Moskva-Bakı-İrəvan: Azərbaycan icazə verdi

Moskva-Bakı-İrəvan: Azərbaycan icazə verdi
27.10.2025 14:09

Azərbaycan Rusiyadan Ermənistana malların tranzitinə öz dəmir yolları vasitəsilə icazə verməyə razılıq verib. 

Bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Kuala-Lumpurda ASEAN tədbiri zamanı bildirib. 

Onun sözlərinə görə, artıq “Rusiya Dəmir Yolları” regional tərəfdaşlarla təşkilati məsələləri müzakirə edir və yeni logistika marşrutu hazırlanır.

“Rusiyanın Ermənistanla sərhədi olmadığına görə bir çox yüklər Gürcüstan vasitəsilə daşınır”

Mövzu ilə bağlı TodayPress TV -yə danışan siyasi şərhçi Vüqar Əhmədov bildirib ki, regionda yeni əməkdaşlıq imkanları formalaşır: 

"Təbii ki, bu prosesdə, yəni Cənubi Qafqazda qarşılıqlı etimad və əməkdaşlığın formalaşmasında əsas addım atan ölkə olan Azərbaycan, regional tranzit, nəqliyyat və iqtisadi tərəfdaşlıqla bağlı bölgədə maraqları kəsişən bütün ölkələrlə sağlam əlaqələrə söykənən münasibətlər formalaşdırır. Ötən həftə Qazaxıstandan taxılın Azərbaycan vasitəsilə Ermənistana aparılması üçün tranzit rüsumlarının aradan qaldırılması və Azərbaycanın Rusiyadan gələn malların Ermənistana tranzitinə razılıq verməsi regionda yeni iqtisadi kommunikasiyaların açılması baxımından çox mühüm addım sayıla bilər. Məlumdur ki, Rusiyanın Ermənistanla sərhədi olmadığına görə bir çox yüklər Gürcüstan vasitəsilə daşınır, bu isə qış aylarında yollarda ciddi problemlərə yol açır. Bu razılaşmadan sonra Azərbaycan vasitəsilə Ermənistana dəmir yolu daşımaları hər iki tərəf üçün ticarət əlaqələrinin daha da asanlaşmasına gətirib çıxaracaqdır".

“Azərbaycan regional nəqliyyat qovşaqlarının ən əlverişli mövqelərindən birində yerləşir”

Analitik qeyd edib ki, bu proses Azərbaycanı regionun əsas nəqliyyat qovşağına çevirərək onun geoiqtisadi rolunu daha da gücləndirir: 

"Zəngəzur dəhlizinin istifadəyə verilməsindən sonra Rusiya da fəal şəkildə tranzit olaraq bu yolun imkanlarından istifadə edə biləcək və yüklərini həm Ermənistana, həm İrana, həm də Türkiyəyə nəql edəcəkdir. Azərbaycan regional nəqliyyat qovşaqlarının ən əlverişli mövqelərindən birində yerləşir və təbii ki, regional ticarət-iqtisadi əlaqələrin inkişafına töhfə verir. Burada Şərq-Qərb nəqliyyat dəhlizi ilə yanaşı, Şimal-Cənub nəqliyyat və tranzit imkanları da nəzərdən keçirilir".

“Bundan bütün region ölkələri fayda götürəcək”

Ekspertin sözlərinə görə bu  regionda sabitlik və əməkdaşlığı möhkəmləndirəcək:

"Azərbaycan üçün ən vacib məsələ bütün regional nəqliyyat bağlantılarının açılması və işlək olmasıdır. Şübhəsiz ki, bundan bütün region ölkələri fayda götürəcək və mümkün olan maneələr və blokadalar aradan qaldırılacaq. Bu cür konstruktiv addımların atılması və bölgə ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin inkişafına verilən töhfə yeni yolların və dəhlizlərin açılmasına, qarşılıqlı etimad və sülh quruculuğuna da öz müsbət təsirini göstərir".

“Cənubi Qafqaz bir sülh, əməkdaşlıq və regional qovşaq rolunu oynayır”

O, həmçinin əlavə edib ki, Azərbaycan mühüm strateji qovşaq rolunu gücləndirir: 

"Bu gün Azərbaycan həm Şərqdən Qərbə, həm də Şimal-Cənub nəqliyyat bağlantılarının qurulmasında aparıcı ölkəyə çevrilməkdədir və ölkəmizin geostrateji mövqeyi buna imkan verir. Şimal qonşumuzun Cənubi Qafqaza təsir imkanlarına gəldikdə isə düşünürəm ki, artıq Rusiyanın bölgədə mövcudluğu nəyisə qəbul etdirməkdən daha çox sağlam əməkdaşlıq ruhuna uyğun şəkildə formalaşır. Şimal qonşumuz da anlayır ki, Cənubi Qafqaz bir sülh, əməkdaşlıq və regional qovşaq rolunu oynayır və Rusiyanın da bu prosesdə fəal rol almaq niyyətində olduğu görünür".

Jalə Rövşən 

FOTOLAR

Moskva-Bakı-İrəvan: Azərbaycan icazə verdi — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsinin verilməsinə və dəyişdirilməsinə görə ödəniş ləğv edilir 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Bütün Xəbərlər