılır. Sənəddə, həmçinin, Pentaqonun Ukraynaya kəşfiyyat məlumatlarının verilməsi ilə bağlı Konqresə xüsusi hesabat təqdim etməsi tələb olunur. Digər tərəfdən ABŞ Prezidentinin oğlu kiçik Donald Tramp Ukraynadan mümkün uzaqlaşmanı istisna etməyib və bunu korrupsiya iddiaları ilə əlaqələndirib. 


Maraqlıdır, bu paralel proseslər -bir tərəfdən yeni maliyyə dəstəyi, digər tərəfdən isə Vaşinqtonun Ukrayna siyasətinə dair ziddiyyətli bəyanatlar , ABŞ -nin Ukrayna strategiyasında hansı istiqamət dəyişikliyindən xəbər verə bilər?  

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Natiq Miri bildirib ki, ABŞ-nin yeni strategiyası Avropa və NATO-da narahatlıq yaradıb: 


"ABŞ-nin yeni administrasiyası milli təhlükəsizlik strategiyasını yeniləyib və ən diqqətçəkən məqam Rusiyanın artıq hədəf-rəqib kimi sənəddən çıxarılmasıdır. Bu dəyişiklik təkcə Ukraynanı deyil, ABŞ-nin əsas müttəfiqi olan Avropanı və NATO-nu da ciddi narahat edir. Vaşinqtonun diqqət mərkəzini Rusiyadan Çinə yönəltməsi fonunda əsas geosiyasi prioritetin Avropadan Hind–Sakit okean hövzəsinə keçəcəyi gözlənilir".

Politoloq qeyd edib ki, ABŞ Rusiyanı Çindən uzaqlaşdırmağa çalışır:

"Yeni strategiyaya əsasən ABŞ Rusiyanı iqtisadi əməkdaşlıq və investisiyalar vasitəsilə Çinin orbitindən çıxarmağa çalışır və bununla da Çini qlobal miqyasda tək qoymaq istəyir. Bu yanaşma isə Ukraynanın maraqlarına uyğun gəlmir. Büdcədə nəzərdə tutulan 400 milyon dollarlıq yardım ABŞ üçün böyük məbləğ deyil və onun real olaraq Ukraynaya veriləcəyi də hələ tam təminat altında deyil. Üstəlik, məhz 28 bəndlik sülh planı gündəmə gələn dövrdə Ukraynada korrupsiya qalmaqallarının önə çıxarılması Kiyevin mövqelərini zəiflətməyə hesablanmış addım kimi təqdim olunur".

Analitik, həmçinin vurğulayıb ki, Tramp administrasiyası Rusiyaya yaxın xətti davam etdirir:


"Bununla yanaşı, Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffun Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla telefon danışığı böyük siyasi qalmaqal yaradıb. "Tomahawk" raketlərinin Ukraynaya verilməsinin əngəllənməsi və Rusiyaya dolayısı tövsiyələrin verilməsi Ukraynaya qarşı açıq xəyanət kimi dəyərləndirilir. Buna baxmayaraq, Tramp bu hadisəni “normal diplomatik proses” adlandıraraq qalmaqalı ört-basdır edib. Bu da ABŞ-nin artıq Rusiyaya uyğunlaşdırılmış siyasət xəttinə üstünlük verdiyini göstərir".

N.Miri sonda əlavə edib ki, bu xətt NATO-da parçalanma riski yaradır:

"Bu kurs Avropa İttifaqının strateji müstəqillik məsələsini daha ciddi gündəmə gətirir və perspektivdə ABŞ–Aİ münasibətlərində gərginliyə, hətta NATO daxilində parçalanma riskinə yol aça bilər. Putinin əsas strategiyası da ABŞ-ni Ukrayna müharibəsindən uzaqlaşdırmaq və Vaşinqtonu Rusiya ilə iqtisadi əməkdaşlıq müstəvisinə çəkməkdir. Hazırkı proseslər bu planın mərhələli şəkildə həyata keçdiyini göstərir".

 Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Bütün Xəbərlər