Tramp niyə məhz Türkiyədən İrana hücum əmri verdi ?

Tramp niyə məhz Türkiyədən İrana  hücum əmri verdi ?
08.07.2026 16:56

ABŞ prezidenti Donald Tramp Türkiyədə keçirilən NATO sammitində iştirak edərkən İrana zərbə endirmək planını təsdiqləyib və onun icrasına göstəriş verib. Axios-un məlumatına görə, bundan əvvəl Tramp Ankarada Pentaqon katibi Pit Heqset, Dövlət katibi Marko Rubio, Maliyyə naziri Skott Bessent və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn ilə məsləhətləşmələr aparıb. 

Bəs Trampın Türkiyədə olduğu bir vaxtda ABŞ-İran müharibəsi niyə yenidən başladı? Məsələ ilə bağlı politoloq Aytən Qurbanova TodayPress TV-yə danışıb.

Onun sözlərinə görə, Trampın NATO-nun Ankarada keçirilən sammitində iştirak etdiyi günlərdə ABŞ–İran qarşıdurmasının yenidən hərbi mərhələyə keçməsi beynəlxalq gündəliyin ən diqqət çəkən hadisələrindən birinə çevrilib:

"İlk baxışdan bu təsadüfi zaman uyğunluğu kimi görünə bilər. Lakin beynəlxalq münasibətlərdə belə hadisələr adətən daha dərin geosiyasi hesablamaların tərkib hissəsi olur. Xüsusilə böyük dövlətlərin hərbi qərarları çox vaxt diplomatik proseslər və beynəlxalq siyasi gündəmlə uzlaşdırılır".

Analitik qeyd edib ki, ABŞ bu addımı ilə həm müttəfiqlərinə, həm də rəqiblərinə siyasi mesaj verməyə çalışır:

"NATO liderlərinin bir araya gəldiyi dövrdə Vaşinqtonun İrana qarşı sərt mövqe nümayiş etdirməsi ABŞ-nin beynəlxalq təhlükəsizlik məsələlərində hələ də əsas qərarverici güclərdən biri olduğunu göstərmək məqsədi daşıyır. Bu addım eyni zamanda NATO daxilində ABŞ-nin liderlik rolunun qorunduğunu nümayiş etdirməyə xidmət edir".

Ekspert digər mühüm məqama diqqət çəkib:

"Türkiyə həm NATO daxilində, həm də Orta Şərqdə mühüm geosiyasi aktora çevrilib. Ankara bir tərəfdən Qərbin təhlükəsizlik sisteminin vacib üzvüdür, digər tərəfdən isə İran və digər regional dövlətlərlə dialoqu davam etdirən azsaylı ölkələrdəndir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Trampın Türkiyədə olduğu günlərdə gərginliyin artması Ankaranın regional proseslərdə rolunu daha da ön plana çıxarır".

Aytən Qurbanova vurğulayıb ki, ABŞ-nin əsas məqsədlərindən biri isə İran məsələsini NATO-nun təhlükəsizlik gündəliyində ön sıraya çıxarmaqdır:

"Son illərdə Alyansın əsas diqqəti Rusiya–Ukrayna müharibəsinə yönəlsə də, Orta Şərqdə baş verən hadisələr göstərir ki, regionda yaranan təhlükələr də artıq Avro-Atlantik məkanının təhlükəsizliyinə birbaşa təsir edir. Vaşinqton İranın nüvə proqramını, raket imkanlarını və regiondakı silahlı qruplarla əlaqələrini qlobal təhlükəsizlik üçün ciddi risk kimi təqdim etməyə çalışır. Bununla ABŞ müttəfiqlərini İran siyasəti ətrafında daha sıx əməkdaşlığa təşviq edir".

Analitikin fikrincə, ABŞ-nin hərbi fəallığı İran üzərində siyasi və psixoloji təzyiq yaratmaq məqsədi də daşıyır:

"Vaşinqton göstərmək istəyir ki, diplomatik danışıqlar nəticə vermədiyi halda hərbi variant gündəmdə qalacaq. Bu, İranı güzəştlərə məcbur etməyə hesablanmış siyasətin tərkib hissəsidir". O, qeyd edib ki, İran geri addım atmağa hazır görünmür:

"Tehran hesab edir ki, ABŞ-nin regionda artan hərbi fəaliyyəti onun milli təhlükəsizliyi üçün birbaşa təhdiddir. Ona görə də İran öz hərbi imkanlarını gücləndirməyi və regional təsirini qorumağı təhlükəsizlik strategiyasının əsas elementi hesab edir. Məhz bu qarşılıqlı etimadsızlıq böhranın davam etməsinin əsas səbəblərindən biridir".

