Overçukdan AÇIQ MESAJ: Ermənistanı “Titanik” kimi...

Overçukdan AÇIQ MESAJ: Ermənistanı “Titanik” kimi...
06.02.2026 17:50

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avropa Birliyinə inteqrasiya niyyətinə sərt reaksiya verib.   


O bildirib ki, Avropa İttifaqı (Aİ) getdikcə Rusiyaya qarşı aqressiv mövqedə olan hərbi-siyasi birliyə çevrilir və Ermənistan bu seçimin nəticələrini ciddi şəkildə dəyərləndirməlidir:

“Ermənilər bu gün Rusiya Federasiyasına qarşı çox aqressiv olan hərbi-siyasi birliyə qoşulmağa hazırdırlarmı? Bəlkə də ermənilər də özlərinə bu sualı verməli olacaqlar. Hər halda dəfələrlə deyilib ki, bu və ya digər inteqrasiya birliyinin lehinə seçim həmişə erməni xalqının seçimidir", - deyə Baş nazirin müavini vurğulayıb.

Bəs Ermənistanda növbəti parlament seçkiləri və mümkün referendum ərəfəsində Kremlin bu cür xəbərdarlıqları hansı təhlükəli ssenarilərin anonsu sayıla bilər?

Siyasi məsələlər üzrə ekspert Şəhla Cəlilzadə Ermənistanın son illərdə atdığı addımları TodayPress TV-yə şərh edərkən bildirib ki, Nikol Paşinyan hakimiyyətə məhz Ermənistanın xarici siyasət kursunda siyasi reorientasiyanı həyata keçirmək üçün gətirilmişdi və Qarabağ müharibəsindəki məğlubiyyət bu prosesi sürətləndirən əsas faktor oldu: 

 

“Paşinyan Rusiyanı Ermənistanı müdafiə etməməkdə açıq şəkildə ittiham etdikdən sonra ilk addım kimi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakı de-fakto dondurdu. 2025-ci ilin yanvarında ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması, Ermənistanın Aİ-yə inteqrasiya məsələsinin parlamentin gündəminə çıxarılması və üzvlük prosesinin başladılmasına dair qanunun qəbul edilməsi bu kursun ardıcıl şəkildə davam etdiyini göstərir”.

Ekspertin sözlərinə görə, 2018-ci il “məxməri inqilab”dan sonra Ermənistan qərbyönümlü siyasətini açıq ifadə etməyə çəkinirdi, lakin 2022-ci ildən sonra bu yanaşma tam dəyişib: 

“Ötən ilin sonunda Aİ ilə Ermənistan arasında Strateji Gündəliyin, Almaniya ilə isə Strateji Tərəfdaşlıq Bəyannaməsinin imzalanması onu göstərir ki, Ermənistan artıq Qərbyönlü siyasətini gizlətmir. Lakin bu proses paralel olaraq Rusiyadan açıq təhdidlərin səslənməsi ilə müşayiət olunmağa başladı”.

Şəhla Cəlilzadə xatırladıb ki, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Ermənistanın “Titanik kimi batırıla biləcəyi” ilə bağlı açıqlaması bu təhdidlərin açıq nümunəsidir:

“İndiyədək Rusiya postsovet ölkələrinin Aİ-yə üzvlük niyyətini NATO qədər təhlükəli hesab etmirdi. Ancaq bu gün vəziyyət dəyişir. Xüsusilə ABŞ Prezidenti Donald Trampın təzyiqləri fonunda Aİ-nin hərbi gücünü artırması və vahid Avropa Ordusu ideyasının müzakirəyə çıxarılması Moskvanın yanaşmasını sərtləşdirir”.

Analitikin fikrincə, Aİ-nin hərbi-siyasi təşkilata çevrilməsi ehtimalı Ermənistan üçün potensial risklər yarada bilər:


“Gürcüstanın 2008-ci ildə, Ukraynanın isə 2014-cü ildən etibarən yaşadıqları hadisələr NATO-ya üzvlük niyyətlərinin nəticəsi idi. Aİ hərbi-siyasi təşkilata çevrilərsə, Ermənistanın Aİ-yə üzvlük istəyi də oxşar ssenarilərə yol aça bilər. Lakin bu, indiki mərhələdə nə real, nə də gözlənilən görünür”.

Şəhla Cəlilzadə vurğulayıb ki, Rusiya hazırda diplomatik ritorikaya üstünlük verir və Ermənistanı tam itirməməyə çalışır:

“Lavrovun Ermənistan parlamentinin spikerinə “həm bizimlə, həm də digər tərəfdaşlarla işləyə bilərsiniz” mesajı verməsi bunu göstərir. Amma eyni zamanda aydındır ki, Ermənistanın paralel şəkildə həm Aİ-də, həm KTMT-də, həm də Avrasiya İqtisadi İttifaqında təmsil olunması mümkün deyil”.

Ekspertin qənaətincə, Paşinyanın xüsusilə seçkiqabağı dövrdə Ermənistanı KTMT-dən və Avrasiya İqtisadi İttifaqından çıxarmaq üçün nə siyasi iradəsi, nə də real gücü var:

“Bu addım Rusiyanın Ermənistandakı hərbi bazalarının, hərbi kontingentinin və strateji iqtisadi təsir mexanizmlərinin itirilməsi deməkdir ki, bu da Moskvanın aqressiv reaksiyasına səbəb ola bilər”.

Sonda Şəhla Cəlilzadə qeyd edib ki, Ermənistan hakimiyyəti bütün bu riskləri anlayır və balanslı siyasət yürütməyə çalışır:

“Bu səbəbdən KTMT-də fəaliyyət de-fakto dayandırılsa da, rəsmi çıxış baş vermir. Eyni zamanda Aİ-yə üzvlük niyyəti bəyan olunsa da, hələlik rəsmi üzvlük müraciəti edilməyib”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 Bütün Xəbərlər