“Gizli məqam yoxdur” — Lavrovun planı İFŞA OLUNDU!

“Gizli məqam yoxdur” — Lavrovun planı İFŞA OLUNDU!
12.09.2025 15:10

“ABŞ-də sülh sazişi üzrə əldə olunmuş razılaşmalar barədə səsləndirilən müsbət mesajlar sənədin dərcindən sonra şübhəli qiymətləndirmələrlə əvəz olunub”.

TodayPress TV xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

O, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı razılaşmaların 2020-2022-ci illərdə Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında əldə olunmuş anlaşmalardan irəli gəldiyini iddia edib:

“Onlar bunu ABŞ ərazisində bağlamaq qərarına gəliblər. Bu, qonşularımızın suveren hüququdur. Ancaq bunun necə işləyəcəyini görməliyik, çünki Vaşinqtondakı görüşdən sonra ilk bir neçə gündə eşidilən bütün müsbət mesajlar sənəd dərc edildikdən sonra skeptik (şüphəli) qiymətləndirmələrə çevrilib. Göründüyü kimi, orada hər şey razılaşdırılmayıb”, - Lavrov bildirib.

Lavrov nədən bəhs edir? Razılaşdırılmayan nədir?

"Rusiya prosesdən kənarda qalıb"

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Azər Qasımov bildirib ki, bəyannamə üç dövlətin əzminin nəticəsidir:

"Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanmış Birgə Bəyannamənin regionun gələcəyində oynayacağı tarixi rol danılmazdır. Bu rol bəyannaməni imzalayan üç dövlətin qətiyyət və əzminin nəticəsidir. Rusiya isə bu prosesdən kənarda qalaraq bəyannaməyə şübhə ilə yanaşırsa, bu, sadəcə onun fikridir və heç bir əsası yoxdur. Bəyannamənin müddəalarını tək-tək nəzərdən keçirsək, görərik ki, burada qaranlıq qalan heç bir məqam mövcud deyil".


Analitik izah edib ki, birinci bənddə sülh müqaviləsinin əsas müddəalarının icrası və sülhə olan iradə vurğulanır.

İkinci bənd ATƏT-in Minsk Qrupunun ləğvindən bəhs edir. Artıq bu bənd icra olunub və Minsk Qrupu tarixə qovuşaraq qəbul etdiyi qərarların qüvvədən düşdüyü təsdiqlənib.

Üçüncü bənddə beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq sülhün əhəmiyyəti, regionda kommunikasiyaların açılması və Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında maneəsiz keçidin təmin olunması qeyd edilir.

Dördüncü bənddə “Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu”nun yaradılmasına vicdanla göstəriləcək səylərdən bəhs olunur.

Beşinci bənd isə BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinin şərtlərinin bir daha təsdiqi, keçmiş düşmənçiliklərin unudulması və gələcəkdə nifrət və düşmənçilik hisslərinin baş qaldırmasının qətiyyən yolverilməzliyi ilə bağlı niyyətləri əks etdirir.


"Bulanıq suda balıq tutmaq" cəhdləri

"Göründüyü kimi, bəyannamədə qaranlıq məqamlar deyil, əksinə, aydın və geniş şəkildə ifadə olunmuş məqsəd və öhdəliklər var. Lavrovun isə “bulanıq suda balıq tutmaq” cəhdi ənənəvi yanaşmadır. Halbuki qeyri-müəyyənliklər varsa belə, tərəflər onları aradan qaldırmaq əzmindədir. Yaxşı olar ki, Lavrov Ukrayna bataqlığından çıxış yollarını axtarsın. Əsl qeyri-müəyyənliklər məhz ordadır", - deyə A.Qasımov fikrini yekunlaşdırıb.

Qiymət Mahir

TodayPress TV

FOTOLAR

“Gizli məqam yoxdur” — Lavrovun planı İFŞA OLUNDU! — 1
XƏBƏR LENTİ
31 IYUL 2026
İtaliya İspaniya ilə sərhədləri yenidən bağladı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Kommunal xidmətlər kəskin bahalaşacaq - Müharibənin növbəti nəticəsi 18:35 Azərbaycanlı məşhur blogger həbs olunacaq? - SƏBƏB 18:25 Gülxanım Şirinova bürünc medal qazana bilmədi 18:14 Trampın Qəzza ilə bağlı yeni planı İsrail və HƏMAS-a “sərf etməyəcək” 18:08 Məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinə görə subsidiyanın ödənilməsi qaydası təsdiq edilib 17:55 Birinci xanım Mehriban Əliyeva Çolpon-Atada "Altın-Balalık" sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub 17:52 "Bank BTB"nin lisenziyası ləğv edilib, "T-Kredit" BOKT-a lisenziya verilib 17:48 Polşa Rusiyadan hesabat tələb etdi 17:44 Bütün Xəbərlər