Natali Aleksanyan: “İqtisadi əməkdaşlıq münasibətləri yeni mərhələyə aparacaq”

Natali Aleksanyan: “İqtisadi əməkdaşlıq münasibətləri yeni mərhələyə aparacaq”
22.01.2026 17:34

“Davosda baş verən hadisələri, o cümlədən Ermənistan və Azərbaycan Prezidentlərinin orada sülhə dair verdiyi bəyanatları mühüm və əlamətdar siyasi siqnal kimi qiymətləndirirəm”.  

Bunu TodayPress TV-yə ermənistanlı politoloq Natali Aleksanyan deyib. 

O, bildirib ki, bu özü onu göstərir ki, tərəflər artıq sülh gündəminin təxirə salına bilməyəcəyini dərk edir və bu məsələ ən yüksək səviyyədə birbaşa dialoq tələb edir: 

"Davos təsadüfi platforma deyil. Bu, qlobal etimad və iqtisadi qarşılıqlı əlaqə məkanıdır; burada deyilən hər bir söz və baş tutan hər bir görüş beynəlxalq kontekstdə qiymətləndirilir".

Analitik qeyd edib ki, eyni zamanda, baş verənlərə ayıq və real yanaşmaq vacibdir. Rusiya Federasiyasının regionda sülh və inteqrasiya proseslərini pozmaq cəhdlərinə baxmayaraq, Davosda baş verən bugünkü hadisələr göstərir ki, qərarlar getdikcə daha çox xarici güc mərkəzlərinin təsiri ilə deyil, dövlətlərin öz milli maraqlarından çıxış edərək qəbul olunur.  

"Münaqişələrin nəticələrini şüar səviyyəsində deyil, insan taleləri səviyyəsində yaşamış bir qadın, bir vətəndaş kimi əminəm ki, məhz iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq siyasi iradəni dayanıqlı sülhə çevirə biləcək əsas təməl ola bilər",- Natali Aleksanyan  əlavə edib.

Ekspert sonda xüsusilə diqqətə çatdırıb ki, iqtisadi əməkdaşlıq Azərbaycan-Ermənistan münasibətlərini yeni mərhələyə daşıya bilər: 

“Əgər bu səviyyədə görüşlər davamlı xarakter alarsa və nəqliyyat, ticarət və iqtisadi əməkdaşlıq sahələrində konkret razılaşmalarla nəticələnərsə, Azərbaycan-Ermənistan dialoqu keyfiyyətcə yeni mərhələyə keçə bilər. İqtisadi qarşılıqlı asılılıq təhlükə deyil, əksinə, bütün Cənubi Qafqaz üçün təhlükəsizlik və sabit gələcəyin təminatına çevrilə bilər".   

Qeyd edək ki, Ermənistan və Azərbaycan prezidentləri 30 illik münaqişəyə son qoyan tarixi sülh müqaviləsinin imzalanmasından bəri çərşənbə axşamı Dünya İqtisadi Forumu çərçivəsində “Euronews” panelində ilk dəfə bir araya gəliblər.

Azərbaycan Prezidenti İlham Əliyev sülh müqaviləsini İrəvan, Bakı və Cənubi Qafqaz üçün böyük nailiyyət adlandırıb. O bildirib ki, bu vəziyyət "çox dərin düşmənçilikdə olan ölkələrin əməkdaşlığa necə müraciət edə biləcəyinin bir nümunəsidir".

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan isə Ermənistanın Baş naziri Nikol Paşinyana və Azərbaycan Liderinə sülhə nail olmaqda göstərdikləri siyasi iradəyə görə təşəkkür edib.

Jalə Rövşən

TodayPress TV

ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
Nəbatiyədə PUA dəhşəti: Avtomobillər hədəfə alındı 19:39 Oman və İran Hörmüz boğazında azad gəmiçiliyə sadiqliklərini təsdiqlədilər 19:06 Ramil Həsən və Numan Kurtulmuş türk dövlətləri arasında əməkdaşlığı müzakirə etdilər 19:09 "İkinci mərhələ daha çətin olacaq" - Çin XİN rəhbəri xəbərdarlıq etdi 18:46 "Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqibi bəlli oldu 19:11 Ceyhun Bayramov Türk İnvestisiya Fondunun prezidenti ilə görüşdü 18:58 “Qafqaz Qartalı - 2026” təliminin açılış mərasimi keçirildi 18:40 Böyük Britaniya və Aİ arasında ikinci sammit - Tarix açıqlandı 18:36 "Sabah"ın Çempionlar Liqasındakı rəqibi bəlli oldu 18:17 Tarixi imzanın yeri məlum oldu - İsveçrədən rəsmi açıqlama 18:11 Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanladı 17:58 Zelenski Putinin təklifini rədd etdi - görüş ancaq bu şərtlərlə olacaq 17:57 ACR: Modulyarlığın zirvəsi və qəbul olunmayan gələcək 17:47 Paşinyan: "Bütün diqqətimiz Azərbaycandadır" 17:41 Milli Məclisin növbəti iclasının gündəliyinə 14 məsələ daxil edildi 17:33 DİM: Xaricdə təhsil almış 16 nəfərin peşəsi tanınıb 17:15 Bəzi rayonlara dolu düşəcək, külək güclənəcək - XƏBƏRDARLIQ 17:07 Bakıda bu qurumların iş saatı DƏYİŞDİRİLİR: Payızdan yeni iş rejimi 16:55 İki körpəsini öldürən ana: “Ərim qız uşağı istəmirdi” 16:45 Али Асадов встретился с президентом Узбекистана 16:37 Устройство, отслеживающее водителей между радарами, могут внедрить в Азербайджане — МНЕНИЕ 16:25 Ильхам Алиев провел телефонный разговор с премьером Нидерландов 16:13 Франция сыграет с Сенегалом, Аргентина встретится с Алжиром 16:07 Пенсии в регионах будут выплачены к этой дате 15:52 Начался крах Российской империи: Армения проявила неуважение 15:51 Все новости