Qətər İrana qarşı zərbələrdən imtina etdi: ABŞ ilə gərginlik yaranacaq?

Qətər İrana qarşı zərbələrdən imtina etdi: ABŞ ilə gərginlik yaranacaq?
12.03.2026 22:58

Qətərin xarici işlər üzrə dövlət naziri Məhəmməd əl-Xulayfi bildirib ki, ölkəsi ABŞ-yə öz ərazisindən İrana qarşı zərbələr endirmək üçün istifadə etməyə icazə verməyib və silahlarından yalnız özünümüdafiə məqsədilə istifadə edir.

Maraqlıdır, Qətərin bu addımı ABŞ ilə münasibətlərdə hər hansı gərginliyə səbəb ola bilərmi? 

Mövzu ilə bağlı politoloq Aydın Quliyev TodayPress TV-yə danışarkən bildirib ki, Qətərdə Amerika hərbi bazasının mövcudluğu İranla bağlı proseslər fonunda ölkənin mövqeyi barədə suallar yaradır.    


Analitik qeyd edib ki, ABŞ, İran və Qətər münasibətləri üçbucağında qeyri-müəyyənliklər mövcuddur. Bu da birinci növbədə Qətərdəki Amerika hərbi bazası ilə bağlıdır: 

“Hələ İranla müharibədən çox-çox əvvəl Qətərdə Amerikanın hərbi bazası var idi. Qətərlə Amerikanın arasında genişmiqyaslı silah ticarəti ilə bağlı sazişlər var, hətta bu sazişlərin bəzilərinin dəyəri milyardlarla ölçülür”.  

Onun sözlərinə görə, Qətər öz ərazisində yerləşən bazalardan İrana qarşı istifadə olunmasına etiraz etdiyini bildirsə də, faktiki vəziyyət fərqli ola bilər. Eyni zamanda, Qətərdə Amerikanın hərbi bazasının olması Qətər üçün İrana vurulan zərbələrdə onun bitərəfliyi mənasına gəlməyə əsas vermir.  

“Faktiki olaraq Amerika Qətərdə və digər ölkələrdəki hərbi bazalardan İrana qarşı istifadə edir. Ona görə də hələlik Qətər hakimiyyətinin mövqeyinin nədən ibarət olduğunu müəyyənləşdirmək çətindir. Əgər doğrudan da Amerikaya öz ərazisində olan hərbi bazalardan istifadə icazəsi verməyibsə, bunu sübut etməli və İranı inandırmalıdır”, - deyə ekspert izah edib. 


Siyasi şərhçi əlavə edib ki, İranın mövqeyinə görə, əgər hər hansı ölkənin ərazisindən ona qarşı zərbə endirilərsə, həmin ölkə legitim hədəf hesab oluna bilər. 

Qətərin ərazisində Amerika hərbi bazası varsa, həmin hərbi bazalardan İrana zərbə endirmək üçün istifadə olunarsa, onda bu İranın nöqteyi-nəzərindən Qətərə zərbə endirmək üçün kifayət edən bir arqumentdir. 

Ekspertin qənatincə, Qətərin bu məsələ ilə bağlı mövqeyində ardıcıllıq olarsa, bu, ABŞ ilə münasibətlərdə gərginliyə səbəb ola bilər: 

“Qətər öz ərazisindəki bazalardan İrana zərbə endirmək üçün istifadə məsələsində Amerikaya məhdudiyyət yaradacaqsa, bu, gərginliyə yol aça bilər. Eləcə də digər körfəz ölkələri öz ərazilərindəki bazalardan istifadəni Amerikaya qadağan etsələr,  əlbəttə, bu həmin ölkələrlə Amerikanın arasında çox ciddi problemə çevrilə bilər. Çünki bu hərbi bazalar körfəz ölkələrində İran müharibəsindən çox-çox əvvəl qurulub və həmin hərbi bazaların qurulması artıq bir rəy yaradır ki, bu ölkələr ilə Amerika bir-birinin hərbi müttəfiqləridirlər. Hərbi müttəfiqdirlərsə, Amerika bu ərazilərdəki bazalardan İrana və eləcə də başqa ölkələrə qarşı istifadə etmək hüququna malikdir”. 

Aysel Mətləb

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
01 августа 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Все новости