Tokio Putinə görə təcili hərəkətə keçdi - NƏ BAŞ VERİR ?

Tokio Putinə görə təcili hərəkətə keçdi  - NƏ BAŞ VERİR ?
14.08.2026 13:45

Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarının mübahisəli İturup adasına səfəri Yaponiya ilə Moskva arasında gərginliyi yenidən artırıb. Tokio adanı özünün “əzəli ərazisi” hesab edir və səfərə etiraz olaraq Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir.

Bu, Yaponiyanın onsuz da Rusiya ilə gərgin olan münasibətlərini daha da pisləşdirə bilərmi? Moskva bu addımla Tokionu hansısa məsələdə geri çəkilməyə məcbur etmək istəyir, yoxsa məqsəd Rusiyanın Sakit okeandakı mövqeyini nümayiş etdirməkdir?

Sözügedən məsələ ilə bağlı siyasi analitik Abutalıb Səmədov TodayPress TV-yə danışıb.


O, qeyd edib ki, Putinin Kuril adalarına səfəri hərbi təlimlərlə bağlı idi:

“O, Sakit okean donanmasının hərbi təlimlərini müşahidə etdikdən sonra bölgədə yerləşən bir sıra müəssisələrə də baş çəkdi. Bu, Putinin prezident kimi Kuril adalarına ilk səfəri idi. Bundan əvvəl, 2010-cu ildə Rusiyanın o vaxtkı prezidenti Dmitri Medvedev Kuril adalarına səfər etmişdi. Həmin vaxt Yaponiya bu addıma eyni cür reaksiya vermiş, hətta məsləhətləşmələr üçün Moskvadakı səfirini geri çağırmışdı”.

Analitik xatırladıb ki, 1955-ci ildən etibarən Yaponiya ilə Rusiya arasında sülh danışıqları aparılır. Lakin iki ölkə arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

“Təbii ki, Putinin bu səfəri Yaponiya ilə münasibətləri daha da pisləşdirəcək. Ancaq münasibətlər onsuz da 2022-ci ildə Ukraynada müharibə başladıqdan sonra ciddi şəkildə gərginləşib. Yaponiya Avropa ölkələrinin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulub. Görünür, Putin bu səfərlə Yaponiya hökumətinə mesaj vermək istəyir ki, əgər sülh danışıqlarının davam etdirilməsini istəyirsinizsə, Rusiyaya qarşı tətbiq olunan sanksiyalardan geri çəkilin və Avropa ilə birlikdə Rusiyaya təzyiq göstərmək siyasətinin yanlış olduğunu anlayın. Əks halda, sülh danışıqlarının bundan sonra davam etdirilməsi mümkün olmayacaq”.

Ekspert vurğulayıb ki, Yaponiya Kuril adalarının dördünü öz ərazisi hesab edir və Putin həmin adalardan birinə səfər edib:

“Güman edirəm ki, Rusiyanın atdığı bu addım əks nəticə verə bilər. Yaponiya Avropa ilə birlikdə Ukraynaya yardımları artırmaq və Rusiyaya qarşı təzyiqi gücləndirmək yolunu seçə bilər. Bu isə, təbii ki, Rusiya-Yaponiya münasibətlərinə uzun müddət təsir göstərəcək”.

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
14 августа 2026
Alvares “Barselona” sözlərindən peşman oldu, amma ayrılmaq istəyindən vaz keçmədi! 16:17 Rusiya Qara dənizdə atəşkəslə razılaşmadı 15:03 İrəvan Avropa çətiri altından İranla əl sıxır - Qərb bu əməkdaşlığa niyə göz yumur? 15:02 Keçmiş UFC döyüşçüsündən Mahaçevə ağır sözlər: “Səviyyə aşağıdır!” 15:56 Batrakov “Qalatasaray”la razılaşdı, transfer üçün son addım qaldı! 15:40 Rumıniyada həyəcan: Ukrayna sərhədinə dron düşdü 14:47 Путин надел «китель» — в центре внимания мира новый фронт войны 14:23 Bakıda böyük oyun: “Qarabağ” – “Tvente” matçını norveçlilər idarə edəcək! 15:24 Nunyes üçün İstanbul rəqabətini “Trabzonspor” qazandı! 15:17 МВД предупредило граждан о случаях кибермошенничества 14:12 5 человек, вызвавших пожар, привлечены к ответственности 12:57 Тревога из-за сибирской язвы в Самухе: в селе выставлен специальный блокпост 14:55 “Tvente” – “Qarabağ” matçında albaniyalı hakimlər ədaləti qoruyacaq! 14:49 Страшный лесной пожар в Германии: эвакуирована целая деревня 13:45 Sabah çimərliklərdə hava necə olacaq? 12:51 Bakıda daha bir küçədə mikromobillik zolağı təşkil edildi 13:11 Девушки с гниющими челюстями: борьба молодых женщин заложила основы трудового законодательства 13:06 Новый трансферный план в «Барселоне»: зажжен зеленый свет для Суареса! 14:01 Azərbaycan və Belarus arasında statistika sahəsində əməkdaşlıq memorandumu təsdiqləndi 13:59 Hesablama Palatasına yeni səlahiyyətlər verildi 13:55 “Dövlət auditi” informasiya sistemi yaradıldı - FƏRMAN 13:52 APL-də çempionluq savaşı: “Arsenal” rəqiblərini geridə qoydu! 13:48 Tokio Putinə görə təcili hərəkətə keçdi - NƏ BAŞ VERİR ? 12:44 Fidan Qurbanlı dünya səhnəsində 43-cü pillədə qərarlaşdı 13:37 Sabah hava necə olacaq? - PROQNOZ 12:29 Все новости