Ekspert proseslərin iqtisadi tərəfinin də diqqətdən kənarda qalmamalı olduğu bildirib:

"ABŞ–İran qarşıdurmasının genişlənməsi xüsusilə Hörmüz boğazında təhlükəsizlik risklərini artırır. Dünya neft ticarətinin böyük hissəsi bu marşrutdan keçdiyi üçün bölgədə yaranan hər hansı gərginlik enerji bazarlarına və qlobal iqtisadiyyata dərhal təsir göstərir. Belə olan halda isə ABŞ ilə İran arasında yaşanan böhran artıq yalnız iki ölkə arasındakı problem deyil, beynəlxalq iqtisadi sabitliyə təsir edən mühüm amildir".

Politoloq qeyd edib ki, münaqişənin məhz NATO sammiti günlərində yenidən alovlanması həm də siyasi zamanlama baxımından diqqət çəkir. Belə bir dövrdə həyata keçirilən hərbi addımlar Vaşinqtonun eyni vaxtda həm diplomatik, həm də hərbi imkanlardan istifadə etdiyini göstərir. Bu yanaşma ABŞ-nin qlobal proseslərə təsir imkanlarını və böhranların idarə edilməsində təşəbbüsü əlində saxlamaq niyyətini nümayiş etdirən mühüm məqamdır.

O, əlavə edib ki, Trampın Türkiyədə olduğu vaxt ABŞ–İran qarşıdurmasının yenidən intensivləşməsi təsadüfi hadisə kimi qiymətləndirilə bilməz. Bu proses Orta Şərqdə dəyişən qüvvələr balansı, NATO-nun yeni təhlükəsizlik prioritetləri və ABŞ-nin qlobal liderlik mövqeyini qorumaq siyasəti ilə birbaşa bağlıdır:

"Hazırkı vəziyyət göstərir ki, ABŞ–İran münasibətlərinin gələcək inkişafı bütövlükdə beynəlxalq təhlükəsizlik sisteminin gələcəyinə təsir göstərən əsas geosiyasi məsələlərdən biri olaraq qalacaq".

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
08 июля 2026
Qərb bölgəsinə qatarla gedənlərin NƏZƏRİNƏ: Bilet satışı qəfil dayandırıldı 19:56 Valideynlərin DİQQƏTİNƏ: Məktəb seçiminin vaxtı AÇIQLANDI 19:49 İkiqat cavab verəcəyik - İran HƏDƏLƏDİ 19:39 Rusiya yanacaq almağa məcbur qaldı - YENİ QƏRAR 19:20 İran ABŞ ilə danışıqları DAYANDIRDI - SƏBƏB 19:05 Trampın Türkiyə ilə bağlı bu sözləri Netanyahuya heç də xoş gəlməyəcək 18:52 ABŞ-dən Suriyaya illər sonra gözlənilməz addım 18:36 Zelenski Moskvaya niyə getməyəcəyini elə izah etdi ki… - VİDEO 18:29 Tramp: Azərbaycan və Ermənistan kimi Rusiya və Ukraynanı da barışdıracam 18:20 Tramp Zelenskini Putin adlandırdı - VİDEO 18:09 PP-19-01 Vityaz: Xüsusi təyinatlı qüvvələrin etibarlı dostu 18:02 NATO sammiti gələn il harda keçiriləcək ? 17:59 "Real"ın müdafiəçisi Fran Qarsiya "Betis"ə keçməyə yaxındır 17:29 Трамп: Сегодня ночью я снова нанесу по Ирану жёсткий удар 17:15 İranın Bəhreynə dəhşətli zərbəsi: Darmadağın etdi - VİDEO 17:07 Tramp niyə məhz Türkiyədən İrana hücum əmri verdi ? 16:56 Ərdoğan və Makron Ankarada görüşdü 16:54 Azərbaycan xalqı niyə aqressivdir? 16:35 Ормуз встал костью в горле США и Ирана 16:26 Balakəndə 43 yaşlı kişini sel apardığı ehtimal edilir 16:22 Rusiya hücumları davam etdirir: Kiyevi "tüstü sütunları" bürüdü 16:14 СРОЧНО! Задержан председатель организации YAP 16:08 ABŞ-nin İrana endirdiyi zərbələrin görüntüləri yayıldı - VİDEO 16:04 İran səfiri Azərbaycandakı "İsrail iddiaları" və Naxçıvan insidentindən danışdı 16:00 XİN rəhbərinin iki müavininə səfir rütbəsi verildi 15:52 Все новости