ABŞ-nin sülh planı: Ukrayna üçün kapitulyasiya, region üçün…

ABŞ-nin sülh planı: Ukrayna üçün kapitulyasiya, region üçün…
21.11.2025 13:51

“Hazırda müzakirə olunan ABŞ-nin yeni sülh çərçivə planı həm məzmunu, həm də yaratdığı siyasi çağırışlarla beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib”.

Bunu politoloq Çingiz Şahbazi TodayPress TV-yə açıqlamasında deyib.


Ekspert bildirib ki, dünya mediasında geniş müzakirə edilən planın mərkəzində Ukraynanın Donbas və Krımı Rusiya Federasiyasının tərkib hissəsi kimi tanıması tələbi dayanır:


“ABŞ çalışır ki, Ukrayna hökuməti işğalda olan bu ərazilərin Rusiya ərazisi kimi tanınmasına razılıq versin. Bu isə Kiyev üçün tamamilə qəbuledilməz mövqedir. Üstəlik, bir çox ölkələr də Ukraynanın mövqeyi ilə üst-üstə düşən, ABŞ-nin yanaşması ilə isə tam ziddiyyət təşkil edən açıqlamalar verirlər”.

Ç.Şahbazinin sözlərinə görə, planın məzmunu Vaşinqtonun regionda hansısa gizli razılaşmaya əsaslanan siyasət yürütməsi ehtimalını da gündəmə gətirir:

“Ukrayna torpaqlarının bir hissəsinin Rusiyaya verilməsi istiqamətində ABŞ-nin göstərdiyi aktivlik, Kiyevə yönələn təsir mexanizmləri Rusiya–ABŞ xəttində əlavə anlaşmaların ola biləcəyi barədə fikirləri gücləndirir. Xüsusilə də ABŞ Prezidenti Donald Trampın bu istiqamətdə yürütmək istədiyi siyasət işğala məruz qalan tərəf olan Ukrayna üçün heç bir halda məqbul deyil”.

Ekspert bildirir ki, planın tələbləri Ukrayna üçün olduqca sərtdir:

“İşğal altındakı ərazilər üzrə güzəştə getmək tələbi, ordunun gücünün kəskin şəkildə aşağı salınması və şəxsi heyətin yarıya endirilməsi kimi maddələr ağır şərtlərdir və Kiyevin bunları qəbul etməsi real görünmür. Üstəlik, planın hazırlanmasında Ukraynanın çox məhdud iştirak etməsi ABŞ-nin bu prosesdə daha çox öz mənafeyini nəzərə aldığını göstərir”.


Ç.Şahbazi qeyd edib ki, Ukrayna bu çərçivə planını açıq şəkildə kapitulyasiya kimi dəyərləndirib:

“Plan Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə ziddir və beynəlxalq hüquqa uyğun gəlmir. Buna görə də Kiyevin bu təklifləri qəbul etməyəcəyi, danışıqların isə iflasa uğrayacağı ehtimalı böyükdür”.

Politoloq əlavə edib ki, planın rəsmi şəkildə açıqlanmaması, prosesdə şəffaflığın olmaması və tərəflər arasında təsdiqlənməməsi də vəziyyətin mürəkkəbliyini artırır. Onun sözlərinə görə, hazırkı şərait müharibənin davam edəcəyini göstərən əsas amillərdəndir. 

Ekspert Zelenskinin Türkiyəyə səfərinin də məhz bu kontekstdə dəyərləndirildiyini vurğulayıb:


“ABŞ-nin Krım və Donbası Rusiya ərazisi kimi tanıması ehtimalı fonunda Zelenskinin Türkiyədən ölkəsinin suverenliyi və ərazi bütövlüyü ilə bağlı qaranti almaq niyyətində olması mümkündür. Bu səfərin arxasında ciddi strateji motivlərin dayandığı şübhəsizdir”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Ukrayna ilə bağlı sülh planının tam mətni ukraynalı deputat Aleksey Qonçarenko tərəfindən açıqlanıb. 28 maddədən ibarət sənəd bir sıra mühüm və mübahisəli şərtlərdən ibarətdir. Plan Ukraynanın suverenliyinin təsdiqlənməsini və təhlükəsizlik zəmanətlərini nəzərdə tutsa da, eyni zamanda Krım, Donetsk və Luqanskın de-fakto Rusiyanın tərkibində tanınmasını, Ukrayna ordusunun 600 min nəfərlə məhdudlaşdırılmasını və NATO-ya üzvlükdən imtinanın Konstitusiyada rəsmiləşdirilməsini tələb edir.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər