Overçukdan Bakıda “AZAL” açıqlaması - Səmimiyyət bəyanatlarla ölçülmür!

Overçukdan Bakıda “AZAL” açıqlaması - Səmimiyyət bəyanatlarla ölçülmür!
03.03.2026 18:32

Rusiya Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuk Prezident İlham Əliyevin qəbulunda bildirib ki, Azərbaycan və Rusiya 2024-cü il dekabrın 25-də “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaq.



 

Maraqlıdır, Rusiya tərəfi bu açıqlamada səmimidirmi?

 

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Anar İsayev bu məsələnin həm siyasi, həm də hüquqi baxımdan son dərəcə həssas xarakter daşıdığını deyib:



 

“Ona görə də Rusiyanın bu tip bəyanatlarını qiymətləndirərkən bir neçə mühüm amilə diqqət yetirmək vacibdir. Burada birinci diplomatik kontekstdir. Aleksey Overçuk iqtisadi blokun nümayəndəsidir və Hökumətlərarası Komissiyanın həmsədri kimi əsasən praktiki-texniki məsələlərlə məşğul olur. Onun “kompleks praktik addımlar” ifadəsi adətən istintaqın yekunlaşdırılması, texniki məlumatların mübadiləsi, kompensasiya mexanizmlərinin işlənməsi, sığorta və hüquqi prosedurların icrası kimi məsələləri əhatə edə bilər. Bu tip bəyanatlar, bir qayda olaraq, diplomatik gərginliyin qarşısını almaq və münasibətləri sabit saxlamaq məqsədi daşıyır.

 

İkinci səmimiyyət məsələsinin nədən asılı olmasıdır. Rusiyanın açıqlamasının real niyyət olub-olmadığını müəyyən edən əsas göstəricilər aşağıdakılar olmalıdır:


 1. Rəsmi istintaq materiallarının şəffaf şəkildə paylaşılması.

 2. Texniki məlumatlara (radar göstəriciləri, dispetçer yazışmaları və s.) çıxışın təmin edilməsi.

 3.  Zərərin kompensasiyası ilə bağlı konkret və işlək mexanizmin təqdim olunması.

 4.  Rəsmi məsuliyyətin tanınıb-tanınmaması”.

 

Ekspertin sözlərinə görə, əgər bu istiqamətlər üzrə real və sənədləşdirilmiş addımlar atılarsa, bəyanatın praktik məzmun daşıdığı qənaətinə gəlmək olar. Əks halda, bu daha çox siyasi jest kimi qiymətləndirilə bilər.



 

“Hazırda müşahidə olunan budur ki, Rusiya regionda münasibətləri maksimum dərəcədə sabit saxlamağa çalışır. Azərbaycanla münasibətlərin pozulması Moskva üçün strateji baxımdan sərfəli deyil. Belə ki, Cənubi Qafqazdakı təsir balansı, nəqliyyat və logistika layihələri, enerji və tranzit marşrutları Rusiya üçün prioritet istiqamətlər hesab olunur. Bu baxımdan, Moskvanın məsələni uzatmaqdan daha çox, onu idarə olunan şəkildə bağlamaqda maraqlı olması mümkündür”, - deyə Anar İsayev diqqətə çatdırıb.

 

O əlavə edib ki, hazırkı mərhələdə vəziyyəti tam səmimi və ya qeyri-səmimi kimi qəti şəkildə qiymətləndirmək çətindir. Səmimiyyət bəyanatlarla deyil, konkret və nəticəyönlü addımlarla ölçüləcək.

 

Qiymət Mahir

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir 13:58 Kreml: Zelenski ciddi danışıqlara hazırdırsa, Moskvaya gələ bilər 13:44 Paşinyan Koçaryanı Bakıya təhvil verir? – İrəvanı qarışdıran GÖZLƏNİLMƏZ PLAN 13:36 Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Все новости