TƏCİLİ! İranda “B” planı işə salınır? – HƏYƏCAN SİQNAQLI VERİLDİ

TƏCİLİ! İranda “B” planı işə salınır? – HƏYƏCAN SİQNAQLI VERİLDİ
14.01.2026 15:28

“ABŞ Prezidenti Donald Trampın “qurumları ələ keçirin, kömək yoldadır” çağırışı ilə İran xalqını açıq şəkildə üsyana səsləməsi Vaşinqtonun mümkün müdaxiləsinin anonsu kimi dəyərləndirilir. Bu çağırış fonunda yaxın günlərdə, hətta saatlarda İrana qarşı zərbələrin endirilə biləcəyi ehtimalı aktuallaşıb”.

TodayPress TV xəbər verir ki, bunu siyasi analitik Asif Nərimanlı deyib.


Onun sözlərinə görə, mümkün müdaxilə ssenariləri təkcə birbaşa hərbi hücumla məhdudlaşmır və daha geniş hibrid yanaşmanı əhatə edir:

“Seçimlər arasında hava zərbələri ilə yanaşı, kiberhücumlar, rejimi etirazlar qarşısında daha da çətin vəziyyətə salacaq siyasi və psixoloji addımlar, yaxud zorakılığı cilovlamağa yönəlik təzyiq mexanizmləri də mövcuddur. 

Bu isə bir sualları ortaya çıxarır: Hücum rejimin devrilməsi ilə nəticələnəcəkmi və ABŞ-nin İran planında hansı variantlar var?”.   

Asif Nərimanlı bildirib ki, müdaxilə halında əsas hədəflər İranın hərbi-təhlükəsizlik infrastrukturu – etirazçılara qarşı sərt repressiyalarda ön sırada olan SEPAH, Bəsic və hərbi rəhbərlik ola bilər. Lakin bu hədəflərin hava zərbələri ilə vurulmasının avtomatik olaraq rejimin devrilməsi anlamına gəlməsi sual altındadır:

“Rejimin devrilməsi əsasən qurudan müdaxilə ilə mümkündür ki, bu da hazırda gündəmdə deyil. Məqsəd işğal yox, hibrid müharibə taktikası ilə daxili inqilabi prosesləri stimullaşdırmaqdır. İran kimi dərin və mürəkkəb coğrafiyada qurudan hərbi əməliyyatlar son dərəcə çətindir”.  

Analitik mümkün ikinci ssenarini isə “klassik rəngli inqilab” modeli kimi təsvir edir:  

“Bu halda etirazçılar dövlət qurumlarını ələ keçirməyə çalışır, ABŞ isə havadan zərbələrlə rejimə bağlı təhlükəsizlik qüvvələrinin prosesə müdaxiləsinin qarşısını alır. Trampın məhz “qurumları ələ keçirin” çağırışı Vaşinqtonun bu variantı ciddi şəkildə nəzərdən keçirdiyini göstərir”.

Bununla belə, ekspert vurğulayıb ki, İran “ərəb baharı” yaşamış ölkələrdən köklü şəkildə fərqlənir:

“İranda hakimiyyət bir nəfərə – dini rəhbərə tabe olsa da, sistem “tək adam” məntiqi ilə işləmir. Zirvədəki fiqurun devrilməsi avtomatik olaraq rejimin təslim olması demək deyil. Rejimin dayaqları olan SEPAH, Bəsic və digər silahlı strukturlar vahid cəbhə kimi çıxış edir”.

Onun fikrincə, etirazçıların dövlət qurumlarını ələ keçirməsi asan olmayacaq və bu proses qanlı reaksiyalarla müşayiət oluna bilər. Lakin eyni zamanda bunun mümkünsüz də olmadığı qeyd edilir:  

“Əgər etirazların miqyası və iştirakçı sayı İranın Ali Rəhbəri Seyid Əli Xameneinin qüvvələrinin real imkanlarını aşarsa, rejim nəzarəti itirə bilər. Bu məqamda ABŞ-nin hücumu həlledici rol oynaya bilər – təhlükəsizlik qüvvələrinə və hərbi rəhbərliyə endirilən zərbələr rejimin potensialını azalda, diqqətini yayındıra və “vahid cəbhəni” sarsıda bilər. Nəticədə etirazçıların hakimiyyəti ələ keçirməsi üçün zəmin yarana bilər. Amma bu ssenaridə prosesə liderlik edəcək fiqurun kimliyi açıq sual olaraq qalır”.  

Asif Nərimanlı əlavə edib ki, ABŞ-nin İranın gələcəyi ilə bağlı planları da hələlik qeyri-müəyyəndir:

“Vaşinqton doğrudanmı rejimin devrilməsini istəyir? Rəsmi olaraq İran və ABŞ arasında təmasların olduğu təsdiqlənib. Tramp isə bildirir ki, etirazçıların öldürülməsi davam etdiyi müddətdə bütün görüşlər ləğv olunub. Bu isə müəyyən ehtimalları gündəmə gətirir”.

Onun sözlərinə görə, Vaşinqtonda “A” planı kimi belə bir variant masada ola bilər: Tehran etirazçıların tələblərini qismən qəbul edir, demokratik müstəvidə addımlar atır, nüvə proqramı ilə bağlı bütün şərtlərə razılaşır və əvəzində rejim qorunub saxlanılır. “B” planı isə rejimin devrilməsi və yeni hakimiyyətin qurulmasıdır ki, bu da uzunmüddətli və qanlı proses vəd edir.

Sonda siyasətçi vurğulayıb ki, “A” və “B” planları arasındakı seçim İran rejiminin verəcəyi qərardan asılı olacaq:

“Lakin artıq indidən bir məqam aydındır: mövcud sistem davam etsə belə, İran əvvəlki İran olmayacaq. Rejimin “mütləq hakimiyyəti”ni əvvəlki formada bərpa etməsi real görünmür”.

Qiymət Mahir

TodayPress TV 

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Все новости