“Qarabağa qayıtmaq təhlükədir” — “Etimad siqnalı”, yoxsa...?

“Qarabağa qayıtmaq təhlükədir” — “Etimad siqnalı”, yoxsa...?
04.11.2025 17:39

Ermənistanın Baş naziri Nikol Paşinyan Orbeli Forumunda çıxışında deyib ki, ermənilərin Qarabağa qayıtması sülh prosesinə təhlükə yarada bilər.

“Ermənistan və Azərbaycan arasında psixoloji münaqişə davam edir, lakin siyasi cəhətdən artıq bitib. Fakt budur ki, sülh hər iki ölkə üçün tanış olmayan bir anlayışdır. Sosial və psixoloji qavrayışları tək bir qərarla dəyişdirmək mümkün deyil”, - o əlavə edib. 


Baş nazirin çıxışını TodayPress TV-yə şərh edən politoloq Anar İsayev bildirib ki, Paşinyanın son açıqlamaları, o cümlədən “ermənilərin Qarabağa qayıdışının sülh prosesinə təhlükə yarada biləcəyi” fikri onun siyasi ritorikasında mühüm dönüş nöqtəsidir:

“Paşinyan artıq açıq şəkildə bildirir ki, Ermənistan Qarabağ məsələsini beynəlxalq gündəmdən çıxarıb və Azərbaycanla sülhün əsas prinsiplərindən biri tərəflərin bir-birinin ərazi bütövlüyünü tanınmasıdır. Bu onun 2020-ci ildən sonra tədricən formalaşdırdığı “reallıq siyasəti”nin davamıdır. Baş nazir həm daxili auditoriyanı, həm də Qərbə yönəlmiş yeni siyasi kursu balanslaşdırmağa çalışır. Bununla belə Ermənistan daxilindəki radikal revanşist qüvvələrin təzyiqini azaltmaq üçün bəzən diplomatik cümlələrdən istifadə etməsi də təsadüfi deyil. Yəni Paşinyan reallığı qəbul edir, amma siyasi manevr imkanlarını da qorumağa çalışır”.

Ekspert qeyd edib ki, Paşinyanın bu mövqeyi erməni cəmiyyətində fərqli reaksiyalar doğurur:

“Ermənistanda aparılan sorğular göstərir ki, 2020-ci il müharibəsindən və 2023-cü il antiterror əməliyyatından sonra əhalinin böyük bir hissəsi artıq Qarabağın itirildiyini qəbul edib. Bu daha çox “məcburi reallıqla razılaşma” halıdır. Əsasən gənclər və şəhər əhalisi sülhə meylli görünür, amma diaspora və köhnə siyasi elita, xüsusən sabiq prezidentlər Robert Köçəryan və Serj Sarkisyanın çevrələri hələ də bu mövqeyi rədd edir. Yəni Ermənistan daxilində sülhə münasibətdə fikir ayrılığı qalır”.


Anar İsayevin qənaətincə, bu reallıq Paşinyanı həm daxili, həm də beynəlxalq səviyyədə ikiqat təzyiq altında saxlayır:

“Paşinyan anlayır ki, Qarabağ uğrunda yeni müharibə nə realdır, nə də arzuolunandır. Ermənistanın yeganə çıxış yolu Azərbaycan və Türkiyə ilə iqtisadi, ticarət və kommunikasiya əlaqələrinin bərpasıdır. O, artıq Qərb və Rusiya arasında “oyun sahəsi” olmaq istəmir, əvəzində regionda sabitlik yaratmaq və reallığı qəbul etmək istəyir”.

Analitik əlavə edib ki, Paşinyanın son ritorikası həm Bakıya yönəlmiş “etimad siqnalı”, həm də erməni ictimaiyyətini reallığa alışdırmaq cəhdidir:

“Bu bəyanatlar səmimi olmasa da, məcburi və realist xarakter daşıyır. Ermənistan cəmiyyəti hələ tam barışmayıb, lakin barışa doğru psixoloji keçid mərhələsindədir. Sülh sazişi imzalansa belə, onun ictimai legitimliyi Ermənistanda uzun müddət mübahisə mövzusu olaraq qalacaq”.

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
17 июня 2026
Qırğızıstanda Zobel mükafatı təsis edildi 20:38 Sabiq prezident insanlığa qarşı cinayətlərdə ittiham olunur 22:49 İran İsraili sərt cavab tədbirləri ilə hədələdi 01:25 Fransa DÇ-2026-ya qələbə ilə başladı 01:07 Livanda ölənlərin sayı AÇIQLANDI 20:36 Azərbaycanda müğənni qəzaya düşdü 00:35 Hər evin qarşısında bir "tramplin": Qanunsuz maneə quraşdıranları hansı cərimələr gözləyir? 22:46 Fabritsio Romano açıqladı: "Qarabağ" Elvinin yerinə onu gətirir 23:57 Suala elə cavab verdi ki, əvvəl güldürdü, sonra kədərləndirdi 22:10 "DeepSeek"dən tarixi rekord - 50 milyard dollar! 23:31 Tanınmış vəkilə AĞIR İTKİ 23:36 Bu ərazilərdə qaz kəsiləcək 22:07 Almaniya Yaxın Şərqə mina təmizləyən gəmilər göndərdi - Mertsdən diqqətçəkən açıqlama 22:47 Ruben Amorim "Milan"ın baş məşqçisi oldu 22:01 Pekindən Londona etiraz: "Birtərəfli sanksiyalara qəti qarşıyıq!" 22:33 Hindistanda "Telegram" bloklandı - SƏBƏB 21:56 Ukraynaya məxsus hərbi təyyarə qəzaya uğradı - Pilotlar öldü 22:26 Azərbaycanda ilk dəfə: Cəbrayılda nəhəng istixana aqroparkı yaradılacaq 21:54 Azarkeşlərin diqqətinə: "Neftçi"nin yeni mövsüm üçün tam hazırlıq qrafiki! 22:16 Türkiyə öz ərazisində zenit-raket kompleksini yerləşdirəcək 21:45 Əsrin sövdələşməsi: Vaşinqton və Tehran arasında 14 bəndlik razılaşması yayıldı 21:48 Prokurorluğun Baş Gömrük İdarəsində keçirdiyi əməliyyatın DETALLARI 21:37 Ужас БПЛА в Набатии: автомобили попали под прицел 19:39 Bakıda keçirilən iclasda tarixi qərar 20:42 "Qarabağ" yeni mövsümə necə hazırlaşır? - Qurban Qurbanov danışdı 21:20 Все новости