Təhdidlərə qarşı "ORTAQ YUMRUQ" - TDT toplanır

Təhdidlərə qarşı "ORTAQ YUMRUQ" - TDT toplanır
07.03.2026 12:52

İstanbulda Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək.

İclasa Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da qatılacaq.

Maraqlıdır, iclasda nələr müzakirə olunacaq? 

"Müasir İnkişaf" İctimai Birliyinin sədri, siyasi şərhçi Mübariz Göyüşlü mövzunu TodayPress TV-yə şərh edib. 


O qeyd edib ki,  Türk Dövlətləri Təşkilatının regionda və dünyada cərəyan edən gərgin hadisələr fonunda toplaşması təqdirəlayiq bir haldır:

"Çünki cərəyan edən hadisələr demək olar ki, türk dövlətlərinin sərhədlərində və ya onlara yaxın ərazilərdə baş verir və biz bu hadisələrə biganə qala bilmərik. Söhbət Amerika və İsrailin İrana hücumundan gedir".   

Analitik vurğulayıb ki, bu situasiyada Türk Dövlətləri Təşkilatına üzv olan iki ölkənin – Türkiyə və Azərbaycanın ərazisinə də raket və dron atılıb, onların təhlükəsizliyi təhdid olunur:


“Ona görə də bu təşkilat olaraq üzv dövlətlər, düşünürəm ki, bu məsələni müzakirəyə çıxara bilərlər və çıxarmalıdırlar. Burada Azərbaycana və Türkiyəyə dəstək ifadə oluna bilər və olunmalıdır.  Biz bu təşkilatları və birlikləri ona görə qururuq ki, çətin günlərdə və mürəkkəb situasiyalarda bir-birimizə dəstək olaq. İndi bundan daha çətin məqam təsəvvür etmək çətindir. Çünki Azərbaycan və Türkiyə əraziləri İran ərazisindən hücum və təhdidlərə məruz qalmaqdadır”. 

Mübariz Göyüşlü diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatı təhdidlər qarşısında həmrəylik göstərməlidir: 

"Belə bir məqamda düşünürəm ki, TDT buna münasibət bildirməli və həmrəylik göstərməlidir. Hər kəs də görməlidir ki, Türk Dövlətləri Təşkilatına üzv olan ölkələr və təşkilat özü yalnız xoş günlərdə, iqtisadi və ticarət məsələlərində deyil, həm də təhlükəsizlik, sülh, ərazi bütövlüyü və suverenliyə təhdid yarandığı məqamlarda bir araya gələ bilir və birlik nümayiş etdirir".   

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının əsas məqsədi türk dövlətləri arasında hərtərəfli əməkdaşlığa yardım etmək olan beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türk dövlətləri başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Daha sonra Özbəkistan da bu təşkilata qoşulub. Türkmənistan və Macarıstan Türk Dövlətləri Təşkilatında müşahidəçi ölkə qismində təmsil olunurlar. 

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
İsrail İranın “qorxusundan” Ukraynaya “Dəmir Günbəz” vermədi 18:36 Dünyanın ən zəngin adamları iyulda milyardlarla dollar itirdi 18:22 Avropa “qapıları bağlayır” - Miqrant məsələsi canlarına “qorxu saldı” 18:08 Dünya çempionatı: İbrahim Həsənov finala yüksəldi - YENİLƏNDİ 2 15:10 Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi oldular 17:25 Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 Иранские беспилотники атаковали правительственный объект в Кувейте 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 «Нефтчи» стартовал на Токийском этапе с победы над США 13:10 Объявлен прогноз погоды на воскресенье 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Гражданам этих стран разрешен безвизовый въезд в Азербайджан 12:18 Народный поэт Нариман Гасанзаде завтра будет похоронен на I Аллее почётного захоронения 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Брат Байрама убил их мать 11:53 Все новости