Rus xalqı oğullarını yeni milyonluq orduya qurban verəcək?

Rus xalqı oğullarını yeni milyonluq orduya qurban verəcək?
06.07.2026 16:16

Rusiya Prezidenti Vladimir Putin ordunun ştat sayını artırmaq üçün ard-arda fərmanlar imzalayır. Son imzaladığı rəsmi fərmana əsasən, Rusiya Silahlı Qüvvələrinin ümumi ştat sayı təxminən 2.4 milyon nəfər (2 399 130) müəyyən edilib. Ən önəmlisi isə budur ki, bu rəqəmin düz 1.5 milyondan çoxu (1 510 000) birbaşa döyüşçü, yəni aktiv hərbi qulluqçulardır. Qalanları isə mülki işçilərdir. Bu göstərici ilə Rusiya aktiv əsgər sayına görə Çindən sonra dünyada ikinci yeri hədəfləyir, ABŞ və Hindistanı kağız üzərində geridə qoyur.

Bəs Rusiya cəmiyyəti və iqtisadiyyatı bu milyondan çox ordunu real olaraq təmin edə bilirmi? 

Datalar göstərir ki, Kreml bu hədəfə çatmaq üçün xalqı kütləvi və məcburi şəkildə küçədən yığıb cəbhəyə aparmaq taktikasından (2022-ci ildəki qismən səfərbərlikdən sonra) imtina edib. İndi əsas silah pul və iqtisadi asılılıqdır. Təkcə 2025-ci ilin rəsmi məlumatlarına görə, Rusiyada 420 mindən çox insan könüllü olaraq Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. Bunun səbəbi isə Rusiyanın yoxsul bölgələrindəki gənclər üçün hərbi xidmətin ən gəlirli iş yerinə çevrilməsidir. Bölgələrdən asılı olaraq, müqavilə imzalayanlara birdəfəlik ödənilən pullar və aylıq maaşlar adi mülki maaşlardan dəfələrlə yüksəkdir.

Digər tərəfdən, hərbi ekspertlərin diqqət çəkdiyi ciddi bir gərginlik var: itkilər və büdcə. Putin Ukraynadakı müharibədə 700 mindən çox rus əsgərinin vuruşduğunu rəsmən bəyan edib. Eyni zamanda cəbhədəki böyük canlı qüvvə itkilərini kompensasiya etmək üçün bu 1.5 milyonluq hərbi ştat limiti həm də hərbi çağırış yaşının artırılması və müqaviləli əsgər ovunun davam etməsi deməkdir.

Rusiya sistemi Putinə bu milyonluq ordunu qurmaq şansını rəsmən tanıyıb və maliyyələşdirir. Dövlət büdcəsinin rekord hissəsi məhz müdafiə sənayesinə və əsgər maaşlarına ayrılır. Lakin ekspertlərin daxili təhlilləri göstərir ki, Rusiyanın qarşısındakı ən böyük maneə gələcəkdə bu nəhəng ordunu silah-sursatla tam təmin etmək və ölkədəki işçi qüvvəsinin fabrik və zavodlardan qopub orduya axmasının qarşısını almaq olacaq.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
06 июля 2026
Liftə minən azyaşlıya qarşı zorakılıq edən şəxs saxlanıldı - VİDEO 23:18 DÇ-2026: Portuqaliya - İspaniya oyunu başladı 23:03 “2020 seçkiləri kimi…” - Trampın Belçika oyunu ilə bağlı sözləri gündəm oldu 22:33 PUA hücumu şəhəri ayağa qaldırdı – Sakinlər kütləvi şəkildə AYS-lərə üz tutdu - VİDEO 22:22 “Şou göstərmək” istədi, həbs olundu - VİDEO 22:10 Azərbaycanda Məhərrəm ayı bu tarixdə başa çatacaq 21:42 Tbilisiyə gedən təyyarə Bakıya TƏCİLİ eniş etdi 21:50 Ukrayna Rusiyanın ən güclü hava müdafiə sistemini vurdu - VİDEO 21:37 Ərdoğan Rutte ilə görüşdə Ankara Sammitinin əsas hədəflərini AÇIQLADI - VİDEO 21:27 Ukraynadan ETİRAF: Ən vacib raketlər çatışmır 20:59 Əhaliyə XƏBƏRDARLIQ: Bu ərazi qazsız qalacaq 20:30 Dənizdə bir ailənin dörd üzvü batdı: Ata və qızı xilas edildi, digərləri isə… 20:47 “Çiçəklənən Ermənistan” partiyasının lideri saxlanıldı 20:26 Valideynlər üçün VACİB XƏBƏR - Sabah saat 11:00-da start verilir 20:20 Tramp özünü Teylor Sviftdən üstün saydı - VİDEO 20:05 “Qarabağ” bu futbolçusunu 6,8 milyona SATIR 20:11 Azərbaycan parlamentinə Ukrayna ilə bağlı vacib sənəd daxil oldu 19:58 Rusiyanın bu vilayətində ilk dəfə PUA həyəcanı elan edildi 19:45 Rusiyadakı benzin böhranının günahkarı koronavirus çıxdı 19:32 35 min rus əsgəri ilə bağlı DƏHŞƏTLİ İDDİA 19:23 Krım yanacaqsız qaldı - Tankerlər vuruldu 19:15 FİFA-nın qərarı Trampı qəzəbləndirdi 19:08 Tramp: Rusiya və Ukrayna müharibəni bitirmək istəyir 19:00 Növbəti iki gündə çimərliyə getmək istəyənlərin NƏZƏRİNƏ! 18:54 Leyla Əliyeva Qəbələdə gənc rəssama dəstək verdi 18:46 Все новости