Proksilər alovlanır – 2026-da böyük toqquşma olacaqmı?

Proksilər alovlanır – 2026-da böyük toqquşma olacaqmı?
25.12.2025 17:18

İsrail İranın raket proqramını bərpa etməsi halında yeni zərbələr endirə biləcəyini istisna etmir. Wall Street Journal yazır ki, Tehran tərəfindən balistik raket proqramının yenidən aktivləşdirilməsi İsrailin hərbi addımlarına səbəb ola və ABŞ-nin bölgədə stabilləşdirmə səylərini ciddi şəkildə çətinləşdirə bilər.


İsrailin Baş naziri Benyamin Netanyahu Hərbi Hava Qüvvələrinin yeni pilotlarının buraxılış mərasimində çıxış edərək ölkənin HƏMAS, Hizbullah və İranın silahlanmasını diqqətlə izlədiyini bildirib. O vurğulayıb ki, təhlükə yarandığı halda İsrail lazım olan tədbirləri görməyə hazırdır. Müdafiə naziri və Hərbi Hava Qüvvələrinin rəhbərliyi də eyni mövqeni bölüşərək İsrailin yeni təhdidlərin qarşısını almaq üçün operativ addımlar atmağa tam hazır olduğunu qeyd edib.


Bu açıqlamalar göstərir ki, Təl-Əvivin hədəfi təkcə İran deyil. 12 günlük müharibə zamanı İranın proksiləri – HƏMAS, Hizbullah və husilər – İsrailə ciddi zərbələr vurmuşdu. Buna görə də rəsmi Təl-Əviv növbəti mümkün hücumdan əvvəl məhz bu qrupları zərərsizləşdirməyə üstünlük verə bilər.


Ancaq digər tərəfdən, İran da geri çəkilməyəcəyini açıq şəkildə nümayiş etdirir. Tehran balistik raket proqramının bərpasını rəsmən elan edərək bu sahəni ölkənin regional nüfuzunun əsas elementi kimi təqdim edir. İsrail isə bu addımı özünə qarşı birbaşa təhlükə kimi qiymətləndirir və sərt reaksiyanın mümkünsüz olmadığını bildirir.

Həyəcanverici məqam odur ki, İranın hər üç proksisi – HƏMAS, Hizbullah və Ənsurullah (husilər) – son aylarda sürətlə silahlanır və fəaliyyətlərini genişləndirir. Suriya hökuməti Hizbullaha ölkə ərazisindən qaçaq silah daşınmasına qarşı müəyyən tədbirlər həyata keçirsə də, bu prosesin qarşısını tam almağa hələ ki nail olmayıb. Buna görə İsrail son həftələrdə İranın yenidən hədəf alınması ilə bağlı ideoloji təbliğatı gücləndirib.

İranı cəsarətləndirən bir neçə amil də var. İlk növbədə, ABŞ-nin bölgədəki mövcudluğu əvvəlki illərlə müqayisədə zəifləyib. Tramp administrasiyası diqqətini daha çox Rusiya–Ukrayna müharibəsinin həllinə yönəldib. 

Digər mühüm faktor İsrail daxilindəki siyasi böhrandır. Netanyahu hökuməti dağılmaq üzrədir və ölkədə növbədənkənar seçkilərin keçirilməsi üçün hazırlıqlar gedir. Bu da İran üçün əlavə fürsət pəncərəsi yaradır. 


Üçüncü əhəmiyyətli məsələ isə proksilərin yenidən artan aktivliyidir. 2024-cü ildə liderləri aradan götürüldükdən sonra HƏMAS və Hizbullah müəyyən zəifləmə yaşasa da, son aylarda sürətlə toparlanmağa başlayıblar.

Mövcud vəziyyət İsrailin növbəti hücum ssenarilərini də formalaşdırır. Ən real ehtimal odur ki, İsrail birbaşa İrana hücum etmədən əvvəl məhz proksiləri hədəfə alacaq. Paralel olaraq İranın Suriya və İraqdakı hərbi mövqelərinə də zərbələr endirilə bilər. Kiberhücumların genişləndirilməsi, regional liderlərə qarşı sui-qəsd cəhdlərinin artması və xüsusi əməliyyatların aktivləşməsi də yüksək ehtimal kimi qiymətləndirilir.

Hər nə qədər riskli olsa da, birbaşa İrana qarşı məhdud hava əməliyyatı da istisna edilmir.

Bütün bu faktorlar onu göstərir ki, 2026-cı ilin ilk yarısında dünya İsrail və İran arasında yeni və təhlükəli bir gərginliyin şahidi ola bilər.

Müəllif: Zeynal Əmrəliyev

ЛЕНТА НОВОСТЕЙ
02 августа 2026
Pişiyiniz sizi neçə il xatırlayır? Alimlərdən təəccübləndirən cavab 21:52 KDR tarixinin ən ağır Ebola epidemiyası yaşanır 01:49 Boynu qəfil fırlatmaq insulta səbəb ola bilər? - Mühüm xəbərdarlıq 01:41 Rumıniya AES-i fəaliyyətini dayandıra bilər - Səbəb nədir? 01:34 İsti havada dərhal soyuq suya girmək hansı fəsadlara yol aça bilər? - Həkim izah etdi 01:30 "SpaceX" raketinin Ayla toqquşmasına günlər qaldı 00:48 Çin Yer kürəsini dəyişəcək nəhəng layihəyə başladı: Alimlər həyəcanlandı 21:18 Peruda turist təyyarəsi qəzaya uğradı: Ölənlər var 01:37 Tramp "51-ci ştat" paylaşımını təkrarladı 01:05 Hakan Fidan Abbas Əraqçi ilə telefon danışığı apardı 00:47 "Hürmüzdəki insidentlər İrana hücum bəhanəsidir" – Tehran rəsmi mövqeyini açıqladı 00:29 Fransada meşə yanğınları nəzarət altına alındı - Baş nazir 00:04 ABŞ-nin sabiq diplomatı xəbərdarlıq etdi: Tramp İrana qarşı hansı addımı atacaq? 23:43 "Patriot" raketləri anbarlarda qalmamalıdır - Zelenskidən Qərbə açıq çağırış 23:24 13 yaşlı futbolçu faciəvi şəkildə həlak oldu 23:09 Keçmiş kənd təsərrüfatı naziri vəfat etdi 22:59 FIFA prezidentinin yerinə kim gələcək? - UEFA-nın diqqətində iki namizəd var 22:55 Rusiyanın mərkəzində restoranda PARTLAYIŞ - Ölən və yaralananlar var 22:40 "Sabah" hücum xəttini ingilis klubunun futbolçusu ilə möhkəmləndirdi 22:30 Kiyevdə dəhşətli zərbə - raket zavodları hədəfə alındı 22:07 İtaliyada son 40 ilin ən güclü zəlzələsi - Xəsarət alanlar var 21:46 Miqrasiya böhranı böyüyür - İrlandiya TƏCİLİ iclas çağırdı 21:58 ABŞ-dən 50 ölkə üçün yeni viza qərarı: 20 min dollar ödəməli olacaqlar 21:44 İsrail ordusu ən yüksək hazırlıq vəziyyətinə gətirildi 21:30 İlham Əliyevdən Nəriman Həsənzadənin ölümü ilə bağlı paylaşım 21:22 Все новости