“Ver Tayvanı, al İranı” — Bu baş versə...

“Ver Tayvanı, al İranı” — Bu baş versə...
17.02.2026 15:05

ABŞ Prezidenti Donald Tramp Çin Xalq Respublikasının Sədri Si Cinpinlə telefon danışığı zamanı Tayvana Amerika silahlarının tədarüküəsələsini müzakirə edib. 


Tramp, həmçinin yaxın gələcəkdə bu məsələ ilə bağlı qərar vermək niyyətində olduğunu deyib: 

“Mənim bir cavabım var. Bu barədə onunla danışıram. Yaxşı söhbətimiz oldu və tezliklə qərar verəcəyik”.  

Maraqlıdır, Trampın Tayvanla bağlı qərarı nə ola bilər? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Fəqani Məhərrəmli hazırda “Yeni Dünya Nizamı” haqqında geniş müzakirələr aparıldığını diqqətə çatdırıb:


“Bu nizamın əsas tərəflərinin ABŞ və Çin olacağı da bildirilir. Bu kontekstdə Tramp ilə Si Cinpin arasında baş tutan telefon danışığı dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Rəsmi məlumatlara görə, telefon danışığında bir sıra ikitərəfli və qlobal məsələlər müzakirə olunub. Çin rəhbəri açıq şəkildə Trampın diqqətinə çatdırıb ki, Tayvan Çinin ərazisinin ayrılmaz hissəsidir və Çin dövləti suverenliyini, eləcə də ərazi bütövlüyünü bərpa etməkdə qətiyyətlidir. Eyni zamanda rəsmi Pekin ABŞ silahlarının adaya tədarükünün dayandırılmasını tələb edib”.


Ekspertin fikrincə, iki supergüc liderinin telefon danışığında “İran məsələsi” də ciddi şəkildə müzakirə olunub:   


“Belə ki, ABŞ Çindən neft idxalını İrandan deyil, Venesueladan həyata keçirməsini istəyir. Artıq Hindistan Trampın bu istəyini yerinə yetirib və Baş nazir Narenda Modi ölkəsinin neft tələbatını Rusiyadan deyil, Venesueladan qarşılamaq qərarı verib. Çinin də yaxın zamanda İran neftini Venesuela nefti ilə əvəzləyəcəyi gözlənilir”.


Lakin maraqlı məqam budur ki, bu, nəyin müqabilində baş verə bilər? 

F.Məhərrəmli bunu da izah edib. 

Onun qənaətincə, ABŞ və Çinin “Ver Tayvanı, al İranı” prinsipi əsasında anlaşmaya gəlməsi də mümkündür. Əgər bu baş verərsə, yaxın gələcəkdə Tayvan və İran ətrafında yeni hadisələrin şahidi ola bilərik.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Rusiyada parçalanma başladı: İqtidar içindən sökülür 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Ukraynada azərbaycanlıların olduğu gəmiyə DRON HÜCUMU EDİLDİ 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 “Bornmut”un əsas qol silahı uzun müddət oynamayacaq 13:34 “Baş nazirin xanımı zorakılığın qurbanı olsa...” - Anna Hakobyan təhdidlərdən danışdı 13:31 Ançelottidən Neymar etirafı: Məni yalnız bu əsəbiləşdirdi 13:26 Российский самолет сбит, посол убит —чудовищный приказ премьер-министра 13:21 Avropa İnfantinoya qarşı birləşir – yeni namizəd bəlli oldu 13:17 Все новости