Zelenski ABŞ-yə hazırlaşır: Ukrayna bu dəfə fürsətdən necə istifadə edəcək?

Zelenski ABŞ-yə hazırlaşır: Ukrayna bu dəfə fürsətdən necə istifadə edəcək?
18.09.2025 17:05 Təhlil

Ukrayna Prezidenti Volodimir Zelenski gələn həftə ABŞ-yə səfər edəcək. Zelenski BMT Baş Assambleyasının Nyu-Yorkda baş tutacaq 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində keçiriləcək bir sıra tədbirlərdə iştirak edəcək. 

Bu il Ukrayna BMT Baş Assambleyasının yüksək səviyyəli seqmenti çərçivəsində Krım Platformasının beşinci beynəlxalq sammitinə ev sahibliyi etməyə hazırlaşır. Həmçinin BMT Təhlükəsizlik Şurasının “Ukraynada sülh və təhlükəsizliyin qorunması” mövzusunda yüksək səviyyəli iclasının keçirilməsi də nəzərdə tutulub.  

Ukrayna liderinin ABŞ-yə gözlənilən səfərini TodayPress TV-yə şərh edən politoloq Zeynal Əmrəliyev bildirib ki, Ukrayna hazırda əlində olan bütün mümkün vasitələrdən istifadə edərək Rusiyanın işğalını dünya ictimaiyyətinə çatdırmağa çalışır.

Ona görə də BMT tribunası mühüm əhəmiyyət kəsb edir və Volodimir Zelenski də həmin platformadan istifadə etmək niyyətindədir. 

“Ukrayna həm genişmiqyaslı işğal qarşısında müqaviməti davam etdirir, həm də diplomatik müstəvidə Rusiyanın işğalının beynəlxalq ictimaiyyətə çatdırılması üçün səylər göstərir. Bu, təkbaşına kifayət qədər effektiv variant hesab edilmir. Öz təcrübəmizdən misal gətirək: 30 ildən artıq müddətdə diplomatik kanallarla erməni işğalını dünya ictimaiyyətinə çatdırmağa çalışdıq, lakin sülh yolu ilə həll olunması yönündə ciddi irəliləyiş olmadı. Öz gücümüz hesabına torpaqlarımızı azad etdik və BMT-nin dörd qətnaməsini yerinə yetirdik. Bütün bunlar göstərir ki, Ukrayna modelində də yalnız beynəlxalq ictimaiyyətin diqqətini çəkmək müharibənin sülh yolu ilə həllinə zəmanət vermir”, - deyə o bildirib. 

Ekspert, həmçinin əlavə edib ki, beynəlxalq münasibətlər sistemində hazırda güc prinsipi daha çox işləkdir və beynəlxalq hüquq real təsir mexanizmi kimi zəif görünür. Ona görə də Ukraynanın əsas diqqəti hərbi üstünlüyün qorunmasına yönəlməlidir.

Z.Əmrəliyev işğal faktının beynəlxalq ictimaiyyətə çatdırılması və daha çox diplomatik dəstək qazanılmasının da mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O hesab edir ki, Ukraynanın həm hərbi resursları, həm də siyasi dayaqları məhz beynəlxalq təşkilatlarla əməkdaşlıq və qlobal güclərin dəstəyi sayəsində möhkəmlənə bilər.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

Zelenski ABŞ-yə hazırlaşır: Ukrayna bu dəfə fürsətdən necə istifadə edəcək? — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Pensiyalar rayonlarda bu tarixdə ödəniləcək 15:52 Rusiya imperiyasının çöküşü başlandı: Ermənistan belə hörmətsizlik etdi 15:51 AZAL bu istiqamətdə ilk uçuşunu həyata keçirdi 15:39 Aylar sonra ilk dəfə - Zelenski və Tramp görüşdü 15:35 Medina “Qarabağ”dan getdi 15:30 Ermənistanda Türk görənlərin reaksiyası - VİDEO 15:18 Cimidən müsəlmanlara təhqir: sizi doğrayıb, torpağa basdıracağıq! 15:16 Cavid Hüseynov "Araz-Naxçıvan"ın baş məşqçisi təyin edildi 15:10 Nazirlər Kabineti sənaye və texnologiyalar parkları ilə bağlı qərar verdi 15:02 Bu məhsullar ədv-dən azad edildi - RƏSMİ 14:45 Şuşada bağlanan müqavilə rusları və erməniləri qorxuya saldı, Əliyevin imzasını görənlər… 14:36 Rusiyanı 1941-ci ildən pis hala salarıq – Almanların gözü "qızdı" 14:29 İranda kim uduzdu, kim uddu, peşmanı kim olacaq? 14:29 Rusiya və Türkiyə XİN rəhbərləri arasında görüş başladı 14:15 7 min pakistanlı turist Bakıdan qayıtmadı - Təhlükəli vəziyyət yarandı 14:09 Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Bütün Xəbərlər