Sanksiyalar paketinə VETO: Avropa Birliyində nə baş verir?

Sanksiyalar paketinə VETO: Avropa Birliyində nə baş verir?
25.02.2026 00:00

"Macarıstan və Slovakiyanın Avropa Birliyinin 20-ci sanksiyalar paketinə veto qoyması enerji və maliyyə maraqları fonunda ciddi siyasi müzakirələrə səbəb olub".

Politoloq Abutalıb Səmədov bunu TodayPress TV-yə danışarkən bildirib.


Onun sözlərinə görə, Macarıstan və Slovakiya bu addımı Ukraynanın öz ərazisindən keçən “Dostluq” neft kəməri vasitəsilə Rusiya neftinin Avropaya çatdırılmasına mane olması ilə əsaslandırır. 

Analitik qeyd edib ki, bu kəmərin bağlanması həmin ölkələr üçün ciddi problem yaradır və onlar Ukraynadan neft tranzitinə mane olmamağı tələb edirlər:

“Əgər burada müəyyən razılıq əldə olunsa, 20-ci sanksiyalar paketinə qoyulan veto da götürülə bilər. Paket çərçivəsində Rusiya üçün əlavə ticarət məhdudiyyətləri, bank sektoruna qarşı yeni sanksiyalar, həmçinin Rusiya neftinin tankerlərlə daşınmasına dair məhdudiyyətlər nəzərdə tutulur".


BÜDCƏDƏ ÇƏTİNLİKLƏR YARANACAQ 

Siyasi şərhçinin sözlərinə görə, Avropa Birliyi Rusiyanı xarici valyuta gəlirlərindən məhrum etməyə çalışır. Çünki Rusiyanın xarici ticarət gəlirlərinin mühüm hissəsi neft-qaz satışından formalaşır və bu gəlirlərin azalması büdcədə ciddi çətinliklər yaradır.

Səmədov hesab edir ki, Macarıstan və Slovakiyanın dövlət maraqları digər Avropa ölkələrinin maraqları ilə tam üst-üstə düşmür. Bununla belə, yaranmış vəziyyətdən çıxış yolunun danışıqlardan keçdiyini bildirir. 


AVROPA BİRLİYİ PARÇALANIR? 

Politoloqun fikrincə, qərarların qəbul proseduruna yenidən baxılması və bu kimi mühüm məsələlərdə konsensus tələbinin aradan qaldırılması gələcəkdə oxşar problemlərin qarşısını ala bilər. 

"Ukraynaya ayrılması nəzərdə tutulan 90 milyardlıq kreditə veto qoyulması da olduqca ciddi hadisədir. İki il üçün nəzərdə tutulan bu məbləğ Ukraynanı qane etmir. Çünki əvvəlki dövrdə hər il təxminən 82 milyard dollar yardım ayrıldığı halda, indi iki ilə təxminən eyni həcmdə vəsait planlaşdırılıb. Bu vəsaitə də veto qoyulması Ukraynanın vəziyyətini daha da ağırlaşdıra bilər", - deyə siyasi analitik izah edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Bütün Xəbərlər