Polşada prezident seçildi: Yeni düzənə nə vəd edir? – ŞƏRH

Polşada prezident seçildi: Yeni düzənə nə vəd edir? – ŞƏRH
04.06.2025 13:08 Təhlil

“Karol Navrotskinin prezident seçilməsi Polşada siyasi böhranı dərinləşdirəcək”.

Politoloq Rəşad Bayramov bunu TodayPress TV-yə danışarkən deyib.

O, seçkilərin birinci turunu xatırladıb:

“Polşada keçirilən prezident seçkilərinin birinci turunda Varşava meri Rafel Tşaskovskinin Karol Navrotskidən öndə olması, eləcə də hakim koalisiya tərəfindən dəstəklənməsi ikinci turda da onun qalib gəlmə ehtimallarını artırırdı. Lakin Navrotskinin prezident seçilməsinə şahidlik etdik. Təbii ki, Polşada prezident səlahiyyətləri xeyli məhdudlaşdırılmış səlahiyyətlərdir, amma buna baxmayaraq, hökümətin bir sıra təşəbbüslərinə, o cümlədən Polşa parlamentinin qəbul etdiyi bu və ya digər qərarlara veto qoymaq kimi hüququ var. Mühafizəkar namizəd Navrotskinin Brüsselə qarşı məsafəli münasibəti, eləcə də Ukraynanın NATO və Aİ-yə üzvlüyünə xoş baxmaması məlumdur. O, bu mövqeyini dəfələrlə müxtəlif platformalarda bəyan edib. Ölkə daxilində miqrant axını kimi məsələlərdə də kəskin mövqe nümayiş etdirib. Donald Tuskun Baş nazirliyi dövründə Tşaskovskinin prezident seçilməsi hazırkı hakimiyyətin siyasətini daha rahat davam etdirməsi üçün geniş imkanlar yaradacaqdı. Lakin Tusk hakimiyyətini dəfələrlə tənqid edən şəxsin prezident olması, istər-istəməz, ölkə daxilində siyasi böhranı dərinləşdirəcək. Hətta bu böhran zamanla növbədənkənar parlament seçkilərinin keçirilməsinə qədər gəlib çıxa bilər. Namizədlərin nəticələrinin arasındakı cüzi fərq isə Polşada xalq arasında parçalanmanın mövcud olduğunu göstərdi”. 

Analitik Navrotskinin Rusiya və Ukrayna ilə münasibətlərinə də toxunub:

“Navrotski hər nə qədər Ukraynanın NATO və Aİ üzlüyü ilə bağlı məsələlərə mənfi münasibətdə olsa da, onun Rusiya hakimiyyətinə qarşı mövqeyi də məlumdur. Rusiyanı hər zaman sərt şəkildə tənqid edən siyasi liderlərdən biridir. Hətta bir müddət əvvəl Polşada Qırmızı Orduya aid heykəlin sökülməsinə görə Rusiya Navrotski barəsində cinayət işi qaldırıb, onu axtarışa vermişdi. İndiki halda Polşanın Ukraynaya olan dəstəyinin tamamilə azalması gözlənilməsə də, əvvəlki qədər asan şəkildə yardım göstərməsi də mümkün olmayacaq. Bu, təkcə Rusiya ilə bağlı məsələ deyil, həm də Navrotskinin məsələlərə baxışından irəli gəlir. Bu mənada onu faktiki olaraq Donald Trampın siyasi xəttinə yaxın lider kimi də təqdim edə bilərik. Ukrayna üçün qəti dönüş olmasa da, Polşanın yardımları Ukraynaya böyük dəstəkdir. Xüsusən də silah-sursat, texnika və digər avadanlıqlar məhz Polşa ərazisindən ötürülür. Bu səbəbdən Polşa, həmçinin Avropa və Qərbin Ukraynaya yönələn logistik dəstəyini təmin edir. Navrotskinin prezident seçilməsi bu istiqamətdə ölkənin maraqlarını ön plana çəkməklə bu və ya digər şəkildə Baş nazir Tusk və onun koalisiyası ilə bağlı problemlərin ortaya çıxmasına zəmin yaradacaq”.

Qeyd edək ki, Polşada keçirilən prezident seçkilərinin ikinci turunda Hüquq və Ədalət Partiyasının namizədi Karol Navrotski qalib gəlib. O, 50,89% səs toplayıb. 10 milyon 606 min 877 seçici Navrotskiyə səs verib.

Qiymət Mahir

FOTOLAR

Polşada prezident seçildi: Yeni düzənə nə vəd edir? – ŞƏRH — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Bütün Xəbərlər