“Mərkəzdən qanunsuz tapşırıqlar bitdi” — Yerli idarəetməyə böyük siqnal

“Mərkəzdən qanunsuz tapşırıqlar bitdi” — Yerli idarəetməyə böyük siqnal
14.11.2025 17:09
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edərkən mərkəzdən qanunsuz tapşırıqların verilməsinə son qoyulduğunu bildirməsi ölkənin yerli idarəetmə sistemi üçün mühüm siqnal hesab edilə bilər". 

Siyasi məsələlər üzrə ekspert Tamilla Qulami bunu TodayPress TV-yə açıqlamasında deyib.




O qeyd edib ki, bundan əvvəl də bu tipli xəbərdarlıqlar verilsə də, məhz “mərkəzdən qanunsuz tapşırıqlar” ifadəsi səslənməmişdi:

"Ümid edirəm ki, ölkə başçısının bu xəbərdarlıq bəyanatı bölgələrdə həm idarəetmə mədəniyyətinə, həm də məmur–vətəndaş münasibətlərinə təsir göstərəcək. Buna qədər mərkəzi qurumlardakı bəzi məmurların şəxsi maraqlar əsasında rayon rəhbərlərinə qanunsuz göstərişlər verməsi korrupsiya və rüşvətxorluq risklərinə rəvac verir, yerli qərarların qəbul edilməsinə demək olar ki, imkan yaratmır və resursların əhali arasında ədalətli bölüşdürülməsinə mane olurdu. Düşünürəm ki, bu təcrübənin dayandırılması bir neçə nəticə ortaya çıxaracaq. Belə ki, məsuliyyətini dərk edən yerli rəhbərlərin öhdəliklərinin artması, yəni öz fəaliyyətlərinə görə birbaşa cavabdehlik daşımaları və müstəqil qərar verən, təşəbbüskar, xalqa xidmət edən məmur rolunu yerinə yetirmələri tələb olunur".

Siyasətçinin fikrincə, bu fəaliyyət baş tutacağı və davam edəcəyi təqdirdə, korrupsiya və rüşvət kanallarının daralması, qanunsuz göstərişlərin aradan qalxması, örüş və suvarma torpaqlarından tutmuş tikinti və resurs bölgüsünə qədər bir çox sahədə sui-istifadə imkanlarının azalacağına ümid etmək olar:

"Ölkə başçısı bölgələrdə sosial ədalətin əsas prinsip olduğunu da vurğulayıb. Bu, layihələrin, investisiyaların və xidmətlərin daha bərabər paylanmasına şərait yarada bilər. Məmurlar üçün vətəndaşlarla münasibətlərin yumşalması ən prioritet məsələ olmalıdır. Belə ki, yeni icra başçılarına “xalqa xidmət etməlisiniz” tapşırığının verilməsi əhali ilə ünsiyyətin və problemlərə operativ reaksiyanın yaxşılaşmasına gətirib çıxarmalıdır. Əks təqdirdə, düşünürəm ki, məhkəmələr tərəfindən bu istiqamətdə qərarlar verilməli, xalqa xidmət etməyən məmurlar layiqli şəkildə cəzalandırılmalı və digər məmurlar üçün də presedent yaradılmalıdır. Əsas olan budur ki, məmurların fəaliyyətində dəyişikliklərin uzunmüddətli və real təsiri yalnız davamlı nəzarət, şəffaflıq və idarəetmədə struktur islahatları ilə möhkəmlənə bilər".

T.Qulami sonda əlavə edib ki, Prezidentin bəyanatı ilə yanaşı, bu addımlara ictimai-siyasi nəzarət də mütləq şəkildə həyata keçirilməlidir.

Qeyd edək ki, noyabrın 12-də Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib.

Ölkə başçısı çıxışı zamanı bildirib ki, əvvəl mərkəzdən qanunsuz tapşırıqlar verilirdi, indi isə buna son qoyulub:

“Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək”.

Qiymət Mahir
ЛЕНТА НОВОСТЕЙ
16 июня 2026
İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 İrana pul verilməyib, İsrail Livanda qalacaq! - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Все новости