KTMT üzvü NATO ölkəsi ilə “qucaqlaşdı” - Moskva təşvişdə…

KTMT üzvü NATO ölkəsi ilə “qucaqlaşdı” - Moskva təşvişdə…
27.02.2026 15:59

Ermənistan və Polşa hərbi-texniki əməkdaşlıq haqqında saziş imzalayıblar. Sənəd Nikol Paşinyanın Varşavaya səfəri çərçivəsində rəsmiləşdirilib və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.

İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü ola-ola, NATO ölkəsi ilə hərbi əməkdaşlıq sazişi imzalaması birmənalı qarşılanmayıb. 

Politoloq Şakir Ağayev mövcud vəziyyəti TodayPress TV-yə şərh edib. 


O qeyd edib ki, Ermənistan məhz 44 günlük müharibədən sonra Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından  (KTMT) uzaqlaşıb:   

"Bəli, əvvəllər Ermənistan təhlükəsizlik məsələlərində əsasən KTMT-yə arxalanırdı. Lakin son illərdə rəsmi İrəvan bu istiqamətdə kursunu dəyişərək daha çox Qərbə yönəlməyə çalışır. Ermənistan tərəfi bunu 44 günlük müharibə dövründə Rusiyanın və KTMT-nin ona yetərincə dəstək verməməsi ilə əsaslandırır. Rusiya və KTMT isə bildirirlər ki, hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində aparılıb və təşkilatın müdafiə mexanizmi yalnız üzv dövlətin öz ərazisinə hücum olunduqda işə düşür".


Analitik məhz bundan sonra İrəvanla Moskva arasında münasibətlərdə gərginliyin  artmağa başladığını diqqətə çatdırıb:

"Paşinyan həm müharibədəki məğlubiyyətin məsuliyyətini qismən Rusiyanın və KTMT-nin üzərinə yönəltməyə çalışdı, həm də Qərblə inteqrasiya xəttini gücləndirdi və bu siyasəti hazırda da davam etdirir".


Ekspert eyni zamanda vurğulayıb ki, Paşinyan qarşıdan gələn seçkilərdə yenidən baş nazir postu uğrunda mübarizə aparmaq niyyətindədir: 

"Ermənistanın seçkilər ərəfəsində Avropa Birliyinə müraciət edərək kiber təhlükəsizlik və seçki prosesinin qorunması sahəsində dəstək istəməsi də Qərbə siyasi mesaj kimi qiymətləndirilə bilər. Bununla Paşinyan həm Avropaya sadiqliyini nümayiş etdirir, həm də mümkün beynəlxalq dəstəyə ümid edir".


Politoloq, həmçinin xatırladıb ki, Azərbaycanla sülh sazişi paraflanıb və imzalanma mərhələsindədir. Bununla yanaşı, o qeyd edib ki, Ermənistan 44 günlük müharibədə itirdiyi hərbi potensialı bərpa etməyə çalışır və bu məqsədlə Polşa, Fransa və Hindistanla hərbi əməkdaşlığı genişləndirir:

"Bu addımlar həm təhlükəsizlik ehtiyacları ilə, həm də cəmiyyətə “Avropaya inteqrasiya” kursunun davam etdiyini göstərmək məqsədi ilə izah olunur". 

Ş.Ağayev yekun olaraq bildirib ki, proseslərin necə nəticələnəcəyi Ermənistanda keçiriləcək seçkilərin nəticələrindən asılı olacaq. 

Jalə Rövşən

ЛЕНТА НОВОСТЕЙ
31 июля 2026
İraoladan İsak mesajı: “Mövsümün əsas simalarından biri olacaq” 08:45 Dünya futbolunda gərginlik: FIFA-dan mühüm bəyanat 08:42 Azərbaycan Prezidenti: Qırğızıstan–Azərbaycan İnkişaf Fondunun uğurla fəaliyyət göstərməsi məni sevindirir 08:28 Prezident İlham Əliyev: "Manas" adını daşıyan məktəb qardaşlığımızın növbəti rəmzidir 08:27 Azərbaycan Prezidenti: Qırğızıstanın uğurlarına dostlarınız və qardaşlarınız olaraq hər zaman sevinirik 08:24 Çolpon-Ata şəhərində prezidentlərin iştirakı ilə Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 3-cü iclası keçirilir 08:23 Sadır Japarov: Qırğızıstan və Azərbaycanı ortaq tarixi köklər və mənəvi yaxınlıq birləşdirir 08:30 Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstan Prezidenti ilə təkbətək görüşü keçirilib 07:57 Prezident İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub 07:54 Əhaliyə XƏBƏRDARLIQ! Bakının bu əraziləri qazsız qalacaq 23:43 Ürəyinizi qorumaq istəyirsiniz? Günə bu səhər yeməyi ilə başlayın 01:35 Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Все новости