UKRAYNADAN SAVAŞI BİTİRƏCƏK ADDIM - BURADAN ÇIXIR !

UKRAYNADAN SAVAŞI BİTİRƏCƏK ADDIM - BURADAN ÇIXIR !
12.12.2025 14:02

Avropa və Ukrayna Donbasdan Ukrayna qoşunlarının çəkilməsi və bu ərazidə hərbisizləşdirilmiş zona yaradılması təklifini qəbul edib. 

Bu barədə Le Monde nəşri yazıb.

Avropanın bu təklifi qəbul etməsinin bir neçə önəmli səbəbi var. İlk növbədə Ukraynada davam edən müharibə Rusiyanın enerji bazarından çıxmasına səbəb oldu ki, bu da enerji qiymətlərində güclü artıma səbəb olur. Bu isə Avropa ölkələrinə sərf etmir.

Digər önəmli bir məsələ isə Ukraynaya yardıma görə Avropa ölkələrinin silah ehtiyatının kəskin şəkildə tükənməsidir. Rusiya hazırda "qoca qitə"nin təhlükəsizliyini ciddi şəkildə təhdid edir. Buna görə də Avropa silah məsələsində çox da ağırlıq etmək istəmir. Ukrayna üçün isə bu zərurətdən irəli gələn bir qərardır.

Rəsmi Kiyev həm canlı qüvvə, həm sursat, həm də hava hücumundan müdafiə sistemləri çatışmazlığı yaşayır. Donbas xətti Ukrayna üçün ən çətin sahədir. İkinci bir tərəfdən isə buna onu ABŞ və Avropa ölkələri də məcbur edə bilər.

Bütün hallarda, Ukraynanın Donbass xəttindən çəkilməsi ölkədə millətçi qüvvələrin kəskin etirazı və prezident Zelinskiyə qarşı sərt mövqe ilə müşahidə ediləcək. Qarşı tərəfdə - Rusiyada isə Kreml təbliğatçıları bunu qələbə kimi təqdim edəcəklər. Görünən odur ki, həm hərb, həm də diplomatik meydanda Ukrayna üçün işlər heç də yaxşı getmir.

Zeynal Əmrəliyev

ЛЕНТА НОВОСТЕЙ
30 июля 2026
Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Ev telefonları artıq işləməyəcək - Xidmət dayandırıldı 15:55 İraqlı nazir Ərdoğanla görüşdə imza böhranı yaratmışdı - Arxasından İran kəşfiyyatı çıxdı 15:54 İtaliya ABŞ rekordunun qarşısını ala bilmədi 15:41 В России начался раскол: власть разрушается изнутри 15:35 “Uilyams” Sayns insidenti ilə bağlı diqqətçəkən açıqlama verdi 15:30 Совершен удар БПЛА по судну с азербайджанцами в Украине 15:24 Böyük əfv gündəmdə: Rəşad Dağlının adı siyahıdadır 15:20 “Real”ın ulduzu klubdan rekord bonus istəyir 15:17 “Arsenal” Kenan Yıldız üçün İtaliyaya nümayəndə göndərdi 15:13 İlham Əliyev Qırğızıstana səfər edəcək 15:11 КСИР: Мы сбили 3 истребителя F-35 — УТВЕРЖДЕНИЕ 15:00 Çinin İrana 400 raket verəcəyi xəbəri ölkəni silkələdi 15:00 Azərbaycanın Pakistandakı səfiri diplomatik missiyasını başa çatdırır 14:56 Mundialda növbəti uğursuz gün: Qadın güləşçilərimiz uduzdu 14:40 Avqusta hazır olun! - Güclü istilər gəlir 14:28 Rusiya Polşanı vurdu, NATO biabır oldu 14:20 SEPAH: Təcavüzkarı bu gün cəzalandıracağıq 14:06 İyulun son gününün havası açıqlandı 13:57 Kəmaləddin Heydərov xanımı ilə festivalda... - FOTO 13:55 Uşaq idmançıları daşıyan avtobusun qəzası ilə bağlı araşdırma başladı 13:51 “Real” ulduzunu buraxmadı: Bellinqemin gedişinə veto 13:49 Ermənilərin qara siyahıya saldığı, son nəfəsinə qədər Azərbaycanı sevən amerikalı - Tomas Qolst 13:46 Paşinya Rusiya-Ermənistan əlaqələrindən danışdı: Bizimlə münasibətləri ya eksklüziv görür, ya da ümumiyyətlə görmürlər 13:38 Все новости