Şimali Koreya FƏALLAŞDI: Raketlər hərbçilərə qarşı!

Şimali Koreya FƏALLAŞDI: Raketlər hərbçilərə qarşı!
16.03.2026 17:56

Şimali Koreya ölkənin şərq sahili istiqamətində 10-dan çox ballistik raket buraxıb. Bu, ABŞ-nin Cənubi Koreyada təxminən 28 min 500 hərbçisi və qırıcı təyyarələrinin yerləşdirildiyi vaxta təsadüf edib.


Şimali Koreya isə bu cür birgə hərbi təlimləri tez-tez “ölkəyə hücum üçün hazırlıq” kimi qiymətləndirir və sərt reaksiya verir.

Sual yaranır, Şimali Koreya ABŞ və Cənubi Koreyanın hərbi təlimlərini özünə qarşı təhdid kimi qiymətləndirməkdə haqlıdırmı?

Sözügedən mövzunu politoloq Əli Mustafa TodayPress TV-yə şərh edib.


Ekspert bildirib ki, Şimali Koreyanın nüvə dövləti olduğunu nəzərə almaq lazımdır:

"Xeyr, Şimali Koreya nüvə dövləti olduğu üçün Cənubi Koreyanın və ya ABŞ-nin ona hücum etməsini düşünmək doğru deyil: Bildiyim qədər, onların belə bir niyyəti yoxdur. Əksinə, ABŞ və Cənubi Koreya Şimali Koreyadan gələn təhdidlərdən qorunmaq üçün orada silahlı qüvvələr yerləşdirir, hava hücumundan müdafiə sistemləri quraşdırır və digər tədbirlər görür".

Analitik hesab edir ki, hazırkı eskalasiyanın müəllifi Şimali Koreyadır:


"Hətta bu günlərdə Şimali Koreya Yaponiya istiqamətinə də ballistik raket atıb. O, demək olar ki, həm Yaponiyanı, həm də Cənubi Koreyanı təzyiq altında saxlamaqla, əslində ABŞ-nin digər bölgələrdə, xüsusən Yaxın Şərqdəki hərbi fəallığına mane olmağa çalışır. Mənim fikrimcə, burada məqsəd İranı qorumaqdır".

Politoloq həmçinin vurğulayıb ki, ABŞ İrana qarşı hərbi hazırlıq görür:

"Bildiyim qədər, ABŞ Cənubi Koreyadan müəyyən silah-sursat, o cümlədən Patriot hava hücumundan müdafiə sistemlərini çıxararaq İran istiqamətinə göndərir. Bunun məqsədi körfəz ölkələrini qorumaq və İsraili müdafiə etməkdir. Belə bir şəraitdə Şimali Koreya da fəallaşaraq, sanki ABŞ-nin İrana qarşı təzyiqlərinin qarşısını almağa çalışır. Yəni onun məqsədi, Amerikanın daha çox güc toplayaraq İrana qarşı hərbi əməliyyat aparmasının qarşısını almaqdır".

Ekspert diqqətə çatdırıb ki, Hind-Sakit Okean regionunda gərginliyin mövcudluğu danılmazdır. Çin və Şimali Koreya ABŞ-nin bölgədəki müttəfiqləri ilə qarşı-qarşıya gələ bilər. Bu baxımdan tərəflərin bir-birinə etimad etməməsi və bir-birlərindən təhlükə gözləməsi normaldır.

“Amma indiki vəziyyətdə düşünürəm ki, eskalasiyanın əsas müəllifi Şimali Koreyadır. O, açıq şəkildə İranı dəstəkləyəcəyini, hətta İsrailə qarşı nüvə silahından istifadə edə biləcəyini bildirib. Bu baxımdan bölgədə baş verənlər daha çox ABŞ-ni bu regionda saxlamaq və onun İrana qarşı hərbi qüvvə cəmləməsinin qarşısını almaq məqsədi daşıyır”, - analitik fikrini tamamlayıb.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Bütün Xəbərlər