Hörmüz blokadası 6 həftə davam etsə, İran hakimiyyəti dəyişəcək - HESABAT

Hörmüz blokadası 6 həftə davam etsə, İran hakimiyyəti dəyişəcək - HESABAT
28.04.2026 15:10

İranın Ali Milli Təhlükəsizlik Şurasına təqdim edilmiş hesabatda qeyd olunub ki, əgər dəniz blokadası xüsusilə Hörmüz boğazında və neft ixracı limanlarında 6–8 həftə davam edərsə, ölkə iqtisadiyyatı ciddi şəkildə çökə bilər.

Bu halda neft gəlirləri kəsilər, valyuta ehtiyatları tükənər, artıq ərzaq məhsullarında 100%-i keçmiş inflyasiya daha da kəskinləşər, subsidiyalar dayandırılar və milyonlarla insan işsiz qala bilər. Bu isə rejimin ən böyük qorxusunu reallaşdırır: xalqın səbrinin tükənərək küçələrə çıxması. 

Rejim bu ehtimalı ciddi şəkildə araşdırır və xalq üsyan edərsə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH), Basic və digər təhlükəsizlik qüvvələrinin həm daxili etirazları, həm də ABŞ–İsrail koalisiyasını eyni vaxtda nəzarətdə saxlayıb-saxlaya bilməyəcəyi sualı üzərində dayanır.

Tarixi təcrübə göstərir ki, bu suala birmənalı cavab yoxdur. İran xalqı son illərdə bir neçə dəfə genişmiqyaslı etirazlara çıxıb; 2017–2019-cu illərin iqtisadi etirazları, 2022-ci il “Qadın, Həyat, Azadlıq” hərəkatı, eləcə də 2025-ci ilin sonu və 2026-cı ilin əvvəlində baş verən nümayişlər buna nümunədir.

Bu etirazlar əvvəlcə iqtisadi problemlərdən – rialın dəyərdən düşməsi, inflyasiya və işsizlikdən başlayıb, daha sonra isə birbaşa rejimə qarşı yönəlib. 2026-cı ilin yanvarında baş verən sərt repressiyalar və bəzi mənbələrə görə on minlərlə insan itkisi rejimin narahatlığını daha da artırıb. Artıq etirazların tələbi təkcə iqtisadi deyil, sistemin dəyişməsi, korrupsiyanın aradan qaldırılması və regional siyasətlərə yönələn xərclərin ölkə daxilinə yönəldilməsidir.

Müharibə şəraitində xalqın küçələrə çıxıb-çıxmaması isə vəziyyətdən asılıdır. Qısa müddətli müharibələrdə adətən “bayraq ətrafında birləşmə” effekti yaranır və rejim bu vəziyyətdən istifadə edərək etirazları “xarici təcavüzə dəstək” kimi təqdim edib müvəqqəti sabitlik qazana bilir. Lakin müharibə uzandıqda və iqtisadi blokada ilə birləşdikdə vəziyyət dəyişir. Belə bir halda neft ixracının dayanması büdcə gəlirlərini kəskin azaldır, ərzaq və dərman qiymətləri daha da yüksəlir, iş yerləri bağlanır və elektrik, internet kimi əsas xidmətlərdə kəsintilər gündəlik həyatı iflic edir.

Bu şəraitdə xüsusilə orta təbəqə, gənclər, bazar tacirləri və etnik azlıqlar rejimi həm daxili böhran, həm də xarici müharibə fonunda “bacarıqsız və zərərli sistem” kimi görə bilərlər. Nəticədə etirazların yenidən və daha kəskin şəkildə alovlanması ehtimalı artır.

Rejimin əsas dayağı olan SEPAH və Bəsic ideoloji baxımdan sadiq və repressiv təcrübəyə malik qüvvələrdir və etirazları sərt şəkildə yatırmaq imkanına malikdirlər. Lakin eyni vaxtda həm xarici müharibə, həm də daxili etirazlarla üzləşmək onların resurslarını zəiflədir. Xarici cəbhədə raket və müdafiə sistemləri üçün resurslar sərf olunduqca daxili nəzarət zəifləyə bilər, etirazların genişlənməsi isə təhlükəsizlik qüvvələri daxilində belə parçalanma yarada bilər.

Hətta bəzi hallarda aşağı rütbəli üzvlərin mülki əhaliyə qarşı güc tətbiqindən imtina etməsi mümkündür. Rejim bu riski nəzərə alaraq etirazları daha sərt şəkildə “terror və xarici düşmənlə əməkdaşlıq” kimi təqdim etməyə çalışır, lakin iqtisadi vəziyyətin pisləşməsi fonunda hətta sadiq qüvvələrin motivasiyası da zəifləyə bilər.

Nəticə etibarilə, müharibə və iqtisadi blokada şəraitində xalqın küçələrə çıxma ehtimalı xüsusilə 6–8 həftədən sonra xeyli artır. Bu vəziyyət 2025–2026 etirazlarının davamı kimi daha geniş və radikal xarakter ala bilər. Rejim  hərbi və təhlükəsizlik gücü ilə nəzarəti saxlamağa çalışsa da, iqtisadi çöküş, daxili narazılıq və xaricdən  təzyiqin eyni anda artması onun imkanlarını ciddi şəkildə məhdudlaşdıra bilər.

Tarixi təcrübə göstərir ki, iqtisadi çöküş, siyasi repressiya və müharibə uğursuzluğu kimi faktorların birləşməsi çox vaxt rejimlərin daxildən zəifləməsinə və uzunmüddətli sabitliyin pozulmasına gətirib çıxarır. İran hazırda  bu kritik vəziyyətin yaxınlığında dayanır və prosesin nəticəsi blokadanın müddətindən, müharibənin gedişindən və cəmiyyətin dözümlülük həddindən asılıdır.

Jalə Rövşən

XƏBƏR LENTİ
01 AVQUST 2026
Rezai: Hücum olarsa, regionu daş dövrünə qaytaracağıq 17:09 Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Bütün Xəbərlər