Paşinyan KTMT-ni “topa tutdu”: Ermənistan NATO-ya yaxınlaşır?

Paşinyan KTMT-ni “topa tutdu”: Ermənistan NATO-ya yaxınlaşır?
02.10.2025 15:07 Təhlil

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı ölkəsinin Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatının (KTMT) öhdəliklərini yerinə yetirmədiyini anlayanda müstəqil olduğunu bildirib.

“2022-ci ildə anlayanda ki, KTMT bizə münasibətdə öhdəliklərini yerinə yetirməyib, yerinə yetirmir və yerinə yetirməyəcək, o an müstəqil olduq, çünki başa düşdük ki, yalnız özümüzə arxalana bilərik. Biz anladıq ki, guya sizin qurduğunuz təhlükəsizlik sistemi sadəcə bir köpükdür və sadəcə dövlətimizin inkişafına mane olmaq üçün istifadə edilən bir vasitədir”, - Paşinyan deyib.

O əlavə edib ki, Qarabağ məsələsi də bir sıra ölkələr tərəfindən Ermənistanın tərəqqisinin qarşısını almaq üçün istifadə olunub.

Paşinyanın bu etiraflarını TodayPress TV-yə siyasi şərhçi Zeynal Əmrəliyev şərh edib.

Onun sözlərinə görə, KTMT ilə Ermənistan arasındakı problemlər uzun müddətdir davam edir və bu problemlərin kökündə Nikol Paşinyanın Qərb hərbi təşkilatlarına inteqrasiya prosesini başlatması dayanır.

“Qərbə doğru inteqrasiya mərhələsinə start verib”

"2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra Rusiyanın orbitində olan təşkilatlardan çıxaraq Qərbə doğru inteqrasiya mərhələsinə start verib və bu çərçivədə müəyyən addımlar atıb.

Qarabağ müharibəsində Ermənistanın məğlubiyyəti Paşinyana bu prosesdə əlavə stimul verib. Paşinyan isə vəziyyətdən istifadə edərək, Rusiyanın nəzarətində olan təşkilatlardan çıxmaq və Qərb hərbi qurumlarına üzv olmaq üçün KTMT-ni onlara lazımı dəstəyi verməməkdə ittiham edir".

“Beynəlxalq hüquq da işğal altında olan əraziləri Azərbaycan ərazisi kimi tanıyıb”

Ekspertin fikrincə, Paşinyan haqlı deyil. KTMT-nin nizamnaməsinə görə, təşkilata daxil olan ölkələrdən hər hansı birinin ərazisinə hərbi müdaxilə olarsa, KTMT dərhal həmin ölkəni müdafiə etmək üçün hərəkətə keçə bilər. Bu prinsip NATO-da da eynidir. Məsələn, NATO üzvü olan ölkəyə hücum baş verərsə, NATO-nun hərbi qanadı işə düşərək ölkəni qoruyar. Azərbaycan isə 44 günlük müharibədə Ermənistan ərazisinə heç bir müdaxilə etməyib və beynəlxalq hüquq da işğal altında olan əraziləri Azərbaycan ərazisi kimi tanıyıb. Bu səbəbdən KTMT-nin müdaxilə etməməsi məsələsi əsassızdır.

Analitik sonda vurğulayıb ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Qərb təşkilatlarına yönəlib və yaxın gələcəkdə KTMT-dən çıxmaq və NATO üzvlüyü üçün real addımlar atmaq imkanını nəzərdən keçirə bilər.

Jalə Rövşən

TodayPress TV

FOTOLAR

Paşinyan KTMT-ni “topa tutdu”: Ermənistan NATO-ya yaxınlaşır? — 1
XƏBƏR LENTİ
16 IYUN 2026
Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Bütün Xəbərlər