İlham Əliyevin Vaşinqton triumfu: Azərbaycan milli məqsədlərinin hamısına nail oldu! - DEPUTAT

İlham Əliyevin Vaşinqton triumfu: Azərbaycan milli məqsədlərinin hamısına nail oldu! - DEPUTAT
10.08.2025 21:30

"Avqustun 8-də bütün dünyanın diqqət mərkəzində olan ABŞ–Azərbaycan ikitərəfli və ABŞ–Azərbaycan–Ermənistan üçtərəfli Vaşinqton Zirvəsi ölkəmizin böyük və tarixi diplomatik qələbəsi ilə yekunlaşdı".

TodayPress TV xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev deyib.

Onun sözlərinə görə, müzəffər Ali Baş Komandan cənab İlham Əliyev döyüş meydanında qazandığımız zəfərləri Vaşinqtonda, diplomatiya meydanında da təsdiqlətdi. Üstəlik, bu uğur dünyanın ən güclü dövləti olan Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab  Donald Trampın iştirakı və imzası ilə rəsmiləşdirildi.

"Əldə edilən nəticənin tarixi və strateji əhəmiyyəti o qədər böyükdür ki, bu barədə indiki və gələcək nəsillər uzun illər danışacaq. Xalqımız 44 günlük Vətən müharibəsindəki, eləcə də 1 günlük antiterror əməliyyatındakı möhtəşəm qələbələrin davamı kimi, Vaşinqtondakı bu diplomatik uğuru da həmişə qürurla xatırlayacaq".

Deputat diqqətə çatdırıb ki, Azərbaycan Vaşinqtonda bütün strateji hədəflərinə çatdı:

"Birgə Bəyannamədə Azərbaycanın qazandığı əsas uğurlar:

1. ATƏT-in Minsk Qrupu və onun strukturlarının ləğvi – uzun illər nəticəsiz qalan və heç bir faydası olmayan format rəsmi şəkildə tarixə qovuşdu.

2. Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması istiqamətində razılaşma – Bəyannamədə “Sülh sazişinin imzalanması və ratifikasiyası üçün əlavə tədbirlərin görülməsi” barədə razılaşma qeyd olundu. Bu, yəni konstitusiyanın dəyişdirilməsinin açıq yazılmaması Ermənistan daxilindəki radikal qüvvələrin Paşinyan hökumətinə qarşı Rusiyadan dəstəklənən  etiraz dalğasını minimuma endirmək üçün diplomatik cəhətdən ağıllı yanaşma idi.

3. Zəngəzur dəhlizinin açılması haqqında razılıq əldə olundu. Bu, Azərbaycanın maraqlarına tam uyğun formatda Naxçıvana maneəsiz gediş-gəliş təmin eədək, Türk dünyasını bir-birinə quru yolla birləşdirəcək. Ermənistan ərazisindən keçən hissə ABŞ-ın 99 illik nəzarətinə veriləcək ki, bu da Rusiya və İranın regiondakı təsir imkanlarını ciddi şəkildə məhdudlaşdırır. Dəhlizə “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adı verilməsi isə bu uğurun siyasi rəmzinə çevrildi.

4. Orta dəhlizin mövqeyinin möhkəmlənməsi – Zəngəzur dəhlizinin bu formada açılması Azərbaycanın tranzit imkanlarını və geoiqtisadi çəkisini əhəmiyyətli dərəcədə artıracaq.

5. Revanşizmin qarşısının alınması – ABŞ zəmanəti ilə Ermənistan hökuməti və xalqı Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı gələcək təcavüz və qisas cəhdlərindən imtina edəcək. Bu, uzunmüddətli sülhün təminatı baxımından tarixi əhəmiyyət daşıyır.

Beləliklə, Azərbaycan Ermənistanla normallaşma və sülh prosesində bütün əsas tələblərinin yerinə yetirilməsini təmin etmiş oldu".

Parlamentarinin fikrincə, Vaşinqton görüşü Azərbaycan–ABŞ münasibətlərində tarixi dönüş nöqtəsi oldu. Belə ki, Ağ Evdə keçirilən görüş iki ölkə arasında yeni strateji mərhələnin başlanğıcını qoydu:

"1. Azərbaycana qarşı ədalətsiz şəkildə tətbiq oluna sanksiya, “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqi dayandırıldı.  Prezident Donald Trampın bu qərarı məhz cənab İlham Əliyevin iştirakı ilə imzalaması dövlət başçısına və Azərbaycana göstərilən xüsusi hörmətin bariz nümunəsidir.

2. Strateji Tərəfdaşlıq Xartiyasına doğru ilk addım atıldı.  “Azərbaycan Respublikası və ABŞ arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında” Anlaşma Memorandumu imzalandı.

3. Memorandum əsasında Strateji Tərəfdaşlıq Xartiyasının altı ay ərzində hazırlanması qərara alındı ki, bu da hər iki tərəfin ciddi siyasi iradəsini nümayiş etdirir".

Deputat sonda Prezident İlham Əliyevin diplomatik ustalığından söz açıb:

"Görüşlərdə cənab İlham Əliyevin Paşinyandan fərqli olaraq ingilis dilində, kağıza baxmadan, səlis və məzmunlu çıxış etməsi onun yüksək intellektini, siyasi hazırlığını və peşəkarlığını bir daha ortaya qoydu.

Vaşinqton görüşü Azərbaycanın diplomatiya tarixində möhtəşəm bir zəfər kimi qalacaq. Bu tarixi hadisə münasibətilə cənab Prezident başda olmaqla bütün xalqımızı ürəkdən təbrik edirəm".

Töhfə Səməd 

FOTOLAR

İlham Əliyevin Vaşinqton triumfu: Azərbaycan milli məqsədlərinin hamısına nail oldu! - DEPUTAT — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
“Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Bütün Xəbərlər