Valeri Dımov: “Putin "paranoyik" dünyagörüşünə Trampı da cəlb edib”

Valeri Dımov:  “Putin "paranoyik" dünyagörüşünə Trampı da cəlb edib”
04.09.2025 15:38

Rusiya Prezidenti Vladimir Putin Çinə səfərinin yekunlarına dair mətbuat konfransında Ukrayna lideri Volodimir Zelenskini Moskvaya dəvət edib. 

“Dedim ki, bəli, Zelenski ilə görüş keçirmək mümkündür. Sonda Zelenski hazırdırsa, Moskvaya gəlsin”.

Hələlik Putinin bu çağırışına rəsmi Kiyev tərəfindən cavab verilməyib. 

Maraqlıdır, görəsən, həqiqətən də Zelenskinin Moskvaya gəlmə ehtimalı varmı? 

Bu görüş hansı şərtlər qarşılığında baş tutacaq? 

Mövzu ilə bağlı TodayPress TV-yə danışan ukraynalı politoloq Valeri Dımov bildirib ki, Putinin Zelenskini Moskvaya dəvət etməsi, əslində, Ukrayna liderinə deyil, ABŞ Prezidenti Donald Trampa ünvanlanıb.

Məqsəd Trampın Kiyevə təzyiq göstərməsi və Zelenskini güzəştlərə getməyə məcbur etməsidir.

“İlkin mərhələdə söhbət münaqişənin cəbhə xəttində “dondurulmasından” gedirdi. Lakin indi Putin açıq şəkildə bəyan edir ki, əvvəlcə onun irəli sürdüyü şərtlər yerinə yetirilməlidir. Yalnız bundan sonra o, münaqişəni dondurmaq məsələsinə baxa biləcəyini deyir. Bu oyuna isə, nədənsə, Tramp da qoşulub. Əgər Trampın müharibəni dayandırmaq strategiyası yox idisə, deməli, o, Putinin planlarına daxil olub. Bu baxımdan Kreml rəhbərinin strategiyası dəyişməyib. Həm hərbi cəbhədə, həm də psixoloji müstəvidə Ukraynaya təzyiq göstərməyə çalışır. Putinin hesabına görə, daimi raket və “Şahed” hücumlarından yorulan ukraynalılar sonda güzəştlərə razılaşacaqlar. Lakin bu, heç vaxt baş tutmayacaq”. 

“Döyüş meydanının öz reallıqları var...”

Analitik diqqətə çatdırıb ki, Trampın arqumentinə əsasən, guya Ukrayna müharibəni uduzur və buna görə də şərtləri diktə edə bilməz. Putin də bu diskursdan istifadə edərək bəyan edir ki, Ukrayna onun şərtlərinə razı olsa, kompromis mümkündür. Əks halda isə nəticə döyüş meydanında müəyyən ediləcək. Amma reallıq başqadır: 

“Rusiya ordusu hələ də Çasov Yar istiqamətində ilişib qalıb, nə Pokrovsku, nə də Kupyanskı tuta bilib. Yəni 2023-cü ildə işğal olunan ərazilərin sərhədləri bu gün də faktiki olaraq dəyişməyib”, - deyə o bildirib.

“Narrativ oyunu” və zəmanətsiz suverenlik

Valeri Dımov hesab edir ki, Putin daha çox öz narrativlərini qurmaqla məşğuldur. Bu narrativlərə isə Tramp, Ağ Ev liderinin xüsusi nümayəndəsi Stiv Uitkoff və nədənsə, administrasiya da dəstək verir. 

“Guya Ukrayna şərtlərə razı olsa, “suverenliyi” qorunacaq. Amma bunun heç bir zəmanəti yoxdur. Üstəlik, Trampın verdiyi təminatlar ciddi şübhə altındadır, hətta NATO-nun 5-ci maddəsi də Trampın bəyanatları ilə faktiki zəiflədilib. Məhz bu səbəbdən Zelenski Putinin çağırışlarına reaksiya vermir. Çünki bu, dövlət başçısının deyil, daha çox Xarici İşlər Nazirliyinin səviyyəsində müzakirə olunmalı mövzudur. Zelenski hazırda Parisdə “istəklilər koalisiyası” ilə görüşlər keçirir və tamamilə fərqli gündəmi var”.

“İqtisadi təzyiq və ABŞ-nin imkanları”

O, həmçinin əlavə edib ki, Putinin niyyətləri dəyişməz qalsa da, Rusiya iqtisadiyyatı böyük xərclərlə üzləşib. ABŞ-nin bu resursları kəsmək üçün kifayət qədər mexanizmləri var. Avqustun 27-dən Hindistana qarşı tətbiq edilən yeni tariflər buna nümunədir. Belə ki, Rusiya neftinə görə rüsum 25 faizdən 50 faizə qaldırılıb. Əgər Vaşinqton daha qəti addımlar atsa, Kreml maliyyə imkanlarını itirə bilər.

Dımovun fikrincə, Putinlə görüş üçün ən münasib yer Nürnberq- nasistlərin mühakimə edildiyi tribunal olardı:

“Çünki “rasizm” əslində, “rus nasizmi”dir. Digər uyğun məkan isə Haaqa Beynəlxalq Cinayət Məhkəməsidir. Burada artıq Ukrayna uşaqlarının oğurlanması və onlara zorla rus kimliyi aşılamaq faktı araşdırılır”, - o bildirib.

“Putinin niyyətləri əsassızdır”

Politoloq hesab edir ki, Ukraynaya real qələbə imkanları verilmədiyi üçün bu proses uzanır. Amma ukraynalılar əmindirlər ki, Putinin niyyətləri əsassızdır. Əsas təhlükə ondadır ki, Putin öz "paranoyik" dünyagörüşünə Trampı da cəlb edib.

Töhfə Səməd

FOTOLAR

Valeri Dımov:  “Putin "paranoyik" dünyagörüşünə Trampı da cəlb edib” — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Müəllimlər üçün geyim tələblərinə dair vahid yanaşma tətbiq olunur 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Bütün Xəbərlər