Trampın Venesuela addımı: ABŞ-yə qarşı geosiyasi “antiblok” yaranacaq?

Trampın Venesuela addımı: ABŞ-yə qarşı geosiyasi “antiblok” yaranacaq?
25.11.2025 17:01 Təhlil

ABŞ-nin yaxın saatlarda və ya həftə ərzində Venesuelaya qarşı hərbi əməliyyatlara başlaya biləcəyi barədə iddialar bölgədə gərginliyi kəskin artırıb. Vaşinqtonun bu addımı Venesuelanın daxili siyasi kursu və onun zəngin enerji resursları fonunda yeni geosiyasi qarşıdurma dalğasının başlayacağı ehtimalını gücləndirir. 


Maraqlıdır, əgər Vaşinqton əməliyyata başlasa, bu addım Latın Amerikasında ABŞ-yə qarşı genişmiqyaslı geosiyasi “antiblok” yarada bilərmi və regionun Rusiya-Çin orbitinə sürətlə yaxınlaşması riskini artırarmı? 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Tofiq Abbasov bildirib ki, ABŞ-nin Venesuela addımı Trampın sülh iddiaları ilə ziddiyyət təşkil edir və ciddi müharibə riski yaradır:


"Amerikanın Venesuela ilə bağlı planı son dərəcə təhlükəlidir. Çünki hazırda gündəmdə olan mümkün müharibə ssenarisi, birincisi, Donald Trampın gur səslə və geniş PR çərçivəsində təqdim etdiyi “sülh təşəbbüsləri” ilə ziddiyyət təşkil edir. Tramp bir tərəfdən bildirib ki, “səkkiz müharibəni dayandırmışam, sülhün carçısıyam”, digər tərəfdən isə Venesuelaya qarşı hərbi əməliyyat ehtimalını gündəmə gətirir. Bu, həm anlaşılmazdır, həm də ciddi risklər yaradır".

Ekspert qeyd edib ki, hədəf Venesuelanın neft resursları və sol hakimiyyətdir:


"Venesuelanın ABŞ-yə qarşı hər hansı aqressiv planı və ya təhlükəsi yoxdur. Burada prosesin əsasında Venesuelanın zəngin təbii sərvətləri, xüsusilə də neft yataqları dayanır. Neftin keyfiyyətində müəyyən çətinliklər olsa da, ABŞ uzun illər Venesuela neftindən istifadə edib. Sol qüvvələrin hakimiyyətdə möhkəmlənməsi isə Vaşinqtonun maraqlarına uyğun gəlmir. Buna görə də ABŞ siyasi elitaları əvvəl Uqo Çavesi, sonra isə onun varisi Nikolas Maduronu hakimiyyətdən kənarlaşdırmağa çalışıb".

Onun fikrincə, Venesuelaya yönəlik narkotik iddiaları əsassızdır: 


"Venesuela gəmilərinin narkotik daşıması ilə bağlı iddialar isə qondarma bəhanədir. Venesuela gəmilərinin texniki imkanları belə ABŞ sularına yaxınlaşmağa imkan vermir. Onlar əsasən balıqçılıqla məşğul olan kiçik və orta tonnajlı vasitələrdir. Hər kəs bilir ki, regionda narkotik istehsalının əsas mərkəzi Kolumbiyadır və illərdir bu ölkədə solçu silahlı qruplarla hökumət arasında qarşıdurma davam edir".

Analitik vurğulayıb ki, məsələnin mahiyyəti ABŞ-nin bu gün neft uğrunda mübarizəni daha açıq şəkildə aparmasıdır.  Təsadüfi deyil ki, indi diqqət mərkəzində təkcə Venesuela deyil, həm də böyük neft ehtiyatlarına malik Nigeriya var.

Onun sözlərinə görə, müharibə geniş bir bölgəni alova çevirə bilər:

"Əgər müharibə başlasa, bu, çox geniş bölgəni əhatə edə bilər. Cənubi Amerika uzun illər sol ideyalar, partizan hərəkatları və azadlıq mübarizəsi ənənələri ilə tanınıb. Simon Bolivar, Fidel Kastro, Çe Gevara kimi simvollar bu regionun ideoloji yaddaşında xüsusi yer tutur. Sosial ədalətsizlik, oliqarxiyanın təbəqələrarası uçurumu artırması solçu ideyaların təsir dairəsini daha da gücləndirir. Venesuelaya qarşı təcavüz olarsa, bəzi ölkələrin reaksiyası kəskin ola bilər. Kolumbiya və Peru prosesə qoşula bilər. Argentina isə hazırkı prezident Mileinin amerikayönümlü siyasəti səbəbindən kənarda dayanacaq. Lakin Braziliya, xüsusilə də prezident Lula da Silva ehtimal olunan hücum halında Karakası açıq şəkildə dəstəkləyə bilər.

Belə bir qarşıdurma regionu alova bürüyə və qlobal müharibə riskini artırmağa səbəb ola bilər. ABŞ-nin Cənubi Amerikada hərbi əməliyyata başlaması qığılcımının dünyaya yayılmayacağına heç kəs zəmanət verə bilməz".

Analitik son olarq vurğulayıb ki, belə bir müharibə uzunmüddətli ola bilər:


"Müharibələr asan başlayır, lakin bitməsi uzun və çətin olur. Əgər belə bir əməliyyat başlasa, bu, qısa müddətdə yekunlaşmayacaq. Regionun partizan ənənəsi, kiçik silahlı dəstələr və qeyri-müntəzəm qüvvələr uzunmüddətli müharibə ehtimalını artırır. ABŞ ordusu texniki cəhətdən güclü olsa da, insan faktoru həmişə zəif nöqtə olaraq qalır. Yaxın saatlarda proseslərin hansı istiqamətə gedəcəyi aydınlaşacaq".

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər