Naxçıvanın Muxtar Respublikası ilə bağlı yenilik nə vəd edir? – RƏY

Naxçıvanın Muxtar Respublikası ilə bağlı yenilik nə vəd edir? – RƏY
04.02.2026 10:09

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir. 

Belə ki, Milli Məclisin ötən gün keçirilən iclasında ikinci səsvermədə müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsində Moskva və Qars müqavilələrinin adının Naxçıvan Konstitusiyasından çıxarılması səsverməyə qoyularaq qəbul edilib.

Politoloq Bakir Həsənbəyli qərarlarla bağlı TodayPressTV-yə danışarkən bildirib ki, Naxçıvanın Konstitusiyasında dəyişiklik üçün zərurət var idi:


“2022-ci ilin sonlarında Naxçıvan Ali Məclisinin rəhbərliyindəki istefadan sonra Muxtar Respublikaya yeni rəhbər təyin edilmişdi. Yeni rəhbər Prezidentin sərəncamı ilə səlahiyyətli nümayəndə statusunda idi. MR Konstitusiyasında belə bir vəzifə yoxdur. Azərbaycan Konstitusiyasına görə isə Prezidentin regionlara öz nümayəndələrini təyin etmək, struktur dəyişiklikləri aparmaq səlahiyyətləri var. Naxçıvana təyinatla Konstitusiya arasındakı struktur dəyişikliklərindəki fərqin aradan qaldırılması zərurəti var idi”.

Ekspert qeyd edib ki, Naxçıvanda aparılan struktur dəyişikliyi təkcə səlahiyyətli nümayəndə institutunun yaradılması ilə məhdudlaşmayıb:

“Bəzi paralel strukturlar toxunulmadan saxlanılmışdı. Nəticədə həmin strukturların fəaliyyət dairəsi müəyyənləşdirilməmiş qalırdı. Bu da istər-istəməz Naxçıvanda hakimiyyət orqanlarının effektli fəaliyyətinə mane olurdu. Bu tendensiya bəzən qərarvermə mexanizminin effektiv işləməsini əngəlləyirdi. Dövlət mexanizminin normal fəaliyyət göstərməsi üçün ziddiyyətli məqamlar ortadan qaldırılmalı, Naxçıvan Konstitusiyasında hər kəsin səlahiyyət bölgüsü və məsuliyyəti aydın şəkildə öz əksini tapmalı idi. Bu baxımdan Naxçıvan Konstitusiyasında dəyişiklik aparılması normal haldır”.

B.Həsənbəyli vurğulayıb ki, ötən gün Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının preambulasında dəyişikliklərlə bağlı da qərar qəbul edilib:

“Milli Məclisin ötən gün keçirilən plenar iclasında müzakirə olunan ‘Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında’ qanun layihəsində Naxçıvanın muxtariyyətinin əsaslarının qüvvədə olan 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri ilə qoyulduğu qeyd edilir. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edildi. Və o da qeyd edildi ki, Naxçıvan Muxtar Respublikasının bu Konstitusiyasının əsasını Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda ümumxalq referendumunda qəbul edilən Konstitusiyası təşkil edir”.

Politoloqun sözlərinə görə, qanun layihəsində Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması xüsusi olaraq vurğulanır:


“Buradan belə qənaətə gəlmək olar ki, Naxçıvanın muxtar statusunun ləğvi ilə bağlı məsələ bu gün üçün müzakirə predmeti deyil. Naxçıvan Muxtar Respublikasının ləğvinə əslində ehtiyac yoxdur. Muxtar Respublikanın parlamenti, icra strukturu var. Bölgədə 7 rayon, şəhərə rəhbərlik həyata keçirilir. MR qanunamüvafiq yaradılıb və onun ləğv prosesi də qanunamüvafiq edilməlidir”.

Ekspert əlavə edib ki, Naxçıvan muxtar respublika olaraq Azərbaycan Konstitusiyasında yer alır və onun statusunun dəyişdirilməsi yalnız referendum yolu ilə mümkündür.

Bakir Həsənbəyli qeyd edib ki, preambulanın əsas məqsədi muxtariyyətin hüquqi mahiyyətini və hansı əsaslara söykəndiyini izah etməkdir: 

“Preambula ümumiyyətlə normativ-hüquqi qaydaları müəyyən etmir, daha çox sənədin ideoloji, tarixi və siyasi əsaslarını ifadə edir. Amma son bir neçə ildir ki, ölkədə Konstitusiya referendumu ilə bağlı səslənən iddialar və müzakirələr də var. Düşünürəm ki, müzakirələr gələcəkdə Naxçıvanın muxtar statusunun yenidən nəzərdən keçirilməsini də gündəmə gətirə bilər”.

Qiymət Mahir

TodayPressTV

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
İspaniyaya soxulan miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 В Барде 79-летний мужчина утонул в канале 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Где Хаменеи? — ЦРУ и МОССАД напали на след верховного лидера 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Имеется ли азербайджанский след в торговле почками? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Slotun seçimi bəlli oldu: Avropa Səudiyyə Ərəbistanını qabaqladı 10:30 Gürcüstanda ölkəni işıqsız qoyan qəzanın səbəbi açıqlandı 10:20 II Dünya müharibəsində 27 gəmi batıran Hitlerin sevimli gədəbəyli admiralı Viktor Ern kimdir? - VİDEO 10:20 Добавьте эти 6 продуктов в свой рацион, чтобы защитить кости после 50 лет 10:13 Арабские беженцы облюбовали Испанию — тысячи людей в один момент пересекли границу 10:17 Азербайджанская нефть подорожала 10:09 Nepal millisi nüfuzlu turnirdən kənarda qala bilər 09:58 Prezident Sadır Japarovu Azərbaycana dövlət səfərinə dəvət etdi 09:58 Все новости